15 Yanvar 2026 09:25
155
İQTİSADİYYAT
A- A+
Ticarət müharibələri qlobal güc balansını yenidən formalaşdıran alətə çevrilir

Ticarət müharibələri qlobal güc balansını yenidən formalaşdıran alətə çevrilir


Beynəlxalq münasibətlər sistemində ticarət müharibələri yalnız iqtisadi rəqabət aləti kimi çıxış etmir. Onlar getdikcə daha çox siyasi təsir mexanizminə çevrilir. Dövlətlər gömrük rüsumları, sanksiyalar, ixrac və idxal məhdudiyyətləri vasitəsilə rəqiblərinə təzyiq göstərir, müttəfiqlərini qorumağa və yeni siyasi mövqelər qazanmağa çalışırlar. ABŞ-Çin ticarət qarşıdurması, Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalar və Avropa İttifaqının qoruyucu ticarət tədbirləri bu prosesin artıq qlobal xarakter aldığını açıq şəkildə göstərir.

Ənənəvi yanaşmaya görə, ticarət müharibəsi dövlətlərin qarşılıqlı şəkildə gömrük rüsumlarını artırması və ticarət məhdudiyyətləri tətbiq etməsidir. Lakin müasir dövrdə bu anlayış sırf iqtisadi maraqlarla məhdudlaşmır. Ticarət müharibələri rəqib dövlətin siyasi qərarlarına təsir göstərmək, onun beynəlxalq nüfuzunu zəiflətmək, regional və qlobal güc balansını dəyişmək məqsədi daşıyır. Bu baxımdan iqtisadi təzyiq siyasi strategiyanın ayrılmaz hissəsinə çevrilib.

Bunun bariz nümunəsi ABŞ-Çin münasibətləridir. 2018-ci ildən yeni mərhələyə yüksələn ticarət müharibəsi beynəlxalq sistemə ciddi təsir göstərib. ABŞ administrasiyası Çin məhsullarına yüz milyardlarla dollar dəyərində əlavə rüsumlar tətbiq edib. Çin isə buna cavab olaraq analoji addımlar atıb. Bu qarşıdurma ticarət kəsirinin azaldılması ilə bağlı deyildi. Vaşinqtonun əsas məqsədi Çinin texnoloji və geosiyasi yüksəlişini ləngitmək, onu strateji sahələrdə məhdudlaşdırmaqdan ibarət olub. ABŞ müttəfiqlərindən Çin ilə texnoloji əməkdaşlığı azaltmağı tələb edir. Çin isə "Bir kəmər, bir yol" təşəbbüsü vasitəsilə alternativ iqtisadi-siyasi təsir zonasını genişləndirməyə çalışır. Nəticədə dünya tədricən iki böyük iqtisadi-siyasi blok arasında parçalanma meyli göstərməyə başladı və "yeni soyuq müharibə" anlayışı gündəmə gəldi. 

Ticarət müharibələrinin siyasi mahiyyəti Rusiya-Ukrayna müharibəsindən sonra daha aydın şəkildə üzə çıxdı. Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalar münasibətləri sistemli qarşıdurma mərhələsinə keçirdi. Rusiya Avropa bazarlarından sıxışdırıldıqca Asiya, Afrika və Yaxın Şərq ölkələri ilə yeni siyasi-iqtisadi tərəfdaşlıqlar qurmağa başladı. Enerji ticarəti açıq şəkildə siyasi alətə çevrildi, Avropa İttifaqında enerji təhlükəsizliyi prioritet məsələyə yüksəldi. Bu proses göstərdi ki, ticarət və iqtisadi məhdudiyyətlər dövlətlərin xarici siyasət istiqamətini dəyişdirmək gücünə malikdir. 

Ticarət müharibələrinin artması beynəlxalq institutlara da mənfi təsir göstərir. Xüsusilə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) nüfuzu zəifləyir. Dövlətlər çoxtərəfli qaydalardan daha çox milli maraqlara əsaslanan birtərəfli siyasətə üstünlük verirlər. Bu isə beynəlxalq hüququn zəifləməsinə, güc siyasətinin ön plana çıxmasına, kiçik və inkişaf etməkdə olan ölkələrin daha həssas vəziyyətə düşməsinə səbəb olur. 

Eyni zamanda ticarət müharibələri regional səviyyədə də ciddi siyasi nəticələr doğurur. Böyük güclər arasında yaranan iqtisadi qarşıdurmalar region ölkələrini seçim qarşısında qoyur. Asiya və Afrika ölkələri ABŞ-Çin rəqabəti fonunda hər iki tərəflə münasibətləri qorumağa çalışsa da artan təzyiqlər onların xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırır. Nəticədə asılılıq münasibətləri dərinləşir və regional sabitlik zəifləyir. 

Ticarət müharibələrinin siyasi nəticələri dövlətlərin daxili siyasətində də özünü göstərir. İdxal məhdudiyyətləri və sanksiyalar inflyasiyanın artmasına, işsizlik riskinin yüksəlməsinə və sosial narazılıqlara yol aça bilər. Bu isə hakimiyyətlərin legitimliyinə və siyasi sabitliyinə təsir göstərir. Bir çox hallarda hökumətlər xarici iqtisadi təzyiqləri daxili auditoriya üçün siyasi alətə çevirir, "xarici təhlükə" obrazı formalaşdıraraq milli həmrəyliyi gücləndirməyə çalışırlar. Bu tendensiya populist yanaşmaların güclənməsi ilə müşayiət olunur. 

Xüsusilə kiçik və açıq iqtisadiyyata malik dövlətlər üçün ticarət müharibələri daha böyük risklər yaradır. Bu ölkələr böyük güclərin qəbul etdiyi qərarlardan birbaşa təsirlənir, lakin proseslərə təsir imkanları məhdud olur. Belə şəraitdə kiçik dövlətlər üçün əsas siyasi çağırışlar iqtisadi asılılığın azaldılması, ticarət tərəfdaşlarının şaxələndirilməsi və regional əməkdaşlığın gücləndirilməsidir. Əks halda, ticarət müharibələri onları böyük güclərin siyasi təsir dairəsinə daha da yaxınlaşdırır. 

Gələcəyə baxış isə birmənalı deyil. Mövcud beynəlxalq tendensiyalar göstərir ki, ticarət müharibələri yaxın perspektivdə aradan qalxmayacaq. Əksinə, texnologiya, enerji və strateji xammal uğrunda rəqabət bu qarşıdurmaları daha da dərinləşdirə bilər. Lakin dövlətlər anlayırlar ki, davamlı ticarət müharibələri qlobal iqtisadi artımı zəiflədir və siyasi riskləri artırır. Buna görə də beynəlxalq dialoq, qarşılıqlı güzəştlər və çoxtərəfli mexanizmlərin bərpası alternativ yol kimi gündəmdə qalır.

Ticarət müharibələri müasir beynəlxalq münasibətlərdə sadəcə, iqtisadi alət deyil, həm də siyasi silah funksiyası daşıyır. Onlar dövlətlər arasında etimadsızlığı artırır, yeni ittifaqlar və qarşıdurma xətləri formalaşdırır, qlobal sabitliyi zəiflədir. Bu proses beynəlxalq sistemin daha çox qütbləşmiş və qeyri-sabit mərhələyə daxil olduğunu göstərir və yəqin ki, hələ bir müddət dövlətlərin xarici siyasət strategiyalarında mühüm rol oynamağa davam edəcək.


Təhminə VERDİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftin qiyməti 75 dollara kimi arta bilər  

11:09
15 Yanvar

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb  

11:04
15 Yanvar

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  

10:43
15 Yanvar

Ötən gün 54 cinayətin açılması təmin edilib  

10:41
15 Yanvar

Qızıl 42 dollaradək ucuzlaşıb

10:39
15 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb

10:28
15 Yanvar

Yeddi vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq olunub, ikisinə qanunvericiliyin tələblərinə ciddi riayət etmək tapşırılıb  

10:27
15 Yanvar

Azərbaycan nefti cüzi ucuzlaşıb

10:15
15 Yanvar

Ticarət müharibələri qlobal güc balansını yenidən formalaşdıran alətə çevrilir

09:25
15 Yanvar

4 kosmonavt Beynəlxalq Kosmik Stansiyanı vaxtından əvvəl tərk edib

09:21
15 Yanvar

Rəqəmsal ensiklopediya

09:20
15 Yanvar

ABŞ 75 ölkədən miqrant vizası üçün müraciət qəbulunu dayandırıb

09:18
15 Yanvar

Danimarka Qrenlandiyada hərbi mövcudluğunu gücləndirir  

09:17
15 Yanvar

Daşlara həkk edilmiş salnamələrin tədqiqatçısı

09:15
15 Yanvar

Bakının memarlıq abidələrində izi qalan polşalı memar 

09:10
15 Yanvar

Narkomaniyaya qarşı mübarizə ümumxalq işinə çevrilməlidir

09:05
15 Yanvar

Bərəkətli Cəlilabad torpağı kəndlinin təknəsini boş qoymur

09:00
15 Yanvar

Əkinçinin işi qışda da azalmır

08:57
15 Yanvar

Qusarda payızlıq və çoxillik əkinlərin bəyan qəbulu başa çatıb 

08:55
15 Yanvar

Göygöl: artan istehsal, genişlənən abadlıq, yaddaqalan festivallar

08:50
15 Yanvar

Ata yolu

08:45
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!