05 Aprel 2025 11:33
378
SİYASƏT
A- A+
“Paris Science Po” institutunun tələbələri regiondakı reallıqlarla bağlı məlumatlandırılıblar  

“Paris Science Po” institutunun tələbələri regiondakı reallıqlarla bağlı məlumatlandırılıblar  


Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin ən nüfuzlu ali təhsil ocağı olan Siyasi Elmlər İnstitutunun (Science Po de Paris) tələbələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş bu institutda müxtəlif ölkələrdən olan tələbələrin yaratdığı BMT-nin Siyasi Elmlər Assosiasiyasının xahişi ilə təşkil olunub.

Səfirliyin Mədəniyyət Mərkəzində keçirilmiş görüşdə səfir Azərbaycanın zəngin tarixi və mədəni irsi, xarici siyasəti və regionda yaratdığı yeni reallıqlar haqqında danışıb. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq aləmdə oynadığı mühüm rolu, ölkəmizin regionun lider dövləti olması, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmaq siyasəti, milli iqtisadiyyatın gücləndirilməsi haqqında ətraflı məlumat verilib. Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində, hələ ötən əsrin sonlarında ölkəmizin Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsindəki rolundan, beynəlxalq dəhlizlərin qovşağı olmasından danışılıb.

Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığını xatırladan diplomat bu müddət ərzində ölkəmizin münaqişəni dialoq yolu ilə həll olunmasına çalışmasından bəhs edib. Bildirilib ki, bu müddətdə münaqişənin həlli həvalə edilmiş qrupun səyləri nəticə verməyib, Ermənistanın təxribatları qarşısında səbir kassası daşan Azərbaycan ərazilərini güc yolu ilə azad etmək məcburiyyətində qalıb.

Ümummilli Lider Heydər Əliyevin XX əsrin sonlarında müstəqilliyini bərpa edən ölkəmizin xilaskarı və memarı olmasından, ölkə iqtisadiyyatını yenidən dirçəltməsindən danışan səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın azad edildiyini, ölkəmizin regionda yeni reallıqlar yaratdığını, onun sülh niyyətində olduğunu diqqətə çatdırıb. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi və 2023-cü ildə isə dövlət suverenliyimizin tam bərpa edildiyi auditoriyanın diqqətinə çatdırılıb. Hazırda Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətin davam etdiyi vurğulanıb.

Səfir L.Abdullayeva Azərbaycanın Fransa, ABŞ, Rusiya, Türkiyə, həmçinin Avropa İttifaqı və digər ölkələrlə münasibətləri, COP29-un nəticələri, yaşıl enerjiyə keçid, Azərbaycan cəmiyyətində qadınların rolu və digər mövzularda tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, Paris “Science Po” institutu yanında fəaliyyət göstərən BMT-nin Siyasi Elmlər Assosiasiyası tələbələrlə səfirliklər, beynəlxalq təşkilatlar və diplomatlar arasında dialoq üçün platforma rolunu oynayır, beynəlxalq münasibətlər və diplomatiya ilə bağlı konfrans və debatlar təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində xidmət edərkən hərbi hissədə Ermənistan vətəndaşları olan zabitlərin sayca üstünlük təşkil etdiyini etiraf edib  

22:31
10 Aprel

Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib  

22:00
10 Aprel

Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib

21:59
10 Aprel

Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş suveren ərazilərində becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf edib  

21:29
10 Aprel

Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim

21:09
10 Aprel

Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub

19:58
10 Aprel

Azərbaycanda enerji səmərəliyi sahəsində yeni dövlət standartları qəbul edilib

19:21
10 Aprel

İƏİT forumunda Azərbaycanın ticarət və nəqliyyat əlaqələrinin artırılması məqsədilə görülən tədbirlər haqqında məlumat verilib

19:08
10 Aprel

Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA

18:54
10 Aprel

Ağbənd körpüsünün 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır  

18:53
10 Aprel

 Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür

18:47
10 Aprel

“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib

18:40
10 Aprel

Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq  

18:35
10 Aprel

Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kunidən

18:32
10 Aprel

Fransada jurnalistlər Milli Assambleyadan qovulublar

18:31
10 Aprel

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib

18:31
10 Aprel

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib  

18:28
10 Aprel

Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb

18:27
10 Aprel

Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib

18:23
10 Aprel

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub 

18:22
10 Aprel

Dmitri Peskov: Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən danışıqlar yalnız ikitərəfli münasibətlərlə bağlıdır  

18:20
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!