21 İyul 2026 08:25
196
SİYASƏT
A- A+
Türkiyəli ekspert: Şuşa Qlobal Media Forumu digər dövlətlər üçün də nümunə ola bilər

Türkiyəli ekspert: Şuşa Qlobal Media Forumu digər dövlətlər üçün də nümunə ola bilər


"Media ilə əlaqədar hər hansı bir forumun keçirilməsi faktı onu deməyə əsas verir ki, müasir dünyada kütləvi informasiya vasitələrinin ictimai rəyə təsiri böyükdür. Lakin sosial media bu gün həyatımızın bütün sahələrinə daxil olaraq əksər hallarda obyektiv olmayan məlumatlar yayır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kırıkkale Universitetinin dosent doktoru, beynəlxalq münasibətlər üzrə ekspert Merve Suna Özəl Özcan deyib.

O bildirib ki, Şuşada keçirilən Media Forumunda müstəqil bloqçuların də iştirakı və birbaşa ölkə Prezidentinə sual vermək imkanı mütərəqqi haldır: "Əvvəlcə ona görə ki, dövlət siyasətinə aid məsələlərə birbaşa Prezident İlham Əliyevin özü aydınlıq gətirdi. Onun ətraflı şərhindən sonra istər ənənəvi, istərsə də sosial medianın qeyri-obyektiv məlumatlar yayması yersiz görünür. Prezident xarici və yerli jurnalistlər və bloqçuların qarşısında Azərbaycanın xarici və daxili siyasətinə dair bütün məsələlərə aydınlıq gətirərək yalan, yoxlanılmamış və qeyri-obyektiv informasiyaların yayılmasının qarşısının alınmasının vacibliyini bildirdi. Hər bir məsələyə aid dərc olunan materialların ilkin mənbəyi birbaşa Azərbaycan Prezidentinin özü oldu. Onun çıxışından sonra regionda davam edən sülh prosesinə aid həyata keçirilən işlərə maneə olmaq istəyən istər Avropadakı, istərsə də digər maraqlı dövlətlərin mediası dezinformasiya yaya bilməz, yaysa da gözlənilən effekti ala bilməzlər".

"Bu gün süni intellekt, sosial şəbəkələr və elektronlaşan media mühitində düzgün informasiya tapmaq və yaymaq çox çətinləşib. İnformasiya xaosu işində düzgün və həqiqi məlumatları yaymaq və auditoriyaya çatdırmaq baxımından IV Şuşa Qlobal Media Forumu olduqca əhəmiyyətlidir. Azərbaycanın bu ideyasından digər dövlətlər də faydalana bilər. Dövlət başçısının birbaşa media nümayəndələri ilə ünsiyyəti söz və fikir azadlığını, eyni zamanda media qurumlarının sərbəstliyini göstərir. Bəzi hallarda dünya miqyasında tanınmış mətbuat orqanları da yoxlanılmamış məlumatlar yayır. Düşünürəm ki, bunlar da təsadüfi xarakter daşımır. Bağlı olduğu siyasi və biznes qrupunun marağını güdən bu media qurumlarının belə neqativ addımları siyasi xarakter daşıyır. Lakin yuxarıda qeyd etdiyim kimi, ilkin mənbənin özünün açıqlama verməsi bütün suları duruldur. Şuşa Qlobal Media Forumu digər dövlətlər üçün də nümunə ola bilər. Belə tədbirlər yalnız qaranlıq məqamlara aydınlıq gətirmir, eyni zamanda gələcəkdə media mühitinin şəffaflığını təmin edir", - deyə ekspert əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

Bu ilin beş ayında doğulanların və ölənlərin sayı məlum olub  

10:57
21 İyul

Azərbaycan əhalisinin sayı açıqlanıb 

10:48
21 İyul

Dünya çempionatının rəmzi komandası açıqlanıb

10:46
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!