08 Avqust 2026 21:00
7465
SİYASƏT
A- A+
Vaşinqton görüşü regionda inkişaf və tərəqqiyə yol açıb

Vaşinqton görüşü regionda inkişaf və tərəqqiyə yol açıb

Avqustun 8-i Azərbaycan diplomatiyasının müasir tarixində mühüm mərhələ kimi yadda qalıb. Həmin gün Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına tarixi səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalandı. Bu hadisə Cənubi Qafqazda uzun illər davam edən münaqişə dövründən sonra sülh gündəliyinin yeni mərhələyə keçidini simvolizə etdi və regionun gələcək inkişaf perspektivlərinə yeni impuls verdi.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan Cənubi Qafqazda sülh və  sabitliyi daim dəstəkləmiş, Rusiya, İran, Gürcüstan və Mərkəzi Asiya dövlətləri də daxil olmaqla, bütün qonşuları ilə konstruktiv münasibətləri qoruyub saxlayıb. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan regionu əsaslı şəkildə yenidən formalaşdırdı. Azərbaycanın strateji vizyonu  Cənubi Qafqazı münaqişə meydanından imkanlar məkanına - tərəfdaşlıqlar,  investisiyalar və qarşılıqlı bağlantılarla xarakterizə olunan bir regiona çevirməkdir.  "Ağ Evdə keçirilmiş və Prezident Donald Trampın şahidliyi ilə baş tutmuş Azərbaycan ilə Ermənistan arasında Vaşinqton razılaşmaları Cənubi Qafqazda yeni bir dövr açdı, xüsusilə Orta Dəhlizin funksionallığını artırmaqla regional iqtisadi imkanları genişləndirməyə xidmət edəcək.

Sülh müqaviləsinin mətninin paraflanması tərəflərin sənədin müddəaları üzrə razılığa gəldiyini təsdiqlədi. Bununla belə, sülh təkcə sənədləri imzalamaq demək deyil — ictimai konsensus da tələb edir.

İctimai dəstək, açıq ünsiyyət və etimadın qurulması əsas şərtlərdir. Bu kontekstdə bir sıra etimad qurucu addımlar atılıb. Tərəflərin sərhədlərin delimitasiya komissiyalarının üzvləri bir-birlərinin  ərazilərinə daxil olublar. Delimitasiya və demarkasiya prosesini müzakirə etmək üçün Qəbələdə, İrəvanda görüşlər keçirilib",- deyə o əlavə edib.

Deputat bildirib ki, normallaşma prosesi çərçivəsində iki ölkə arasında vətəndaş  cəmiyyəti mübadilələrinə  başlanılıb. Bakıdan İrəvana, İrəvandan Bakıya “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində eyni məqsədli səfərlər  həyata keçirilib, Qəbələdə, ümumilikdə 4 görüş keçirilib. Bu proses sülh gündəliyinin perspektivləri üzrə vətəndaş cəmiyyətlərinin dialoqunu gücləndirir.

Bu hadisələr mühüm bir reallığı əks elətdirir:

paraflanmış sülh müqaviləsinin nəticələri artıq təkcə kağız üzərində deyil, praktiki müstəvidə də özünü göstərir.

P.Vəliyeva xatırladıb ki,2025-ci ilin oktyabrında Azərbaycan ticarət yükləri üçün Ermənistana tranzitini açıb: "Bu, Qazaxıstan və Rusiya buğdasının Azərbaycan ərazisindən keçərək Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına imkan verdi. Paralel olaraq, tərəflər qarşılıqlı ticarət əlaqələrini də qurublar, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı baş tutub.

Münaqişədən sonrakı mərhələdə formalaşan yeni status-kvo Azərbaycanın təşəbbüsləri əsasında yaranıb və regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən birinə çevrilib.

Azərbaycan yekun sülh müqaviləsinin imzalanması üçün gözləntilərini dəfələrlə vurğulayıb. Sənədin imzalanması və ratifikasiyası istiqamətində irəliləyiş, qalan şərtin həyata keçirilməsinə - Azərbaycan əleyhinə ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasına düzəliş edilməsi şərtinə əsaslanır.

Təklif edilən Zəngəzur dəhlizi (TRIPP layihəsi) regional transformasiyanın əsas elementlərindən biridir. Dəhliz işə düşdükdən sonra Şərq-Qərb marşrutu boyunca yeni logistika imkanları yaradacaq. Bu, həm Avropa, həm də Asiya üçün əlverişli layihə olacaq. Tranzit ölkələr kimi Azərbaycan və Ermənistan bu layihədən əhəmiyyətli fayda əldə edə biləcəklər".

Deputat vurğulayıb ki, yekun sülhə gedən yolda beynəlxalq ictimaiyyətin — xarici hökumətlər, media qurumları, akademik dairələr və  vətəndaş cəmiyyətinin regionu keçmişə qaytaran köhnəlmiş narrativləri yenidən dirçəltmək əvəzinə,  sülh gündəliyini dəstəkləməsi məqsədəuyğun olardı. 

Bununla belə,  yekun sülh müqaviləsi imzalanmasa da, iki ölkə de-fakto sülhə nail olub. Yalnız davamlı qarşılıqlı  məsuliyyətli siyasi iradə və beynəlxalq dəstək sayəsində region sülh, inkişaf və tərəqqi istiqamətində birgə addımlaya bilər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

03:04
22 Sentyabr

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında

03:04
22 Sentyabr

İ.C.Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

03:03
22 Sentyabr

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:02
22 Sentyabr

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:01
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

03:00
22 Sentyabr

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:59
22 Sentyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:57
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında

02:55
22 Sentyabr

“Mehmanxana Şərq” ASC səhmdarlarının nəzərinə!

02:46
22 Sentyabr

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

22:47
21 Sentyabr

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

21:26
21 Sentyabr

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!