11 Mart 2026 08:55
655
İQTİSADİYYAT
A- A+
Dəniz sahilində, göydələnlər arasında

Dəniz sahilində, göydələnlər arasında


Bakı Qərbin Dubayı, Dubay Şərqin Bakısıdır


Şəhərsalma insan cəmiyyətinin inkişafında mühüm rol oynayan prosesdir. Bu, yalnız yeni binaların və infrastrukturların inşası deyil, eyni zamanda şəhərin funksional, estetik və sosial tələblərə uyğun şəkildə planlaşdırılmasıdır. Müasir şəhərlər sürətli iqtisadi inkişaf və əhali artımı fonunda planlaşdırma məsələlərinə daha çox diqqət yetirirlər.

Bakı və Dubay şəhərləri bu baxımdan maraqlı nümunələrdir. Hər iki şəhər enerji və maliyyə resurslarından istifadə edərək qısa müddətdə  iqtisadiyyatda, eləcə də şəhərsalma və memarlıq sahəsində ciddi irəliləyiş əldə edib. Şəhərsalma prinsiplərinin tətbiqi bu şəhərlərin simasını müəyyənləşdirib və onların urbanizasiyadan dolayı  inkişaf istiqamətini formalaşdırıb. Şəhərsalma şəhərin funksional bölgələrə bölünməsi, ictimai məkanların təşkili, nəqliyyat şəbəkələrinin qurulması və ətraf mühitin qorunması kimi aspektləri  də əhatə edir.

Bu kontekstdə Bakı və Dubay şəhərsalma işlərini planlı şəkildə, müasir memarlıq layihələri və iqtisadi resursların infrastruktura yönəldilməsi əsasında həyata keçirir. Hər iki şəhərdə iqtisadi və inzibati mərkəzlər şəhərin əsas bölgələrində yerləşir və inkişafın qalan hissəsinə nümunə olur. Bakı neft-qaz gəlirlərini, Dubay isə neft gəlirləri ilə yanaşı, həm də qlobal investisiyaları şəhərsalma layihələrinə yönəldərək infrastrukturun sürətli inkişafını təmin edib.  Göydələnlər, ticarət mərkəzləri və memarlıq nümunələri Bakının və Dubayın  görünüşünü dəyişdirib. Eyni zamanda ictimai məkanların təşkili, müasir nəqliyyat şəbəkələrinin qurulması və ekoloji tarazlığın qorunması şəhərsalmanın ayrılmaz hissəsi kimi bu şəhərlərin  inkişafını daha funksional və komfortlu hala gətirib. Bakı bulvarı yerli sakinlərə və turistlərə geniş istirahət imkanları təqdim edir və şəhərin dəniz mənzərəsini daha gözəl göstərir. Dubayda isə Miracle Garden, Dubai Marina və Æumeirah Beach Park kimi istirahət mərkəzləri şəhər sakinlərinə və ziyarətçilərə açıq havada əyləncə və təbiət təcrübəsi yaşadır, urbanizasiyanın sosial aspektlərini ön plana çıxarır.

Sadalanan bu oxşarlıqlara baxmyaraq Bakının da, Dubayın da şəhərsalma və urbanizasiya prosesində müəyyən fərqlər mövcuddur. Bakı tarixi şəhər mərkəzi və memarlıq irsi ilə zəngindir, Dubay isə qısa müddətdə müasir, qeyri-adi və rekord layihələr üzərində inkişaf edib. Dubay daha sürətli və planlı şəkildə, böyük və görkəmli layihələr əsasında formalaşıb. Bakı isə tarixə və qədim tikililərə hörmətlə yanaşaraq tədricən modernləşmə yolu seçib. Məsələn, Dubayda hündürlüyü  828 metr olan Bürc Xəlifə dünyanın ən hündür binası olaraq möhtəşəm şəhər mənzərəsini, Palm Æumeirah isə xurma formalı süni ada kimi lüks həyat və dəniz istirahətini təqdim edir. Yeri gəlmişkən, Dubayın görkəmli memarlıq simvollarından olan Bürc Xəlifənin tikilmə tarixçəsi də çox maraqlıdır. Onun  ərsəyə gəlməsi üçün 6 il zaman sərf olunub və burada  hər gün 12 min fəhlə çalışıb. Göydələn 80 kilometr uzaqlıqdan görünür, lakin bu nəhəng binanın ən yüksək mərtəbəsindən günəşin batmasını izləmək daha gözəldir. 2010-cu ildə açılışından bir qədər əvvəl Bürc Dubay (hərfi mənada Dubay Qülləsi) adlanırdı, sonralar Əbu-Dabi əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə ibn Zayed Əl Nəhayanın şərəfinə binanın adı Bürc Xəlifə adlandırıldı.

Bakı şəhəri isə Alov Qüllələri ilə yanaşı, Heydər Əliyev Mərkəzi, "SOCAR Tower" və "Port Baku Towers" kimi nəhəng və müasir tikililəri ilə də diqqət çəkir. Heydər Əliyev Mərkəzi qeyri-adi dizaynı ilə şəhərin mədəni simasını zənginləşdirir, "SOCAR Tower" və "Port Baku Towers" isə iqtisadi və biznes mərkəzlərinin formalaşmasına xidmət edir. "Four Seasons" Hotel Baku və digər müasir komplekslər şəhərin panoramasına lüks və müasir bir görünüş qatır. Bu tikililər urbanizasiya prosesində Bakının sürətli modernləşməsini və şəhər landşaftının dəyişməsini simvolizə edir, həmçinin şəhərin həm tarixi, həm də müasir memarlıq harmoniyasının qorunmasına imkan yaradır. Bir amili xüsusi vurğulamalıyıq ki, Dubay səhralıq mühitində su resursları və infrastruktur məsələlərinə fokuslanır, Bakı isə Xəzər dənizi sahilində nisbətən rütubətli mühitə uyğun şəhərsalma aparır.

Təqdim etdiyimiz müqayisə göstərir ki, şəhərsalma prinsipləri oxşar əsaslara söykənsə də, hər şəhərin inkişaf modelində fərqli prioritetlər və strategiyalar özünü göstərir. Bu yanaşmaların hər iki şəhərin urbanizasiya prosesinə necə təsir etdiyini isə daha yaxından müşahidə etmək mümkündür. Bakı və Dubayda qısa müddətdə tikilən yeni yollar, körpülər, metro şəbəkəsinin genişlənməsi və ticarət mərkəzləri sürətli urbanizasiyanın əsas göstəriciləridir. Bu şəhərlər enerji resurslarının yaratdığı iqtisadi imkanlardan istifadə edərək qısa müddətdə müasir memarlıq, geniş infrastruktur və qlobal iqtisadi əlaqələr baxımından böyük inkişaf yolu keçib. Dubayda şəhər planlaşdırması zamanı böyük ticarət və əyləncə mərkəzlərinin inşası iqtisadi cəlbediciliyi artırıb, Bakı isə həm tarixi, həm də müasir məkanların balansını qoruyaraq urbanizasiyanın sosial aspektlərinə diqqət göstərib. 

Bununla yanaşı, sürətli urbanizasiya hər iki şəhərdə müəyyən problemlər yaradıb. Əhalinin sürətli artımı, nəqliyyat sıxlığı, ekoloji problemlər və sosial infrastrukturun genişləndirilməsi kimi məsələlər urbanizasiya prosesinin əsas problemləri hesab olunur. Qeyd edək ki, urbanizasiyanın Bakıya və Dubaya qazandırdığı təcrübə göstərir ki, düzgün iqtisadi strategiya və planlaşdırma nəticəsində istənilən şəhər qısa müddətdə regional və qlobal mərkəzə çevrilə bilər. 

Bakı və Dubayın təcrübəsi göstərir ki, şəhərsalma və urban inkişaf yalnız iqtisadi imkanlarla deyil, həm də tarixi, sosial və ekoloji aspektləri nəzərə alaraq planlaşdırıldıqda həm funksional, həm də estetik cəhətdən uğurlu nəticələr əldə etmək mümkündür. Bu müqayisə digər şəhərlərə inkişaf və şəhərsalma strategiyalarını müəyyənləşdirmək üçün faydalı nümunə ola bilər.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!