26 Iyul 2024 18:49
146
DÜNYA
A- A+

Türkiyə Prezidenti: Hazırkı qlobal sistem köhnəlməkdədir

 

İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı qlobal sistem köhnəlməkdədir. Uzun müddətdir ki, bu sistemin problemlərə həll yolları tapmaq qabiliyyətini itirdiyinin əlamətlərini görürük. Sistemin artıq iflas ərəfəsində olduğunu görmək üçün yaxın keçmişdə yaşanan böhranlara nəzər salmaq kifayətdir. Suriyada 13 ildir davam edən münaqişə, Rusiya-Ukrayna, İsrail-Fələstin qarşıdurmaları, Yəməndə sabitliyə nail olmadan Sudanda baş verən hadisələr dünyanın haraya getdiyini göstərir. Qlobal sistemin kökündən sarsıldığı bu dövrdən “göbəyini özü kəsə bilən” ölkələr uğurla çıxacaq. Bu səbəbdən tam müstəqil Türkiyə məqsədilə “Türk əsrini” qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk. İnvestisiya, istehsal, məşğulluq, kəşf və ixracatla inkişafımızı eyni sürətlə davam etdiririk. Nə ətrafımızdakı münaqişələr, nə də 6 fevral zəlzələlərinin vurduğu 104 milyard dollarlıq zərər bizi yolumuzdan döndərmədi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “HIT-30-Yüksək Texnoloji İnvestisiya Proqramı”nın təqdimatında çıxışı zamanı söyləyib.

Türkiyənin texnoloji inkişafının ən böyük göstəricilərindən olan yerli “Togg” elektromobilinə tələbatın getdikcə artığını qeyd edən Prezident Ərdoğan ölkəsinin bu sahədə hədəfinə çatdığını və qlobal miqyasda fəaliyyət göstərən Çinin aparıcı elektrik avtomobil istehsalçısı “BYD” şirkəti kimi bir çox firmanın sərmayələrinin Türkiyəyə cəlb edildiyini deyib.

Qeyd olunub ki, Türkiyə tezliklə beynəlxalq birbaşa investisiya strategiyasının tətbiqinə başlayacaq. 2024-2028-ci illəri əhatə edəcək strategiya ölkəyə daha çox yüksək texnologiyalar yönümlü investisiyaları cəlb etmək məqsədi daşıyır. Texnoloji və strateji investisiyalar üçün 3 illik müddətində əlverişli şərtlərlə cəmi 300 milyard lirə maliyyə imkanı yaradılacaq. Bu günə qədər artıq ümumi investisiyanın həcmi 1 trilyon 258 milyard lirə olan 238 layihə üçün müraciət edilib. Ölkədə sənaye sahəsinin səmərəliliyini artırmağa rəhbərlik edəcək 10 model fabrik yaradılıb. Önümüzdəki dövrdə daha dörd yeni model fabrik yaradılaraq onların ümumi sayı 14-ə çatdırılacaq.

Təqdimatı keçirilən layihə haqqında danışan Türkiyə Prezidenti deyib ki, bu proqramla yüksək texnologiyalı və yüksək əlavə dəyərə malik yeni investisiyalar üçün Türkiyənin üstünlüklərini gücləndirməklə yanaşı, 2030-cu ilə qədər ölkəni yüksək texnologiya mərkəzinə çevirmək hədəflənir. Layihəyə əsasən, mobillik, yaşıl enerji, qabaqcıl istehsal, sağlam həyat, rəqəmsal texnologiyalar, kommunikasiyalar, kosmos kimi sahələri inkişaf etdirəcək 30-dan çox sahəyə dəstək veriləcək. Bu layihə ilə Türkiyəyə 20 milyard dollarlıq özəl sektor sərmayəsinin gətirilməsi hədəflənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video