21 Noyabr 2023 10:50
571
SİYASƏT
A- A+
Sülh müqaviləsi niyə bağlanmır

Sülh müqaviləsi niyə bağlanmır

 

Məntiqlə Ermənistan 44 günlük Vətən müharibəsində uğradığı ağır məğlubiyyətdən sonra sülh müqaviləsi bağlamalı idi.  Ona görə ki, uzun illər ərzində apardığı işğalçı siyasət ucbatından dalan dövlətinə çevrilmiş, bölgənin iqtisadi cəhətdən ən geridə qalan ölkəsi durumuna düşmüşdür. Belə vəziyyətdən çıxmaq üçün Azərbaycana qarşı olan əsassız iddiasından əl çəkib sülhlə bağlı qərar verməliydi.
Ağlı başında olan hər kəs bilir ki, Ermənistanın düşdüyü acı durumdan çıxış yolu Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurmasından asılıdır. Bu iki ölkə müharibə başa çatan kimi qonşu dövlətə sülh təklifi etdi. İstədiyi də münasibətlərin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi oldu. Dünya təcrübəsindən məlumdur ki, qalib ölkənin irəli sürdüyü hər hansı bir şərt məğlub ölkə üçün məcburidir. Azərbaycan isə bunun əksinə, beynəlxalq qanunları özündə ehtiva edən 5 maddəlik təkliflə çıxış etdi.
Buna baxmayaraq, Ermənistan sülh müqaviləsini imzalamaq istəmir. Səbəb nədir? Birincisi, məsələnin kökü qonşu ölkənin özündə baş verən daxili proseslərlə bağlıdır. Belə ki, orada mövcud olan revanşist qüvvələr barışıq istəmir. Əksinə, sərsəm ideologiyadan zəhərlənən erməni siyasətçiləri "qədim, tarixi torpaqları azad etmək" fikrinə düşüblər.
İkinci səbəb sovetlər birliyi dağılandan bu günədək qonşu ölkənin müstəqil ölkə kimi formalaşa bilməməsidir. Tarixi Azərbaycan torpağında süni şəkildə yaradılan, heç bir dövlətçilik ənənəsi olmayan Ermənistan istər regionda, istərsə də dünya siyasətində yerini müəyyənləşdirə bilmir. Gah Rusiyaya, gah da Qərbə köklənən bu ölkənin sabit, milli mənafeyə uyğun xarici siyasəti yoxdur, göründüyü kimi, onun mütləq bir hamisi olmalıdır. Ermənistanın uzaq görməyən siyasəti həmişə başına bəla olub. Hazırda Ermənistanla Rusiya arasında baş verən proseslər də bununla bağlıdır. Uzun illər şimal qonşumuzdan eninə-boluna istifadə edən Hayastan indi də ona qarşı çıxır. Rusiyanın qəzəbinin  qonşu ölkədə hansı təlatümlərə səbəb olacağını isə zaman göstərəcək. 
Tarixə nəzər yetirdikdə görürük ki, dünyanı idarə edən ölkələr həmişə ermənilərdən öz məqsədləri üçün istifadə etmişlər və bu gün də həmin proses davam edir. Böyük dövlətlərin daim erməniləri himayə etməsi onlarda bir arxayınlıq, daha doğrusu, yekəxanalıq yaradıb. Elə Rusiya ilə münasibətlərin korlanması da bununla bağlıdır. Ermənistanın 44 günlük Vətən müharibəsi dövründə istəyi bu olub ki, Rusiya onların əvəzinə Azərbaycanla müharibə etsin. Bu isə mümkünsüz idi. Birincisi, biz beynəlxalq hüquqla tanınmış ərazimizdə müharibə aparmışıq və başqa ölkə buna qarışa bilməzdi. İkincisi, Azərbaycanla Rusiya arasında yaxşı münasibətlər var və  şimal qonşumuz bundan imtina etmək istəmədi. Üçüncüsü isə, bu ölkənin siyasi və hərbi elitası yaxşı başa düşür ki, Cənubi Qafqazın aparıcı ölkəsi Azərbaycandır və onunla münasibətləri korlamaq olmaz. İndi ermənilər bunu bəhanə edib Rusiyadan aralanıb Qərbə yaxınlaşır.
Qərbin istəyi isə bölgədən Rusiyanı sıxışdırıb çıxarmaqla buraya hakim olmaqdır. Gürcüstan, necə deyərlər, bu oyuna gedib, sonunun nə ilə bitdiyini yaxşı bilir. Ona görə də "süddən ağzı yanan suyu üfürə-üfürə içər" məsəlinə əməl edir. Yəni Rusiya ilə yenidən kontrantasiyaya getmir. Azərbaycan isə əvvəldən milli mənafeyinə uyğun müstəqil siyasət aparır, nə Rusiyanın, nə də Qərbin istəyini yerinə yetirir. 
Hazırda Qərblə Rusiya arasındakı siyasi münasibətlər daha da gərgindir. Fələstin-İsrail müharibəsində Rusiya açıq şəkildə Qərbə meydan oxuyaraq Fələstinin tərəfini tutdu. Qərbin hədəfində isə Rusiyanın sərhədində yeni bir münaqişə ocağı yaradıb onu beynəlxalq siyasət meydanından uzaqlaşdırmaqdır. Artıq heç kəsə sirr deyil ki, Rusiya-Ukrayna müharibəsinin də əsl səbəbi budur.
Bu gün sülh müqaviləsinin bağlanmamasının, regionumuzda gərginliyin artmasının səbəbi də Qərbin bu siyasətindən qaynaqlanır. Əslində, Azərbaycanın bu il sentyabrın 19-da Qarabağ İqtisadi Zonasında apardığı lokal xarakterli antiterror tədbiri müharibəyə son qoyulması demək idi.  Reallıq və məntiq bunu göstərir.  Bəs nə baş verdi? Başda Fransa olmaqla Birləşmiş Qərb ölkəmizi "etnik təmizləmə"də günahlandırmağa və Azərbaycanın əleyhinə sanksiyalar qəbul etməyə çalışır. Bu məsələ BMT-də və Avropanın müxtəlif regional təşkilatlarında müzakirə edilib. Ancaq ölkəmizin atdığı bütün addımların beynəlxalq qanunlara uyğun olduğu üçün heç bir ciddi sənəd qəbul etdirə bilmirlər.
İndi Qərbdə Azərbaycanın Ermənistana hücum edəcəyi barədə rəsmi bəyanatlar səsləndirilir. Qərb mətbuatı bunu geniş şəkildə tirajlayır. Bu vəziyyət Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrü xatırladır. İndi həmin qüvvələr eyni üsuldan bizə qarşı istifadə edirlər. Baxmayaraq ki, Prezident İlham Əliyev ölkəmizin belə niyyətinin olmadığını bəyan edib.
Avropa İttifaqının aparıcı simaları olan Şarl Mişelin və Cozef Borrelin anti-Azərbaycan mövqeyi tutması, bizə qarşı, guya, "etnik təmizləmə" aparmağımız, üstəlik, tezliklə Ermənistana hücum edəcəyimizlə bağlı qaralama kampaniya aparması Qərbin xoş olmayan niyyətindən xəbər verir. Fransa Ermənistanı revanşist müharibə aparmağa sövq etmək üçün silahlandırır. Bununla yanaşı, Avropa İttifaqının başqa ölkələrə hərbi dəstək üçün nəzərdə tutulan Sülh Fondundan Ermənistana yardım ayırmaq istəyirlər. Qurumun adı Sülh Fondu olsa da, revanşist müharibə aparılması üçün yardım göstərəcək. Bu, sülhdən, demokratiyadan, insan haqlarından dəm vuran Qərbin əsl simasıdır.
Torpaqlarımız işğal altında olanda Amerika həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edirdi. Nədənsə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bu ölkə çox narahat olub. İlk dəfə Azərbaycanın Ermənistana təcavüz edəcəyi barədə yalanı da bu ölkənin rəsmiləri bildirmişlər. Üstəlik, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilir və orada həqiqətə uyğun olmayan absurd fikirlər səsləndirilir.
Bununla bağlı Xarici İşlər Nazirliyi noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlərə münasibət bildirib. ABŞ Dövlət katibinin köməkçisinin "Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb" fikrini səsləndirib. Onun sözündən belə çıxır ki, Azərbaycan hələ 30 il də əlavə mənasız sülh danışıqları aparmalıdır. Yəni güc tətbiq edib torpaqlarımızı işğaldan azad etməməliydik. Amerika tərəfindən 1992-ci ildə qəbul edilən 907-ci düzəliş ədalətsizlik olub. Belə ki, həmin düzəliş təcavüzə məruz qalan və torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyaların tətbiqini özündə ehtiva edir. İndi də qüvvəsi dayandırılmış həmin düzəlişi "diriltmək" istəyirlər.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmamasının iki əsas səbəbi var. Birincisi, Qərbin Rusiyanı bölgədən çıxarıb, burada yerləşmək istəyi. Bunun üçün də qonşu ölkədən alət kimi istifadə edir. İkincisi, Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməkdir. Ona görə ki, Rusiyanın Ukraynadan Avropa bazarına gedən yolu bağlanıb.  Bu üzdən Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Eyni zamanda Çin ticarətinin böyük hissəsini okean və dənizlər üzərindən həyata keçirir. Bu yollara isə ABŞ donanması nəzarət edir. Bu üzdən Çin Orta Dəhliz və onun bir qolu olacaq Zəngəzur dəhlizinə maraq göstərir. Birləşmiş Qərb bu yola da nəzrəti ələ keçirməyə çalışır. Sülh müqaviləsinin qarşısında duran ən böyük maneə bunlardır.
Erməni mediasının verdiyi məlumata görə, Nikol Paşinyan noyabrın 16-da parlamentdəki çıxışında "Ermənistan xaricdə işlənib hazırlanmış və nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün tramplin və plasdarm deyil" fikrini səsləndirib. O bunu desə də, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirdiyi siyasətdən görünür ki, N.Paşinyan müstəqil qərar verə biləcək siyasətçi deyil. Sülh müqaviləsinin bu günə qədər bağlanmamasının əsas səbəblərdən biri də budur. Ona desələr sənədi imzala, imzalayacaq, imzalama desələr, sonsuza qədər bəhanələr uyduracaq.
İndi də Qarabağdan könüllü köçən ermənilərin haqq və hüquqlarını müdafiə etmək adı altında Azərbaycana soxulmağa çalışırlar. Ancaq onlar Prezident İlham Əliyevin qəti müqavimətinə rast gəliblər, bu istəklərinə nail ola bilmirlər. Üstəlik, dövlətimizin başçısının dediyi kimi, Azərbaycanın XXI əsrin ən döyüşkən ordusu var. Xalq-dövlət birliyi də Qərbin bəd əməlləri qarşısında duran ən böyük sipərdir. Onların nə deməsinin isə bizim üçün heç bir əhəmiyyəti yoxdur.
Azərbaycana qarşı yeni müharibə başlamaq, bizi təsir altına almaq istəyənlərə Prezident İlham Əliyev noyabrın 8-də Xankəndidə keçirilən hərbi paradda qəti xəbərdarlığını etdi: "İstənilən müstəvidə müharibədə biz döyüşməyə hazırıq". 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib

14:15
05 Aprel

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı çapdan çıxıb  

14:14
05 Aprel

Suqovuşanda daha 53 ailəyə mənzillərinin açarları təqdim olunub  

14:13
05 Aprel

“Motorola”nın yeni smartfonu təqdim ediləcək

14:10
05 Aprel

Qalaktikamızda maraqlı ulduz sistemi aşkarlanıb  

14:09
05 Aprel

Ötən ay Türkiyənin müdafiə və aerokosmik ixracatı tarixi rekorda imza atıb

13:29
05 Aprel

Bazar günü üçün hava proqnozu açıqlanıb

13:28
05 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

13:27
05 Aprel

Keçmiş məcburi köçkün: Bu gün yurd həsrəti sona çatır

13:25
05 Aprel

Ombudsmanın Milli Preventiv Qrupu Dövlət Miqrasiya Xidmətinin müəssisələrinə başçəkmələr həyata keçirib  

13:12
05 Aprel

Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

13:11
05 Aprel

İmişli, Saatlı və Sabirabadda “Şahin” hərbi-idman oyunu üzrə qaliblər müəyyənləşib

13:02
05 Aprel

Ağdərə sakini: Doğma torpaqlara Böyük Qayıdışın şahidləri və iştirakçılarıyıq  

13:00
05 Aprel

Gürcüstan DTX-yə yeni sədr təyin olunub

13:00
05 Aprel

Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanaraq götürülüb

11:35
05 Aprel

Ədliyyə naziri Şəki şəhərində vətəndaşların müraciətlərini dinləyib  

11:35
05 Aprel

“Paris Science Po” institutunun tələbələri regiondakı reallıqlarla bağlı məlumatlandırılıblar  

11:33
05 Aprel

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib

11:08
05 Aprel

Azərbaycan neftinin ucuzlaşması davam edir

10:29
05 Aprel

Bəzi ərazilərdə duman müşahidə olunur – FAKTİKİ HAVA

10:28
05 Aprel

“Brent” və WTI nefti 4 dollardan çox ucuzlaşıb

10:28
05 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!