15 Yanvar 2026 08:55
102
İQTİSADİYYAT
A- A+
Qusarda payızlıq və çoxillik əkinlərin bəyan qəbulu başa çatıb 

Qusarda payızlıq və çoxillik əkinlərin bəyan qəbulu başa çatıb 


Qusarda payızlıq və çoxillik əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan qəbulu artıq başa çatıb. Prosesin səmərəli və operativ şəkildə həyata keçirilməsində Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) əməkdaşları tərəfindən fermerlərə hərtərəfli dəstək göstərilib.

Bəyan prosesinin DSUM-də aparılması ona imkan verir ki, fermerlər əkin sahələrinə dair torpaq sənədlərini və əkin məlumatlarını EKTİS-ə daxil edərkən qarşılaşdıqları texniki və prosedur məsələlərlə bağlı yerində məsləhət, istiqamətləndirmə və praktiki kömək ala bilsinlər. Bu zaman mərkəzin mütəxəssisləri fermerləri sistemdən düzgün istifadə qaydaları, əkin növlərinin düzgün qeydiyyatı və subsidiya mexanizmləri barədə ətraflı məlumatlandırırlar ki, o da bəyan prosesinin şəffaf və vaxtında tamamlanmasına imkan yaradır.

Rayon meyvəçilik üzrə ixtisaslaşdığı üçün bu günə qədər EKTİS-ə daxil edilmiş bəyanların 43 faizi (8467 bəyan) çoxillik, qalan hissəsi isə payızlıq əkinlərə aiddir. Ümumilikdə indiyəcən rayon üzrə bütün  əkin sahəsi artıq bəyan olunub ki, bu da fermerlərin elektron sistemə marağının və dövlət dəstək mexanizmlərindən yararlanmaq istəyinin göstəricisidir.

Qusar DAİM tərəfindən fermerlərin məlumatlandırılması məqsədilə mütəmadi maarifləndirmə işləri aparılır. Fermerlər üçün qəbul günləri təşkil olunur və kənd təsərrüfatı istehsalçılarının sualları operativ şəkildə cavablandırılır. Bu yanaşma fermerlərin işini asanlaşdırmaqla yanaşı, dövlət-fermer əməkdaşlığının güclənməsinə də töhfə verir.

Qeyd edək ki, payızlıq əkinlərin EKTİS-də bəyan qəbulu artıq  başa çatıb.  Bol və bərəkətli Qusar torpağında çoxillik və payızlıq bitkilərin gələcəkdə keyfiyyətli məhsul verəcəyi isə şübhəsizdir. Çünki bunu qusarlılar dəfələrlə sübut edib.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!