01 Avqust 2024 16:03
637
İQTİSADİYYAT
A- A+
Azərbaycan və BƏƏ Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib

Azərbaycan və BƏƏ Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib

 

Şuşada Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov və BƏƏ-nin iqtisadiyyat naziri, Komissiyanın həmsədri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-BƏƏ arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığı, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolu vurğulanıb. Qeyd edilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rol oynayır. Diqqətə çatdırılıb ki, bu gün Şuşada 9-cu iclası keçirilən Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiya, BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəliyinin və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin fəaliyyəti işgüzar əlaqələrin inkişafına xidmət edir.

İkitərəfli görüşdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğu diqqətə çatdırılıb, qarşılıqlı ticarət həcminin daha da artırılması və strukturunun şaxələndirilməsinin önəmi vurğulanıb. Yaşıl enerji və turizm üzrə potensial investisiya layihələri, Azərbaycan-BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr aparılıb.

Daha sonra Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

İclasda çıxış edən iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov Azərbaycanla BƏƏ arasında tərəfdaşlığın istər dövlətlərarası, istərsə də işgüzar dairələr arasında uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin həcminin artdığını və birgə təşəbbüslərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Tədbir iştirakçılarına ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, sənaye zonalarının fəaliyyəti və Ələt Azad İqtisadi Zonasının imkanları, xarici sərmayədarlar üçün yürüdülən “açıq qapı” siyasəti barədə məlumat verilib, BƏƏ investorları tətbiq olunan investisiya təşviqi mexanizmlərindən faydalanmağa, birgə layihələrin icrasına dəvət ediliblər.

BƏƏ-nin iqtisadiyyat naziri, komissiyanın həmsədri Abdulla Bin Touq Al Marri Azərbaycana səfərindən və komissiyanın iclasının Şuşa şəhərində təşkilindən məmnunluğunu ifadə edərək, ölkəmizin böyük inkişafa nail olduğunu, Azərbaycanın təşəbbüsü ilə əhəmiyyətli enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırıldığını vurğulayıb. Ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.

Tərəflər iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, yaşıl enerji və digər sahələrdə birgə təşəbbüslərin reallaşdırılması, COP29 çərçivəsində potensial əməkdaşlıq istiqamətləri kimi məsələləri müzakirə ediblər.

İclasda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri imzalayıblar. Sənəddə ticarət-investisiya, KOB-ların dəstəklənməsi, innovasiya və rəqəmsallaşma, enerji, o cümlədən yaşıl enerji, sənaye, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, meliorasiya və su idarəçiliyi, nəqliyyat-logistika, rabitə və yüksək texnologiyalar, elm və təhsil, turizm, səhiyyə, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!