11 Avqust 2026 13:05
170
İQTİSADİYYAT
A- A+
Taxıl sahələrindən 3,1 milyon ton məhsul yığılıb

Taxıl sahələrindən 3,1 milyon ton məhsul yığılıb

Payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93 faizi biçilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sahələrdən 3 milyon 131,9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33,9 sentner olub. Yığılmış məhsulun 1 milyon 534,8 min tonu (49 faizi) buğdanın, 1 milyon 561,2 min tonu (49,9 faizi) arpanın, 35,9 min tonu (1,1 faizi) digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.

Ötən ilin müvafiq tarixi (2025-ci il avqustun 5-i) ilə müqayisədə ümumi məhsul yığımı 6,2 faiz, o cümlədən arpa üzrə 15,9 faiz çox, buğda üzrə isə 2,1 faiz azdır. Buğda üzrə yığımın nisbətən az olması bu tarixə biçilmiş sahənin (420,7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah olunur, hər hektardan məhsuldarlıq isə 33,6 sentnerdən 36,5 sentnerə yüksəlib.

Respublikanın 13 şəhər və rayonunda biçin tam başa çatıb, digər 30 rayonda isə nəzərdə tutulan sahənin 90 faizdən çoxu biçilib. Ən çox məhsul Cəlilabad (298,8 min ton), Şəki (186,7 min ton), Ağcabədi (167,2 min ton), Füzuli (141,1 min ton), Kürdəmir (127,5 min ton) və Neftçala (109,6 min ton) rayonlarında yığılıb. Ən yüksək məhsuldarlıq Ağcabədi (hər hektardan 45,5 sentner), Tovuz (45,3), Bərdə (45,2) və Sabirabad (43,9) rayonlarında qeydə alınıb. Göstəricilər operativdir, biçin başa çatmaq üzrədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma evsahibliyi edəcək 

14:30
11 Avqust

Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü geosiyasi baxımdan olduqca səmərəlidir

14:28
11 Avqust

Konqoda Ebola qızdırmasından ölənlərin sayı iki min nəfəri keçib

14:25
11 Avqust

Çempionlar Liqası: “Sabah” – “Orxus” oyununa bütün biletlər satılıb

14:23
11 Avqust

Kürdəmirdə sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət ediliblər

14:20
11 Avqust

Ekspert: Təhsilhaqqının azaldılması həkim çatışmazlığını aradan qaldıra bilər 

14:17
11 Avqust

Britaniya son onilliklərin ən ciddi ərzaq təhlükəsizliyi böhranı ilə qarşı-qarşıyadır  

14:15
11 Avqust

Deputat: Uşaqların sosial şəbəkələrdə zərərli məzmundan qorunması vacibdir

14:13
11 Avqust

DİN: Etibar etmədiyiniz, həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin

14:10
11 Avqust

ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir  

14:08
11 Avqust

Sabah yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda güclənəcəyi proqnozlaşdırılır

13:24
11 Avqust

Diplomatik qalmaqal: Fransa Konqodakı səfirliyinin irqçi hesab edilən videosunu silib

13:13
11 Avqust

ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir

13:09
11 Avqust

Taxıl sahələrindən 3,1 milyon ton məhsul yığılıb

13:05
11 Avqust

Barış olacaqmı?

12:18
11 Avqust

İİKK: İran raketləri uçuş yolunu dəyişmək qabiliyyətinə malikdir  

12:11
11 Avqust

Beynəlxalq Dekolonizasiya Cəbhəsi Korsikadan Fransaya çağırış edib

12:01
11 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

12:00
11 Avqust

Moskvada Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi müzakirə oluna bilər

11:59
11 Avqust

Donald Tramp FIFA-ya xəbərdarlıq edib: Canni İnfantinonun vəzifədən getməsi dəhşətli səhv olacaq

11:37
11 Avqust

Alüminium qiymətləri son 7 həftənin maksimumuna yüksəlib

11:36
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!