26 Aprel 2025 12:43
671
SİYASƏT
A- A+
“Tagesschau”: Azərbaycan - Çin strateji tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyət Aİ üçün böyük əhəmiyyət daşıyır  

“Tagesschau”: Azərbaycan - Çin strateji tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyət Aİ üçün böyük əhəmiyyət daşıyır  


Almaniyanın aparıcı “Tagesschau” xəbər saytında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə qlobal gərginliklər fonunda enerji və nəqliyyat sahəsində etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycana səfər çərçivəsində Aİ rəsmisinin Çinə mühüm dövlət səfərindən qayıtmış Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi, həmçinin xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdüyü vurğulanıb. K.Kallasın Aİ-nin Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri investoru olaraq qalması, eləcə də Azərbaycanın da dünyanın misilsiz çağırışlarla üzləşdiyi bir zamanda Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməsi barədə fikirlərinə diqqət çəkilib.

Yazıda Prezident İlham Əliyevin Çinə dövlət səfərinin, o cümlədən səfər çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın önəmi xüsusi vurğulanıb. “Bu tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji sahəsində və Çin ilə Avropa arasında nəqliyyat infrastrukturunun inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulur. Hər iki sahə Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır. Dünyanın dəniz yolları boyunca təhlükəsizlik vəziyyətinin qeyri-müəyyənliyi Cənubi Qafqaz vasitəsilə quru nəqliyyat əlaqələrinin önəmini daha da artırır. Məhz bu səbəbdən Kallas Bakıda Aİ ilə region arasında əlaqələrin genişləndirilməsindən danışdı. O, həmçinin uzun müddətdir gündəmdə olmayan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların bərpasına da toxundu”, - deyə məqalədə bildirilib.

Yazıda Cənubi Qafqaz ölkələrinin - Azərbaycan, Ermənistan və Gürcüstanın quru əlaqələrinə artan maraqdan yaranan imkanlardan faydalanmaq istədikləri və bu amilin regionda mövcud maneələrin aradan qaldırılmasını zəruri etdiyi vurğulanıb.

Bundan başqa, Aİ rəsmisinin Bakıdan sonra xüsusilə Ermənistan üçün həssas bir dönəmdə İrəvana səfər etməməsinin və bu barədə heç bir aydın səbəbin göstərilməməsinin bu ölkədə təəssüf və narahatlıqla qarşılandığı qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

Dəniz sahilində, göydələnlər arasında

08:55
11 Mart

FAO dünya üzrə ərzağın son qiymətləri barədə rəqəmləri açıqlayıb

08:50
11 Mart

"Şahdəniz" Azərbaycan qaz sənayesinin şah damarıdır

08:45
11 Mart

"Dünya hərb sənətinin Nadir şah zirvəsi"

08:40
11 Mart

Azərbaycanın xarici siyasətində Sülh Şurası yeni istiqamət kimi

08:35
11 Mart

Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq

08:30
11 Mart

Azərbaycan dünya neft bazarında qiymətlərin sabit olmasında maraqlıdır

08:25
11 Mart

İlham Əliyevin sülh strategiyası real nəticələr verir

08:20
11 Mart

Azərbaycan sabitlik və əməkdaşlıq mühitinin güclənməsində maraqlıdır

08:15
11 Mart

İran böhranı

08:10
11 Mart

Humanizm və xeyirxahlıq nümunəsi

08:05
11 Mart

Güclü siyasi iradənin və qətiyyətin təzahürü

08:00
11 Mart

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!