Öz xalqına xidmət edib əbədiyaşarlıq ömrü qazanan müdrik insanlar illər, əsrlər keçsə də, unudulmurlar. Onların xatirəsi həmişə hörmətlə yad edilir... Görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanov da adını tarixin yaddaşına yazan böyük səxsiyyətlərdəndir. Vəfatından, eləcə də yeganə övladı Nəcəfə ünvanladığı "Bitməmiş məktub"u yazmasından bir əsr ötür...
Nəriman Nərimanovun anım günündə xatirə muzeyində keçirilən tədbir də belə adlanırdı - "Bitməmiş məktub və nakam ömür"...
N.Nərimanovun həyatı mənalı və keşməkeşli olub. Savad, bilik əldə etmək arzusundan doğan təhsil illərindən maarif və mədəniyyətin tərəqqisi uğrunda mübarizəyə, müstəqil fəaliyyət göstərə bilmək üçün həkimlik sənətinə yiyələnmək cəhdindən, siyasi mübarizəyə aparan yolun hər addımı anbaan kamilliyə doğru can atmanın bariz nümunəsidir. Elə bu səbəbdən də Nəriman Nərimanovun Bakıda fəaliyyət göstərən xatirə muzeyi tarixi şəxsiyyətin doğum və anım günlərində onun şəxsiyyətinə və zəngin irsinə dəyər verən insanların görüş yerinə çevrilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın professoru, tarix üzrə elmlər doktoru Həvva Məmmədova, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın Tarix kafedrasının müdiri, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, akademiyanın dosenti, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova, N.Nərimanov irsinin tədqiqatçısı, professor Teymur Əhmədovun oğlu Füzuli Əhmədov, Azərbaycan Milli Tarix Muzeyinin Beynəlxalq əlaqələrlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, eyni zamanda həmin muzeyin baş fond mühafizi Afət Kərimova, Əməkdar mədəniyyət işçisi Nailə Rəhimova, A.Şaiqin mənzil-muzeyinin müdiri Ülkər Talıbzadə, KİV nümayəndələri, tələbələr və digər qonaqlar iştirak edirdilər.
Giriş sözü ilə tədbiri açan xatirə muzeyinin direktoru Ləman Hüseynova qonaqları salamlayaraq sözü tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovaya verdi. O, öz çıxışında N.Nərimanovun ömrünün mühüm hissəsinin qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçməsindən, milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətindən xalqımızın mənafeyini ömrünün son anınadək müdafiə etməsindən bəhs etdi.
Tədbirdə ilk dəfə olaraq qonaqlara N.Nərimanovun oğlu Nəcəfə və onun simasında gələcək nəsillərə xitabən yazılmış "Bitməmiş məktub" - əlyazmasının əsli təqdim edildi. Həmin həyəcanlı dəqiqələrdə dahi mütəfəkkirin qələmi ilə yazılmış, zaman keçdikcə saralıb solmuş əlyazmanın məzmunu 189-190 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Ləman Hacıyevanın ifasında səsləndi.
Dahi mütəfəkkirin və oğlu Nəcəfin həyatının mühüm mərhələsini özündə əks etdirən videoçarxı tədbir iştirakçıları maraqla seyr etdilər.
Çıxış edənlər tədbirin tariximizi öyrənmək, şəxsiyyətlərimizin miras qoyub getdikləri zəngin irsdən düzgün faydalanmağın əhəmiyyətindən danışdılar.
Tədbirdə muzeyin fonduna yeni daxil olan tədqiqat əsərləri, kitab, qəzet, jurnallar və N.Nərimanovun müxtəlif illərdə çəkilmiş portretlərindən ibarət sərgi nümayiş etdirildi.
Elşən QƏNİYEV,
"Azərbaycan"
AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirib
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə yaxınlaşıb
Den Yoşpe COP30 üzrə BMT-nin yüksəksəviyyəli iqlim lideri təyin edilib
Almaniyada quraşdırılan günəş enerjisi batareyalarının sayı beş milyonu ötüb
Gürcü ekspert: “Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanmış memorandumun böyük və xüsusi əhəmiyyəti var
Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri genişləndirilir
Somali ordusu terrorçu qruplaşmanın 20-dən çox üzvünü zərərsizləşdirib
Beynəlxalq Hakimlər Assosiasiyasının Bakıda keçiriləcək 67-ci Baş Assambleyasının rəsmi internet səhifəsi istifadəyə verilib
İrakli Kobaxidze: Təəssüf ki, ayrı-ayrı səfirliklərin və təşkilatların fəaliyyəti dəyərlərə əsaslanmır
Azərbaycanın və Bəhreynin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq qurulub
Keçmiş məcburi köçkün: Suqovuşanda gözəl mənzillə təmin edilmişəm
Milli Məclisin sədri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin sədri ilə görüşüb
Senat sədri: Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir
Müdafiə naziri: Azərbaycan Ordusu Ali Baş Komandanın etimadını hər zaman doğruldub, bundan sonra da doğruldacaq
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ağdərə sakini: Bundan sonra doğma torpaqlarımızda xoş günlərimiz başlayacaq
Muxtar Babayev: COP29 konfransı çərçivəsində bir çox tarixi addımlar atdıq
AMADA "Ədalətli idman həftəsi" ilə əlaqədar məlumatlandırma işinə başlayır
İlin əvvəlindən 11,6 min şəxsə əlillik təyin olunub
Milli Məclisin sədri Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı çapdan çıxıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!