11 Avqust 2026 14:13
655
CƏMİYYƏT
A- A+
Deputat: Uşaqların sosial şəbəkələrdə zərərli məzmundan qorunması vacibdir

Deputat: Uşaqların sosial şəbəkələrdə zərərli məzmundan qorunması vacibdir


Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması və 16-18 yaş aralığında onların sosial mediadan istifadəsinə valideyn nəzarətinin tətbiqi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addımdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycan qanunvericiliyində azyaşlıların sosial mediadan istifadəsi ilə bağlı mühüm dəyişikliklər həyata keçirilib.

Deputat qeyd edib ki, Prezidentin rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli məzmun və təsirlərdən qorunmasına yönəlmiş Sərəncamı bu istiqamətdə atılan mühüm addımlardan biridir.

“Bu, çox vacib və mühüm qərardır. Çox sevindirici haldır ki, Azərbaycan bu məsələdə öndə gedən dövlətlərdən biri oldu. Yaşı 16-dək olan uşaqların sosial şəbəkələrdən sərbəst istifadəsinin məhdudlaşdırılması gələcəkdə onların rastlaşa biləcəyi bir sıra ciddi problemlərin qarşısının alınmasına xidmət edəcək”, – deyə C.Məmmədov vurğulayıb. Yaşı 16-18 arasında olan şəxslərin sosial şəbəkələrdən istifadəsində valideyn nəzarətinin nəzərdə tutulmasının da uşaqların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətli olduğunu bildirən deputat qeyd edib ki, bu yanaşma valideynlərin övladlarının rəqəmsal davranışına daha yaxından nəzarət etməsinə imkan yaradacaq. Sosial şəbəkələr uşaqların informasiya əldə etməsi və ünsiyyət qurması üçün geniş imkanlar yaratsa da, burada onların psixoloji inkişafına, dünyagörüşünə və davranışlarına mənfi təsir göstərə biləcək məzmunlarla qarşılaşması riski mövcuddur. Bu səbəbdən uşaqların rəqəmsal savadlılığının artırılması, onlara internetdən təhlükəsiz və düzgün istifadə qaydalarının öyrədilməsi xüsusi əhəmiyyət daşıyır.

Deputat vurğulayıb ki, yalnız qanunvericilik tədbirləri deyil, ailə, məktəb və cəmiyyət tərəfindən aparılan maarifləndirmə işi də bu prosesin mühüm tərkib hissəsidir. Müasir dövrdə uşaqlar və yeniyetmələr sosial şəbəkələr vasitəsilə müxtəlif zərərli məzmun və təsirlərlə üzləşə bilirlər. Bu baxımdan onların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi həm valideynlər, həm də dövlət qarşısında mühüm vəzifələr qoyur.

“Hazırda dünyada ağır proseslərin getdiyi bir dövrdə belə bir addımın atılması və qərarın qəbul edilməsi, hesab edirəm ki, gənclərin qorunması, onların zərərli təsir və məzmunların qurbanına çevrilməməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əsas məqsəd uşaqların sağlam inkişafını təmin etmək və onları rəqəmsal mühitin yarada biləcəyi təhlükələrdən qorumaqdır”, - deyə deputat əlavə edib. C.Məmmədov bildirib ki, uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsi gələcək nəslin sağlam formalaşması baxımından mühüm amillərdən biridir. Bu istiqamətdə görülən tədbirlərin əsas məqsədi uşaqların hüquq və maraqlarını qorumaq, onların zərərli məzmunların təsirinə məruz qalmasının qarşısını almaq və rəqəmsal texnologiyalardan daha təhlükəsiz şəkildə faydalanmalarına şərait yaratmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

Hulusi Kılıç: Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq

16:46
04 Sentyabr

Doqquz gün sonra gələn möcüzə

16:43
04 Sentyabr

Naxçıvanın sənaye xəritəsi yenidən cızılır

16:40
04 Sentyabr

Bakı metrosunda sərnişin sıxlığı: avqustun lideri “Koroğlu” oldu

16:34
04 Sentyabr

Birol Akgün: “Bakı bu il Türk dünyasının və türkologiyanın nəbzinin döyündüyü mühüm mərkəzlərdən birinə çevrilib “

15:47
04 Sentyabr

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12 faizdən çox artıb

15:45
04 Sentyabr

Ekspert: Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialını artıracaq

15:43
04 Sentyabr

Medianın yeni dövrü: süni intellektlə ayaqlaşan jurnalistika

15:41
04 Sentyabr

Seneqallı nazir: "İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq"

14:48
04 Sentyabr

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib

14:46
04 Sentyabr

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

14:38
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!