16 Oktyabr 2024 11:57
113
CƏMİYYƏT
A- A+
Komitə sədri: Azərbaycan dövlət-din münasibətləri modelinin ən yaxşı nümunələrindən birini yaradıb

Komitə sədri: Azərbaycan dövlət-din münasibətləri modelinin ən yaxşı nümunələrindən birini yaradıb

Azərbaycanda dini təhsil tamamilə yeni istiqamətdir. Uzun illər ərzində xalqın tarixi yaddaşında, ictimai şüurunda din və təhsil az qala əks qütbdə dayanan iki fərqli, bir-birinə zidd anlayışlar kimi stereotipləşib. Bu, bəlkə də onunla bağlıdır ki, Sovet təhsil sistemi bizə dini xurafatın, təhsili isə elmin ilk pilləsi, bəzən hətta fundamental əsası kimi təqdim etmişdi. Lakin bu gün elə bir dünyada yaşayırıq ki, bütün keçmiş stereotipləri sındıraraq hər bir anlayışın fəlsəfəsini kəşf etməyə çalışırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransda çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, müasir dövrdə cəmiyyət xurafatın və mifologiyanın təlqin etdiyi tezislər əsasında deyil, elmi-texniki nailiyyətlər, tədqiqatlar, araşdırmalar əsasında əldə olunmuş nəticələrlə idarə olunur: “Elə bir zamana gəlib çatmışıq ki, həyatımızın bütün sahələrinə sirayət edəcək süni intellektin kövrək, lakin qətiyyətli addım səslərini eşidirik. Həmin səslərə qulaq verdikcə ictimai münasibətlər sisteminin nə qədər sürətlə dəyişdiyinin fərqinə varırıq. Bu, elə bir münasibətlər sistemidir ki, dinin özünü də öyrənilməsi vacib olan xüsusi bir sahə kimi qəbul edir. Bu mənada ilahiyyat elminin meydana gəlməsi məhz dinə elmi yanaşmanın məntiqi yekunudur”.

Bəşəriyyətin yaradılışından bəri bir çox suallara cavab axtardığını deyən R.Məmmədov əlavə edib: “O sualların bir hissəsinin cavabını biz məhz elmdə tapmışıq, təhsildə öyrənmişik. Lakin hələ də insanların cavabını dində, inanclar sistemində axtardığı çoxlu suallar var. Əlbəttə ki, onlar bu axtarışlarında haqsız və əsassız deyillər. Ən azı ona görə ki, bir çox hallarda bu sualların cavabını məhz dində tapa bilirlər. Ancaq bəzən bu cavablar çoxlu mübahisələrə, müzakirələrə yol açır, yeni suallar doğurur. Bu suallara, müzakirə və mübahisələrə aydınlıq gətirmək üçün biz yenə də elm adamlarına - ilahiyyatçılara üz tuturuq. Elm və dinin bu qaçılmaz ittifaqı bizə dünyanı daha yaxşı dərk etmək şansı verir. Bu şansı doğru istifadə etməyin yolu isə təhsildən keçir. Azərbaycan dövlətinin siyasətinin əsas məqsədlərindən biri də bundan ibarətdir ki, din haqqında təsəvvürlər elmi biliklər əsasında formalaşmalıdır. Primitiv mülahizələr, miflər və əfsanələr, xurafat dini şüuru müəyyənləşdirən amilə çevrilməməlidir. Multikulturalizm, tolerantlıq kimi bəşəri dəyərlər bu düşüncənin mayasını təşkil etməlidir. Çünki bütün səmavi dinlərin də fəlsəfəsi elə bu prinsiplərə əsaslanır”.

Komitə sədri qeyd edib ki, din sadəcə ehkamlardan ibarət deyil, sərhədlərini müəyyən etməkdə çətinlik çəkdiyimiz geniş bir informasiya məkanıdır. Dini öyənmək üçün xüsusi maraq lazımdırsa, öyrətmək üçün sözün həqiqi mənasında dərin biliyə, erudisiyaya, eyni zamanda, elmi məntiqə malik olmaq vacibdir. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Dini təhsilin əhəmiyyətini artıran, onun müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin yaradılması da məhz bu məqsədə xidmət edir. Bizim ölkəmiz dünyada dövlət-din münasibətləri modelinin ən yaxşı nümunələrindən birini yaratmağa müvəffəq olub və biz haqlı olaraq bununla fəxr edirik. Əminəm ki, dini təhsilin də ən uğurlu modellərindən biri də məhz multikulturalizmin, tolerantlıq ənənələrinin həyat tərzinə çevrildiyi Azərbaycanda yaradıla bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

13:53
16 Oktyabr

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

13:43
16 Oktyabr

Məşhur heykəl Vatikan Muzeylərinə qaytarıldı

13:37
16 Oktyabr

Gürcüstanda təxribatlar seçkilərin nəticələrinə təsir edə bilməz

13:21
16 Oktyabr

 Şimali Koreyada 1,4 milyon gənc orduya qayıdır

13:16
16 Oktyabr

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

13:10
16 Oktyabr

Ukrayna Baş nazirinin səfəri ləğv edildi

13:09
16 Oktyabr

Okean dərinliklərində yeni dünya kəşf edilib

13:07
16 Oktyabr

İranda neftayırma zavodunda yanğın baş verdi

12:57
16 Oktyabr

İstanbul boğazında hərəkət dayandırıldı

12:56
16 Oktyabr

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

12:56
16 Oktyabr

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:53
16 Oktyabr

Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb

12:45
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var - Bəhruz Məmmədov

12:40
16 Oktyabr

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

12:38
16 Oktyabr

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

12:37
16 Oktyabr

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

12:35
16 Oktyabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib

12:33
16 Oktyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

12:21
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!