26 Iyul 2024 20:47
118
SİYASƏT
A- A+

Milli Müdafiə Universitetində “İtalyan dili” kursunun buraxılış mərasimi keçirilib

 

İyulun 26-da Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində “İtalyan dili” kursunun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsini icra edən polkovnik Elnur Ələsgərli Azərbaycan və İtaliya arasında əməkdaşlığın tərkib hissəsi kimi digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Keçirilən kursun əhəmiyyətindən danışan E.Ələsgərli kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra İtaliya Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi birinci dərəcəli kapitan Cianfranko Vizzini kursun təşkilində və tədbirin ərsəyə gəlməsində əməyi olan MMU-nun professor-müəllim və zabit heyətinə minnətdarlığını bildirib. Qeyd olunub ki, bu dilin öyrənilməsi ilə hərbi qulluqçularımız İtaliya Respublikasında keçiriləcək müxtəlif ixtisaslar üzrə kurslarda iştirak edib öz bilik və bacarıqlarını artıracaqlar.

Çıxışlar başa çatdıqdan sonra kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video