14 Yanvar 2026 08:35
133
CƏMİYYƏT
A- A+
Yolumuz Zəfər zirvəsinədir...

Yolumuz Zəfər zirvəsinədir...


Beş il əvvəlin bu günü qalib lider İlham Əliyevin Şuşaya səfəri Böyük qayıdışın rəmzinə çevrildi


"Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəridir. Azad edilmiş torpaqlara keçirik... 

...Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya".

Düz beş il əvvəl - 2021-ci ilin 14 yanvarında azadlığından sonra ilk dəfə Vətən qibləmiz Şuşaya səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev duyduğu böyük qürur, fəxarət və sevinc hisslərini bu fikirləri ilə ifadə etmişdi. Şuşanın xilaskarı Qarabağ və Şərqi Zəngəzurun dirçəldiləcəyinin, öz əvvəlki axar-baxarlı, təmtəraqlı günlərinə qovuşacağının müjdəsini  xalqımıza belə çatdırmışdı. 

Həmin tarixi gün Şuşa çox xoşbəxt idi, azadlığından sonra ikinci bayramını yaşayır, əzizlərinə qürurla qucaq açırdı... 

Şuşanın başı qardan çalmalı dağlarından, köhlən atlara dırnaq saldıran Cıdır düzündən, zümrüd donlu Topxanasından qalxan burum-burum vətən ətri bütöv Azərbaycana yayılırdı. Qışın oğlan çağında Şuşanın hər daşı, qayası, ağacı, bəndi, bərəsi, küçəsi qəhrəman Azərbaycan oğullarının açdığı Zəfər yolu ilə bu müqəddəs ünvana üz tutan böyük qayıdışın ilk sakinlərini, doğma övladlarını bahar təravəti, yaz ovqatı ilə salamlayır, bundan iki ay əvvəl - 8 noyabr 2020-ci ildə xilaskar lider İlham Əliyev tərəfindən səsləndirilən "Əziz Şuşa, sən azadsan", "Əziz Şuşa, biz qayıtmışıq" , "Əziz Şuşa, biz səni dirçəldəcəyik" bəyanının gerçəkdə təntənəsini yaşayırdı. 

O gün müzəffər lider İlham Əliyevin Qarabağa qalibiyyət səfəri etməsi və məhz bu doğma diyara Şuşanın əzəli sakinləri - qələbəmizin rəmzləri Natəvanın, Üzeyir bəyin və Bülbülün büstləri ilə qayıtması İlahi ədalətin öz yerini tapmasının təcəssümü idi. 

     

Tarixin möhtəşəm təkrarı 


Bu tarixi səfəri Prezident İlham Əliyev üçün məxsusi edən digər bir məqam isə 39 il əvvəl 1982-ci ilin məhz 14 yanvarında Ulu Öndər Heydər Əliyevlə birlikdə Şuşaya səfər etməsi, burada Ümummilli Liderin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etməsi idi. Qətiyyətli siyasəti, hərbi taktikası, məharətli diplomatiyası ilə azad etdiyi Şuşaya qalibiyyət səfəri edən Prezident İlham Əliyev həmin gün düz dörd onillik əvvəl yaşanan hadisələri bir daha yaddaşında canlandırmış, xatirələrini belə dilə gətirmişdi: "Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı".

Bəli, bu, tarixin təkərrürü idi. Necə ki Ulu Öndər Heydər Əliyev vaxtilə Şuşada azərbaycançılıq məfkurəsinin rişələnməsində, milli ruhun oyanışında və bu tarixi şəhərin hərtərəfli inkişafında mühüm rol oynamışdı, indi də onun layiqli siyasi varisi Prezident İlham Əliyev Şuşanı azad etdikdən dərhal sonra onu dirçəltmək üçün böyük əzm və səy göstərirdi. 

Azadlığından qısa zaman sonra Şuşa şəhərinin Prezident İlham Əliyev tərəfindən mədəniyyət paytaxtımız elan edilməsi də bu diyarın dirçəliş salnaməsinin əsas səhifələrindən idi. 

"Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi... 

...Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik". 

"Qarabağ Azərbaycandır!" deyə 2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Prezident İlham Əliyev bəyan etdi və bununla da ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək quruculuq və bərpa işlərinin, Böyük qayıdışın anonsunu verdi.   


Bu dəfə Şuşaya Müzəffər Ali Baş Komandan kimi gəldi

 

2021-ci il yanvarın 14-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı əbədi ucaltdı. Həmin tarixi gün dövlət başçısı hərbçilərlə görüşdü və onların qarşısında çıxış etdi.  

Qalib lider bir daha Qarabağın baş tacı Şuşadan qürurla söylədi ki, biz qalib xalqıq: "Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!"

2021-ci ildə Zəfər yolu ilə Şuşaya gələn müzəffər sərkərdə İlham Əliyev özü ilə Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün düşmən tərəfindən güllələnmiş büstlərini də Şuşaya gətirdi. Həmin zaman bu şəxsiyyətlərin büstlərinin darmadağın edilmiş yerlərinə baxaraq düşmənin mənfurluğunu, mədəniyyətimizə qarşı vəhşilik törətmələrini bir daha hiddətlə vurğulayan dövlət başçısı məlumat verdi ki, ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar: "Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və Ulu Öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi".

Prezident onu da diqqətə çatdırdı ki, müxtəlif vaxtlarda bəzi insanlar ona müraciət ediblər ki, bəlkə bu büstlər Bakının hər hansı bir yerində qoyulsun: "Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq".

Sözügedən tarixdə Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Saatlı məscidini, Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini ziyarət etdilər. Dövlət başçısı bu məscidlərə "Qurani-Şərif" bağışladı. 

Eyni zamanda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Şuşa Rayon Partiya Komitəsinin binasında oldular, Natəvan bulağı, erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular, Bülbülün dağıdılmış ev-muzeyinə baxdılar, Şuşadakı Qazançı kilsəsində oldular, vaxtilə Molla Pənah Vaqifin büstünün olduğu yerə gəldilər, Cıdır düzündə oldular. 

Bütün bunlar Şuşaya, Qarabağa Azərbaycan ruhunun döndüyünü, bu qədim yurdun tezliklə xoşbəxt günlərə qovuşdurulacağının mesajları idi. 

Həmin zaman yanvarın 15-i tarixində səhər tezdən yenidən Cıdır düzünə gələn Şuşanın xilaskarı İlham Əliyev də elə bu məqamı bir daha vurğuladı: "Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma eyni zamanda əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək".

Budur artıq azadlığının üzərindən ötən bir neçə il ərzində qoynunda musiqi festivalları, poeziya günləri, beynəlxalq toplantılar  düzənlənən musiqimizin beşiyi Şuşanın 270 illik təntənəli yubileyi keçirilib, 2022-ci il Azərbaycanda başdan-başa "Şuşa ili" kimi qeyd olunub. Qarabağ qələbəmizlə qürurlanan dünya azərbaycanlıları vətən qibləmizdə toplaşaraq öz Zəfər qurultaylarını keçiriblər...

Şuşada aparılan sürətli quruculuq və bərpa işləri sayəsində bu şəhərə doğma sakinlərinin qayıdışı da artıq baş tutub. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu şəhərdəki əksər tarixi, dini, mədəni abidələri bərpa edib və bu istiqamətdə işlər müvəffəqiyyətlə davam etdirilir. 

Bir sözlə, mədəniyyət paytaxtımız Şuşanın timsalında mənəvi ruhu da özünə qaytarılan bütöv Azərbaycanın qədim və əzəmətli bölgələri olan Qarabağ və Şərqi Zəngəzur bəxtəvər çağlar yaşayır. Azərbaycanın dostları sevinir, düşmənlərinin bağrı çatlayır. 

Necə ki bunu dövlətimizin başçısı 2021-ci ildə Şuşaya tarixi səfəri zamanı Cıdır düzündə çay süfrəsinə qonaq olarkən deyib: "Cıdır düzündə armudu stəkanda çay paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!" 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb  

10:20
14 Yanvar

Aşağı Oratağ kəndində həyat yenidən canlanıb: evlər bərpa olunur, sosial infrastruktur yenilənir  

10:16
14 Yanvar

Kir Starmer Qəzza Sülh Şurasına qoşulma ehtimalını nəzərdən keçirir  

09:49
14 Yanvar

Dövlət Departamenti TRIPP layihəsinin icra çərçivəsininin qəbul edildiyini açıqlayıb

09:44
14 Yanvar

Rubio: TRIPP bütün regionda rifahı və təhlükəsizliyi artıracaq  

09:44
14 Yanvar

Tramp: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ölkə tarixindəki ən utancverici gündür  

09:42
14 Yanvar

Prezident İlham Əliyev Ağdərə sakinləri ilə görüşündən paylaşım edib

09:34
14 Yanvar

Soyuq havalar ürək sağlamlığı üçün təhdid yarada bilər

09:10
14 Yanvar

Atasını çar, özünü isə sovet hökuməti güllələdi 

09:05
14 Yanvar

Əlifba mücahidi

09:00
14 Yanvar

Xəstə təfəkkürlü erməni kilsəsi

08:55
14 Yanvar

Qədim Bakı yeniləşir və müasirləşir

08:50
14 Yanvar

Ümidlərin bərpa olunduğu mərkəz

08:45
14 Yanvar

Qarabağa açılan ilk hava yolu

08:40
14 Yanvar

Yolumuz Zəfər zirvəsinədir...

08:35
14 Yanvar

Heydər Əliyevin unudulmaz Şuşa səfəri  

08:30
14 Yanvar

Azərbaycanın yeni strateji mövqeyi

08:25
14 Yanvar

Hədəf bəllidir

08:20
14 Yanvar

Azərbaycanın "yaşıl enerji" gündəliyi qlobal səviyyədə təqdir olunur

08:15
14 Yanvar

Yaxın 10 il ərzində Bakı və Abşeronun su təchizatı, yağış və tullantı suları sistemləri təkmilləşdiriləcək

08:10
14 Yanvar

Postmünaqişə dövrünün xarici siyasət strategiyası: TDT çərçivəsində intensivləşən əlaqələr

08:05
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!