16 Oktyabr 2024 11:53
108
CƏMİYYƏT
A- A+
Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti qanunla tənzimlənəcək

Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti qanunla tənzimlənəcək

Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti qanunla tənzimlənəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinə əsasən, qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından, fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edir.

Təhlükəli ərazidə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma, dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilərkən isə həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma 5 iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin qurumla qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

Minatəmizləmə fəaliyyətinin həyata keçirildiyi təhlükəli ərazilərdə işin təşkili ilə əlaqədar icraçılar aşağıdakılara riayət etməlidirlər:

- şəxslərə və yaxınlıqda yerləşən obyektlərə, habelə ətraf mühitə zərər vurulmasının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin görülməsi;

- təhlükəli ərazilərlə bağlı xəbərdarlıq və işarələmə sistemlərinin tətbiqi, o cümlədən təhlükəli və təmizlənmiş ərazilərin aydın şəkildə işarələnməsi;

- minatəmizləyənlər, mexaniki vasitələr (mexaniki minatəmizləmə maşınları, xüsusi təyinatlı texnikalar və s.) və minatəmizləmə fəaliyyətinə cəlb edilmiş heyvanlar arasında təhlükəsizlik məsafələrinin saxlanılması və nəzarət məntəqələrinin qurulması;

- təhlükəli ərazilərdən kənarda zəruri dəstəyin (əməliyyatların icrası üçün zəruri olan kölgələnəcək, səyyar anbar, brifinq zonası, nəqliyyat vasitələrinin duracağı və s.) təşkili;

- təhlükəli ərazinin yaxınlığında müvafiq ixtisaslı tibb işçilərindən, zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın təşkili.

Sənəd layihəsinə görə, icraçı fəaliyyət planına uyğun olaraq ona həvalə edilmiş təhlükəli ərazilər üzrə bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminin məlumat bazasının məlumatlarından istifadə etməklə qeyri-texniki tədqiqat aparır və onun nəticələri əsasında müvafiq ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan texniki tədqiqat planını tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir. İcraçı bu Qanunun 6.4-cü maddəsində göstərilən texniki tədqiqat planının icrası nəticələrinə uyğun olaraq hazırlanmış hesabat əsasında təmizləmə planı tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir. Texniki tədqiqat və təmizləmə bu Qanunun 5.11-ci maddəsinə uyğun olaraq qiymətləndirilmədən müvəffəqiyyətlə keçmiş və müvafiq sertifikata malik minatəmizləyənlər tərəfindən yerinə yetirilir.

Qanun layihəsinə görə, aşkar edilmiş partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq həyata keçirilir. Partlayıcı sursatların zərərsizləşdirilməsi və ya yerləşdiyi ərazidən çıxarılması mümkün olmadıqda onlar həmin ərazidə məhv edilir. Zərərsizləşdirilmiş və yerləşdiyi ərazidən çıxarılmış partlayıcı sursatlar təhlükəsizlik qaydalarına riayət etməklə daşınaraq bu məqsədlə ayrılmış yerlərdə məhv edilir. Partlayıcı sursatların məhv edilməsi zamanı partlayışla əlaqədar ərazi üzərində hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərə uyğun olaraq azı 3 iş günü əvvəlcədən rəsmi qaydada məlumatlandırılmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

13:53
16 Oktyabr

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

13:43
16 Oktyabr

Məşhur heykəl Vatikan Muzeylərinə qaytarıldı

13:37
16 Oktyabr

Gürcüstanda təxribatlar seçkilərin nəticələrinə təsir edə bilməz

13:21
16 Oktyabr

 Şimali Koreyada 1,4 milyon gənc orduya qayıdır

13:16
16 Oktyabr

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

13:10
16 Oktyabr

Ukrayna Baş nazirinin səfəri ləğv edildi

13:09
16 Oktyabr

Okean dərinliklərində yeni dünya kəşf edilib

13:07
16 Oktyabr

İranda neftayırma zavodunda yanğın baş verdi

12:57
16 Oktyabr

İstanbul boğazında hərəkət dayandırıldı

12:56
16 Oktyabr

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

12:56
16 Oktyabr

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:53
16 Oktyabr

Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb

12:45
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var - Bəhruz Məmmədov

12:40
16 Oktyabr

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

12:38
16 Oktyabr

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

12:37
16 Oktyabr

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

12:35
16 Oktyabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib

12:33
16 Oktyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

12:21
16 Oktyabr

 “Nokia 2300” yenidən qayıdır

12:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!