Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət halları müəyyənləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində qeyd olunub.
Belə ki, minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsi həyata keçirilir. Keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə səlahiyyətli qurum icraçıdan pozuntunun aradan qaldırılmasını tələb edir.
Qanun layihəsinə əsasən, icraçı 15 gün müddətində bu Qanunda nəzərdə tutulmuş pozuntunun aradan qaldırılmasını təmin etməli və bununla bağlı görülmüş işlərə dair səlahiyyətli quruma rəsmi qaydada məlumat verməlidir. Səlahiyyətli qurumun pozuntunun aradan qaldırılmasına dair tələbi icra edilmədikdə və ya bu Qanunun müvafiq maddəsinə uyğun olaraq məlumat verilmədikdə, icraçının təhlükəli ərazidəki fəaliyyəti həmin pozuntular aradan qaldırılanadək səlahiyyətli qurum tərəfindən dayandırılır.
Minatəmizləmə fəaliyyəti tamamlanmış ərazilər səlahiyyətli qurum tərəfindən təmizləmə keyfiyyətinin qiymətləndirilməsi aparıldıqdan sonra tələblərə uyğun olaraq rəsmiləşdirilir.
Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş odlu silah və onun əsas hissələri, habelə təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təhvil verilir. Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilən əşyanın mədəni və ya tarixi əhəmiyyətə malik olması ehtimalı olarsa, həmin ərazidə işlər dayandırılır və əraziyə kənar şəxslərin daxil olmasının qarşısının alınması təmin edilməklə icraçı tərəfindən dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verilir.
Sənəd layihəsinə gör, minatəmizləmə fəaliyyəti zamanı insan meyiti və ya qalıqları aşkarlandıqda həmin ərazini qorumaq şərti ilə icraçı tərəfindən bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada məlumat verilir.
Minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zaman aşkar edilmiş partlayıcı sursatlar barədə məlumatlar bu Qanunun müvafiq maddələrində nəzərdə tutulan informasiya sisteminə daxil edilməlidir.
Səlahiyyətli qurum tərəfindən təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti bu Qanunun müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla fəaliyyət planı əsasında həyata keçirilir.
"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək
Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq
Nigeriyada tanker partladı: 90-dan çox ölən var
Məşhur fotojurnalist oğlu tərəfindən öldürüldü
Gürcüstan İstanbuldakı iclasda iştirak etməyəcək
İqor Qrosu: Azərbaycan icması Moldovanın rifahına öz töhfəsini verir
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
ABŞ müdafiə naziri Belçikaya gedir
Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır
ABŞ-da qırıcı təyyarə qəzaya düşdü
BMT: Yəməndə vəba epidemiyasından ən azı 720 nəfər ölüb
XİN: Pavel Durovun və Kemi Sebanın siyasi əqidələrinə və fikirlərinə görə Fransa tərəfindən təqib olunmaları qəbuledilməzdir
Azərbaycanın müəllifi olduğu regional layihələr Gürcüstanın müstəqil siyasət yürütməsi üçün möhkəm təməl yaradır
Nigeriyada yanacaq daşıyan maşının partlaması nəticəsində 94 nəfər ölüb
Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq işləri müzakirə edilib
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Bu il xarici dövlət borcuna büdcədən ödənilən məbləğ açıqlanıb
Şəhriyar Məmmədyarov: Qlobal Şahmat Liqasını uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub
Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!