11 Avqust 2026 12:18
154
DÜNYA
A- A+
Barış olacaqmı?

Barış olacaqmı?


Türkiyə parlamenti "Milli birliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında" qanun qəbul edib


"Terrorsuz Türkiyə" prosesinin bir hissəsi olaraq qəbul edilən qanunda Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri üçün məhdud əfv nəzərdə tutulur. Sənəd on minlərlə insanın həyatını alan kürd terrorçuları ilə 40 ildir davam edən münaqişəyə son qoymaq üçün atılan ilk qanunvericilik addımıdır. 

Qanun PKK-nın uzun illərdir həbsdə olan qurucusu Abdullah Öcalanın tərəfdarlarını partiyanı buraxmağa və silahlarını yerə qoymağa çağırmasından təxminən bir il yarım sonra qəbul edilib. “Anadolu” Agentliyinin məlumatına görə, qanun layihəsi parlamentdə təxminən 12 saatlıq müzakirələrdən sonra təsdiqlənib: 600 deputatdan 468-i lehinə, 88-i əleyhinə səs verib, 6-sı isə tərəfsiz qalıb. Sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP), onun ifrat sağçı Milliyyətçi Hərəkat Partiyasındakı (MHP) müttəfiqləri və kürdpərəst müxalifət Türkiyə Demokrat Partiyası (KXDR) tərəfindən dəstəklənib.

"Financial Times" qəzetinin məlumatına görə, qanun 12 maddədən ibarətdir və minlərlə PKK üzvünün tərksilah olunması və yenidən inteqrasiyası üçün prosedurlar müəyyən edir. Sənəd müəyyən cəzaları təxirə salır və iddia edilən cinayətin ağırlığından asılı olaraq davam edən istintaqları 5 və ya 10 il müddətinə dondurur. Bu güzəştləri alanlar başqa cinayətlər törətməsələr, onların cinayət işləri xitam olunacaq və mövcud cəzaları ləğv ediləcək.

Lakin əfv qəsdən adam öldürməkdə ittiham olunan PKK üzvlərinə və ya 2005-ci ildən əvvəl ömürlük həbs cəzasına məhkum edilənlərə şamil olunmayacaq. Bu məhdudiyyət Abdullah Öcalana və digər yüksək çinli PKK üzvlərinə də aiddir.

Bu, Türkiyə ilə PKK arasında sülhə nail olmaq üçün ilk cəhd deyil. Lakin hələlik  1984-cü ildə başlayan silahlı münaqişəyə son qoymaq üçün ən böyük ümidverici addımdır. PKK terror fəaliyyətinə başlayandan bəri Türkiyədə təxminən 40 min insan həlak olub. O üzdən PKK Türkiyə, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən terror təşkilatı elan edilib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda güclənəcəyi proqnozlaşdırılır

13:24
11 Avqust

Diplomatik qalmaqal: Fransa Konqodakı səfirliyinin irqçi hesab edilən videosunu silib

13:13
11 Avqust

ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir

13:09
11 Avqust

Taxıl sahələrindən 3,1 milyon ton məhsul yığılıb

13:05
11 Avqust

Barış olacaqmı?

12:18
11 Avqust

İİKK: İran raketləri uçuş yolunu dəyişmək qabiliyyətinə malikdir  

12:11
11 Avqust

Beynəlxalq Dekolonizasiya Cəbhəsi Korsikadan Fransaya çağırış edib

12:01
11 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

12:00
11 Avqust

Moskvada Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi müzakirə oluna bilər

11:59
11 Avqust

Donald Tramp FIFA-ya xəbərdarlıq edib: Canni İnfantinonun vəzifədən getməsi dəhşətli səhv olacaq

11:37
11 Avqust

Alüminium qiymətləri son 7 həftənin maksimumuna yüksəlib

11:36
11 Avqust

BMT uşaqları və gəncləri onlayn informasiya risklərindən qorumağa çağırır

11:24
11 Avqust

Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

11:18
11 Avqust

DSMF: Yanvar-iyul aylarında sosial sığorta haqları üzrə daxilolmalar proqnozu üstələyib

11:17
11 Avqust

Birjalarda qızıl və gümüş qiymətləri

11:09
11 Avqust

Rusiyanın Voronej şəhərinə dron hücumu nəticəsində bir nəfər ölüb

10:39
11 Avqust

Azərbaycan nefti 95 dollardan baha satılır

10:32
11 Avqust

Neft qiymətləri bahalaşır

10:23
11 Avqust

“Sabah” Çempionlar Liqasında cavab oyununa çıxır

10:19
11 Avqust

Paytaxtın bu ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

10:18
11 Avqust

Avropa ölkələrində havanın temperaturu yenidən yüksələcək

10:01
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!