15 Yanvar 2026 11:04
106
CƏMİYYƏT
A- A+
Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb  

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb  


Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib. Qeyd olunub ki, 2025-ci ilin sentyabrın 10-da Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.

“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.

Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.

Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.

Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.

Baş nazir Məhəmməd Şahbaz Şərif “ASAN xidmət” modelinin Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. O, “ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirib və bu modelin Pakistanda geniş şəkildə tətbiq olunacağını vurğulayıb.

Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə - İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.

Pakistan dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və bu baxımdan “ASAN xidmət” modelinin burada tətbiqi həm strateji tərəfdaşlıq baxımından, həm də eyni dəyərləri bölüşən ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov və ölkəmizin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb  

13:20
15 Yanvar

Avropa ölkələrinin ilk hərbi personalı Qrenlandiyaya gəlib  

13:17
15 Yanvar

Pakistan həbsxanalarından 221 əfqan məhbus azad edilərək ölkələrinə qaytarılıb  

13:13
15 Yanvar

Ötən il 76 mindən çox aztəminatlı ailəyə 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənişi həyata keçirilib  

13:09
15 Yanvar

Ötən il dünyanın bir çox yerində temperatur orta göstəricilərdən yüksək olub 

13:01
15 Yanvar

İdarə Heyətinin sədri: Pensiyalardakı artım dinamikası bu il də davam edəcək  

12:49
15 Yanvar

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə üçün geoiqtisadi riskləri azaldacaq  

12:39
15 Yanvar

Bakı və Abşeron üzrə Dövlət Proqramı su idarəçiliyində sistemli dönüş yaradır 

12:39
15 Yanvar

Ötən il reallaşdırılan islahat zərfi çərçivəsində əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlər də artırılıb  

12:27
15 Yanvar

Trampı təhqir edən fəhlə 500 min dollar ianə toplayıb  

12:20
15 Yanvar

Dünya İqtisadi Forumu 2026-cı ildə qlobal risklərlə bağlı hesabatı təqdim edib  

12:19
15 Yanvar

Fərid Qayıbov IV Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak edib  

12:18
15 Yanvar

Azərbaycanla türk dövlətləri arasında insan hüquqları sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

12:09
15 Yanvar

Ordubadda qarın hündürlüyü 60 santimetri keçib  

12:01
15 Yanvar

DÇ-2026-da azarkeşlərin ən çox maraq göstərdiyi matçlar bəlli olub  

11:57
15 Yanvar

Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib  

11:52
15 Yanvar

Danimarka MN: ABŞ Qrenlandiyaya zərbə endirəcəyi təqdirdə hərbçilər müdafiə tədbirləri görməyə borcludur  

11:47
15 Yanvar

Ötən il 567 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

11:41
15 Yanvar

Planetin ən ucqar guşələrindən birində milli park salınır 

11:34
15 Yanvar

“Suqovuşan” su anbarı: 96 min hektar sahənin su təminatı yaxşılaşıb  

11:31
15 Yanvar

Ötən il dünya bazarında rekord sayda elektromobil satılıb  

11:26
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!