16 May 2024 08:05
273
SİYASƏT
A- A+
Sülhməramlıların Qarabağı tərk etməsi tezliklə yekunlaşacaq 

Sülhməramlıların Qarabağı tərk etməsi tezliklə yekunlaşacaq 

 

Bu, Azərbaycan və Rusiyanın  münasibətlərindəki qarşılıqlı anlaşmanın və strateji tərəfdaşlıq səviyyəsinin göstəricisidir

 

Dünən Xocalıda Rusiya Sülhməramlı Kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş mərasim keçirilib. Tədbirdə Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yüksəkrütbəli hərbçiləri iştirak ediblər.
Hələ ötən il oktyabrın 4-də Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova qeyd etmişdi ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Azərbaycanla birgə razılaşdırılaraq müəyyən ediləcək. Həmin çıxışdan o qədər də çox vaxt keçmədən Azərbaycan və Rusiya dövlət başçılarının əldə etdiyi razılığa əsasən, sülhməramlı missiyanın vaxtından əvvəl fəaliyyətini dayandırmasına qərar verildi. Əlbəttə ki, bu, Azərbaycan-Rusiya münasibətlərinə heç bir mənfi təsir etmir, əksinə, münasibətlərin daha da gücləndirilməsini şərtləndirir. Çünki sülhməramlıların ərazilərimizdən çıxması iki ölkə rəhbərinin qərarına əsasən həyata keçirilir, burada heç bir hərbi komponent yoxdur. Bununla da antiazərbaycançı şəbəkənin cəfəng fikirləri, uydurma iddiaları da iflasa uğradı. "Sapı özümüzdən olan baltalar" 3 ildir Şanlı Zəfərimizdən deyil, sülhməramlıların heç vaxt Azərbaycan ərazilərindən çıxmayacaqlarından danışaraq ara qarışdırmaq istəyirdilər. Amma baş verən proseslər bir daha onların mənfur planlarını alt-üst etdi.  
Dünən Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov jurnalistlərə açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq başladılan genişmiqyaslı əks-həmlə əməliyyatı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün müddətində uğurla başa çatdırılıb. Vətən müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikasının liderləri arasında imzalanmış üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları fəaliyyətə başlamışdı. 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli uğurlu antiterror tədbirlərindən sonra artıq bu missiyanın da fəaliyyətinə ehtiyac qalmayıb: "Sülhməramlı kontingentin vaxtından əvvəl missiyasının başa çatdırılması və Azərbaycan ərazisini tərk etməsindən dərhal sonra Müdafiə Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq sülhməramlı kontingentin silah və texnikasının, şəxsi heyətinin Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilir". Anar Eyvazov bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda davam edir və yaxın vaxtlarda yekunlaşacaq.
Qeyd edək ki, Rusiya kontingenti bir motoatıcı briqadadan ibarət idi və bu briqadanın tabeliyində iki tabor mövcud olub. Bu taborlardan birinin qərərgahı Ağdərədə, ikincisininki isə Xankəndiyə yaxın ərazidə yerləşmişdi. Sülhməramlıların tərkibinə gəlincə, burada 1960 rusiyalı hərbçi fəaliyyət göstərirdi. Onların kiçik və iriçaplı silahları, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikası var idi. Onların hamısı ərazilərimizdən çıxarılır. 
Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra artıq sülhməramlıların hansısa fəaliyyətinə ehtiyac qalmayıb. Azərbaycan heç vaxt Rusiyaya "təcili regionu tərk et" kimi bəyanatlar da verməyib. Onların 2025-ci ilin noyabrına qədər Azərbaycan ərazisində qalma imkanları mövcud idi.  Rusiya hərbçilərinin vaxtından əvvəl getməsi Moskva və Bakının ən yüksək səviyyədə siyasi razılığa gəldiyini bir daha göstərdi. Bu, artıq öz təsdiqini tapıb. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

00:55
01 Noyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan FMV-nin (geyimlərin) satın alınması məqsədilə müsabiqə elan edir

00:54
01 Noyabr

Bakıda türkiyəli rəssamların “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgisi açılıb  

22:54
31 Oktyabr

Almaniya İranın Hamburq, Frankfurt və Münxendəki baş konsulluqlarını bağlayıb

22:52
31 Oktyabr

Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların Bakı Stadionuna məlumat səfəri təşkil olunub

22:50
31 Oktyabr

Brüsseldə keçirilən seminarda Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

22:49
31 Oktyabr

Noyabrın 1-dən COP29 zolaqlarına daxil olmaq qadağandır

22:48
31 Oktyabr

Türkiyə COP29-da Uzunmüddətli İqlim Strategiyasını açıqlayacaq

22:46
31 Oktyabr

Azərbaycanda demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu mövzusunda dəyirmi masa keçirilib  

22:31
31 Oktyabr

Dayanıqlı İnkişaf Məqsədləri və iqlim fəaliyyətinə dair tədbirlər müzakirə olunub

22:28
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

21:42
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub

21:09
31 Oktyabr

Milan Sedlaçek: COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək  

20:19
31 Oktyabr

Səfir: Pakistan COP29-da yüksək səviyyədə təmsil olunacaq

20:13
31 Oktyabr

İspaniya Hökumətinin Sədri Zati-aliləri cənab Pedro Sançezə

20:03
31 Oktyabr

Bakının Xətai rayonunda Alim Məmmədov adına körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub

19:57
31 Oktyabr

XİN: Fransa bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirdi  

19:57
31 Oktyabr

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

19:37
31 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib

19:17
31 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:12
31 Oktyabr

Ankarada keçirilən görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

18:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!