07 Avqust 2014 08:08
410
Elm və texnika
A- A+
Titanda Ölü dəniz tapılıb

Titanda Ölü dəniz tapılıb

Kaliforniya Texnoloji İnstitutunun Reaktiv hərəkət laboratoriyasının alimləri bu qənaətə gəliblər ki, Saturn planetinin ən iri peyki olan Titanda Yer kürəsindəki Ölü dənizin analoqu ola bilər. Alimlər öz araşdırmalarının nəticələrini “Icarus” jurnalında dərc ediblər. Bu nəticələrin qısa məzmunu ilə “NewScientist” saytında tanış ola bilərsiniz.

Alimlərin fikrincə, Titandakı dəniz etan və benzol karbohidratlarından ibarət ola bilər. Yer kürəsində olduğu kimi, Saturnun peykində də dənizlər, göllər, çaylar, buludlar və yağıntılar vardır. Lakin onlar sudan deyil, karbohidratlardan ibarətdir. Hətta planetdəki aşağı temperatur da onların maye halda mövcud olmasına imkan verir.
Belə ki, yağıntılar fotokimyəvi reaksiyalar nəticəsində Titan atmosferinin yuxarı təbəqələrində yaranır və benzoldan ibarət buludları xatırladır. Alimlər maraqlı laboratoriya təcrübələri keçiriblər: onlar Selsi şkalası üzrə mənfi 179 dərəcəyə qədər soyudulmuş maye etan ilə dolu borucuğa benzol əlavə ediblər. Benzol etanda çox sürətlə həll olub. Buna görə alimlər belə qənaətə gəliblər ki, Titanın səthində karbohidratlarla dolu göllər və dənizlər çoxdur. Alimlərin fikrincə, benzollu yağıntıların bolluğu yerdəki lil proseslərinin yaranmasına səbəb ola bilər.
2014-cü il avqustun 21-də NASA-nın “Kassini” kosmik aparatı Titana çox yaxın məsafədən keçəcəkdir. Buna görə tədqiqatçılar belə hesab edirlər ki, həmin aparat peykin səthində benzollu lil suxurlarının elementlərini aşkar edə bilər.
Tədqiqatçılar gələcəkdə Titan dənizlərindəki şəraiti imitasiya edən maye etanın tərkibində başqa karbohidratların davranışını modelləşdirməyi nəzərdə tuturlar. Onlar karbon-dioksid, butan və hidrogen-sianid ilə bağlı eksperimentlər keçirməyə hazırlaşırlar. Mütəxəssislər bildirirlər ki, Saturnun peykinin landşaftı yalnız onu formalaşdıran maddələrə görə fərqlənir: yer kürəsində həmin maddə su, Titanda isə karbohidratlardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusda prezident seçkilərində seçicilərin 85,70 faizi iştirak edib

23:19
26 Yanvar

Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub  

23:13
26 Yanvar

Mərakeşdə terror aktına cəhdin qarşısı alınıb  

21:41
26 Yanvar

Misli Premyer Liqası: "Qarabağ" doğma meydanda "Turan Tovuz"a məğlub olub

20:48
26 Yanvar

“AzerGold”un qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub

20:39
26 Yanvar

Britaniya universitetləri son dörd ildə Çindən milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb  

19:11
26 Yanvar

Baş konsul: Türkiyə ilə quru sərhəddə ticarət həcmi artırılmalıdır

18:18
26 Yanvar

Aleksandr Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək

17:59
26 Yanvar

Qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli olub  

17:49
26 Yanvar

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

17:37
26 Yanvar

Ukraynalı ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri-qanuni yollara əl atmaq məcburiyyətində qalıblar  

17:22
26 Yanvar

Bərdədə keçirilən eksternat imtahanında 374 nəfər iştirak edib

16:57
26 Yanvar

Tramp ilk beynəlxalq səfərini Britaniyaya edə bilər

16:31
26 Yanvar

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb  

15:58
26 Yanvar

Lukaşenko Belarusda prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı Aİ-nin bəyanatını pisləyib  

15:41
26 Yanvar

Ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyənlər üçün eksternat imtahanı keçirilib

15:14
26 Yanvar

XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

14:51
26 Yanvar

Fransada 48 saat ərzində iki polis intihar edib

14:27
26 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib 

14:03
26 Yanvar

Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib

13:59
26 Yanvar

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib

13:19
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!