08 Avqust 2026 08:10
285
SİYASƏT
A- A+
Vaşinqton Zirvəsindən bir il sonra: Cənubi Qafqazın yeni geosiyasi nizamı və Azərbaycanın strateji liderliyi

Vaşinqton Zirvəsindən bir il sonra: Cənubi Qafqazın yeni geosiyasi nizamı və Azərbaycanın strateji liderliyi


Tarix elə hadisələr yaradır ki, onların həqiqi siyasi mahiyyəti yalnız zaman keçdikdən sonra tam aydın görünür. Müasirləri üçün adi diplomatik görüş təsiri bağışlayan bəzi hadisələr sonradan bütöv regionların taleyini dəyişən dönüş nöqtələri kimi qiymətləndirilir. 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Azərbaycan-ABŞ-Ermənistan liderlərinin görüşü də artıq belə hadisələr sırasında yer alır.

Milli Məclisin deputatı Pərvin KƏRİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, həmin tarixi görüşün birinci ildönümündə ötən bir ilə nəzər saldıqda Ağ Evdə qəbul olunan qərarların təkcə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edən diplomatik addım olmadığı aydın görünür. Bu görüş bütövlükdə Cənubi Qafqazın geosiyasi arxitekturasını dəyişən, regional təhlükəsizlik sisteminə yeni məzmun gətirən və Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirən mühüm siyasi hadisə oldu. "Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycan mediasına verdiyi müsahibədə söylədiyi fikirlər həmin günün mahiyyətini dəqiq ifadə edirdi: "Mən avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm və bu da bütün regiona çox müsbət təsir göstərəcək". Vaşinqton Zirvəsinin əhəmiyyətini yalnız həmin gün imzalanan sənədlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Əslində, bu görüş son beş ildə Azərbaycanın həyata keçirdiyi ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi idi. 2020-ci ilin Vətən müharibəsi regionun hərbi-siyasi xəritəsini dəyişdirdi. 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bütün ərazisində tam bərpa olunması isə yeni hüquqi reallıq yaratdı. Vaşinqton görüşü həmin reallığın beynəlxalq siyasi müstəvidə qəbul edilməsinin növbəti mühüm mərhələsi oldu. Uzun illər beynəlxalq vasitəçilik institutlarının həll edə bilmədiyi məsələni Azərbaycan öz siyasi iradəsi, hərbi gücü və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə həll etdi. Bunun nəticəsində artıq regionun gündəliyini status-kvo deyil, sülh gündəliyi müəyyənləşdirir. Məhz buna görə Vaşinqtonda paraflanan "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi sıradan diplomatik sənəd kimi deyil, yeni regional reallığın hüquqi əsaslarından biri kimi qiymətləndirilməlidir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, müasir beynəlxalq münasibətlər tarixində qalib dövlətlərin əksəriyyəti hərbi üstünlüyü siyasi təzyiq vasitəsinə çevirməyə çalışıblar. Azərbaycanın fərqi isə ondadır ki, ölkəmiz qələbədən dərhal sonra region üçün əməkdaşlıq modelini təklif etdi. Prezident İlham Əliyev hələ müharibədən sonrakı ilk aylardan etibarən dəfələrlə bəyan etmişdi ki, Cənubi Qafqazda davamlı sabitlik yalnız qarşılıqlı əməkdaşlıq və kommunikasiyaların açılması yolu ilə mümkündür. Vaşinqton Zirvəsi həmin siyasətin beynəlxalq dəstək qazandığını nümayiş etdirdi. Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması, ATƏT-in Minsk qrupu və əlaqədar mexanizmlərin fəaliyyətinin başa çatdırılması istiqamətində atılan addımlar göstərdi ki, artıq beynəlxalq ictimaiyyət də regionda yaranmış yeni siyasi reallığı qəbul edir. Bu baxımdan Vaşinqton görüşü  yeni regional təhlükəsizlik modelinin başlanğıcı oldu.

P.Kərimzadə bildirib ki, son illərin hadisələri Cənubi Qafqazda geosiyasi təşəbbüsün artıq Azərbaycana məxsus olduğunu göstərdi: "Uzun illər region kənar güclərin rəqabət meydanı kimi təqdim olunurdu. Müxtəlif beynəlxalq platformalar regionun gələcəyi barədə qərarlar qəbul etməyə çalışırdı. Lakin postmüharibə dövründə vəziyyət tamamilə dəyişdi. Bu gün regional gündəliyi müəyyən edən əsas dövlət Azərbaycandır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan həm Qərb, həm türk dünyası, həm islam aləmi, həm də digər beynəlxalq tərəfdaşlarla etibarlı münasibətlər qurmağa nail olub. Vaşinqton görüşü bu siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi".

Deputat qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşdə əldə olunan razılaşmalar Azərbaycanın artıq təkcə Avropanın enerji təhlükəsizliyinin təminatçısı deyil, həm də regional sabitliyin əsas dayaqlarından biri kimi qəbul edildiyini təsdiqləyir. Rəsmi Bakı heç vaxt bölgədə yeni qarşıdurma modeli formalaşdırmağa çalışmayıb. Əksinə, məqsəd müharibənin nəticələrini davamlı sülhə çevirmək olub. Vaşinqtonda əldə olunan razılaşmalar da məhz bu məqsədə xidmət edir. 

P.Kərimzadə vurğulayıb ki, Vaşinqton Zirvəsinin ən mühüm nəticələrindən biri də Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyması oldu. İki ölkə prezidentlərinin iştirakı ilə "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu"nun imzalanması münasibətlərin gələcək inkişaf konturlarını müəyyənləşdirdi. Bu memorandum göstərdi ki, Vaşinqton Azərbaycanı artıq təkcə etibarlı enerji tərəfdaşı kimi deyil, həm də Cənubi Qafqazda təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin aparıcı iştirakçısı kimi qiymətləndirir. "Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mediasına müsahibəsində bu məqamı xüsusi vurğulayaraq demişdi: "ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Azərbaycan üçün bu, tarixi nailiyyətdir". Bu fikir, əslində, Azərbaycanın son illərdə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin məntiqi nəticəsini ifadə edir. Çoxqütblü beynəlxalq münasibətlər sistemində milli maraqları əsas götürən, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında əlaqələr quran Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, dövlət başçısı strateji tərəfdaşlığın yalnız siyasi dialoqdan ibarət olmadığını, onun ticarət, nəqliyyat, süni intellekt, rəqəmsal iqtisadiyyat, müdafiə sənayesi, terrorizmlə mübarizə və digər mühüm istiqamətləri də əhatə edəcəyini xüsusi bildirmişdir. Bu isə onu göstərir ki, Vaşinqton Zirvəsi iki ölkə münasibətlərinə uzunmüddətli strateji məzmun qazandırıb", - deyə o bildirib.

Deputat deyib ki, Vaşinqton görüşünün ən mühüm geoiqtisadi nəticələrindən biri regional kommunikasiyaların açılması istiqamətində əldə olunan razılaşmalardır. Tarix göstərir ki, böyük dövlətlərin iqtisadi qüdrəti əksər hallarda onların nəqliyyat marşrutlarına nəzarət imkanları ilə müəyyən olunub. Böyük İpək yolu, Süveyş kanalı və Panama kanalı bunun ən bariz nümunələridir. XXI əsrdə isə Avropa ilə Asiyanı birləşdirən Orta dəhliz qlobal iqtisadiyyatın yeni inkişaf oxlarından birinə çevrilməkdədir. Azərbaycan artıq bu marşrutun əsas halqasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Vaşinqtonda əldə olunan razılaşmalar isə bu potensialın daha da genişlənməsinə xidmət edir. Bu baxımdan regional kommunikasiyaların açılması yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına, investisiya mühitinin yaxşılaşmasına və yeni əməkdaşlıq formatlarının yaranmasına təkan verəcək.

O bildirib ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi regional təhlükəsizliyin artıq hərbi qarşıdurma üzərində deyil, iqtisadi əlaqələr, nəqliyyat əlaqələri və siyasi dialoq üzərində qurula biləcəyini göstərir: "Prezident İlham Əliyevin Vaşinqtonda səsləndirdiyi fikir də məhz bu yanaşmanı əks etdirir: "Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda bütün dünya üçün böyük bir imkandır". Bu bəyanat təkcə siyasi mesaj deyil, Azərbaycanın postmünaqişə dövrünə baxışının konseptual ifadəsidir. Vaşinqton Zirvəsindən ötən bir il ərzində baş verən proseslər göstərdi ki, həmin görüş təsadüfi diplomatik hadisə olmayıb. Əksinə, o, son illərdə formalaşmış yeni regional reallığın beynəlxalq səviyyədə qəbul edilməsində mühüm mərhələ kimi çıxış edib. Artıq Cənubi Qafqaz münaqişə məkanı kimi deyil, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, rəqəmsal transformasiya və iqtisadi əməkdaşlıq imkanları ilə seçilən strateji region kimi formalaşır. Bu dəyişikliklərin mərkəzində isə Azərbaycan dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yalnız hərbi Zəfər qazanan dövlət kimi deyil, həm də həmin zəfəri davamlı sülh, regional əməkdaşlıq və beynəlxalq tərəfdaşlığa çevirməyi bacaran məsuliyyətli siyasi aktor kimi qəbul olunur. Vaşinqton görüşünün birinci ildönümündə Prezident İlham Əliyevin həmin tarixi günlə bağlı söylədiyi daha bir fikir xüsusi diqqət çəkir: "Bugünkü gün o cümlədən buna görə tarixi gün sayıla bilər"".

Deputat qeyd edib ki, 8 avqust 2025-ci il Cənubi Qafqazın yeni geosiyasi tarixinin başlanğıc nöqtələrindən biridir. Həmin gün Vaşinqtonda qəbul edilən qərarlar təkcə iki dövlət arasında münasibətlərin normallaşmasına xidmət etmədi, regionun gələcək inkişaf modelini, təhlükəsizlik arxitekturasını və geoiqtisadi perspektivlərini müəyyən etdi. Tarix böyük dövlətlərin yalnız qazandıqları qələbələri deyil, həmin qələbələri uzunmüddətli siyasi nəticələrə çevirmək bacarığını da qiymətləndirir. Azərbaycan son illərdə məhz bu keyfiyyəti nümayiş etdirib. Hərbi zəfər diplomatik uğurla tamamlanıb, diplomatik uğur isə yeni regional əməkdaşlıq modelinin formalaşmasına zəmin yaradıb. "Vaşinqton Zirvəsindən ötən bir il göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Bu gün ölkəmiz Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən, regional əməkdaşlıq platformalarını təşviq edən və Avrasiyanın yeni geoiqtisadi xəritəsinin formalaşmasında aparıcı rol oynayan dövlət kimi çıxış edir. Məhz buna görə 8 avqust 2025-ci il yalnız diplomatik təqvimdə qeyd olunan tarix deyil, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın beynəlxalq səviyyədə təsdiqləndiyi, Cənubi Qafqazın gələcəyinə istiqamət verən, strateji qərarların qəbul olunduğu gün kimi müasir siyasi tarixdə öz layiqli yerini tutub.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

08:30
08 Avqust

Türk birliyi: tarixi yaddaşdan yeni geosiyasi gücə doğru

08:20
08 Avqust

Vaşinqton Zirvəsindən bir il sonra: Cənubi Qafqazın yeni geosiyasi nizamı və Azərbaycanın strateji liderliyi

08:10
08 Avqust

Azərbaycanın yeni dövlət davranış modeli: müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa

08:00
08 Avqust

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:16
08 Avqust

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:16
08 Avqust

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

01:15
08 Avqust

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:14
08 Avqust

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:14
08 Avqust

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:13
08 Avqust

"Dövlət qulluğu haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:13
08 Avqust

"Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə  

01:11
08 Avqust

"Dövlət qulluğu haqqında"və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında 

01:09
08 Avqust

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında

01:06
08 Avqust

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş"in təsdiq edilməsi barədə

01:04
08 Avqust

BİLDİRİŞ

00:57
08 Avqust

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

18:53
07 Avqust

Vaşinqton razılaşması Azərbaycan diplomatiyasının növbəti zəfəri idi

18:23
07 Avqust

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ 

18:22
07 Avqust

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

18:20
07 Avqust

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

18:18
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!