Həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilir:
“Bu halda, yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırır. Sürücülərdən nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmamaq, sürət həddinə ciddi əməl edərək və ara məsafəsini qorumaq, piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldıb və piyadalara üstünlük vermələri, sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadə etməyə yol verməmələri xahiş olunur.
Piyadalara yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçmək, mobil telefondan və qulaqlıqlardan istifadə etməkdən çəkinmək, yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olmaq tövsiyə olunur.
Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunur”, - deyə müraciətdə qeyd edilib.
Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində xidmət edərkən hərbi hissədə Ermənistan vətəndaşları olan zabitlərin sayca üstünlük təşkil etdiyini etiraf edib
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib
Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib
Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş suveren ərazilərində becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf edib
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim
Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub
Azərbaycanda enerji səmərəliyi sahəsində yeni dövlət standartları qəbul edilib
İƏİT forumunda Azərbaycanın ticarət və nəqliyyat əlaqələrinin artırılması məqsədilə görülən tədbirlər haqqında məlumat verilib
Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA
Ağbənd körpüsünün 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır
Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür
“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq
Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kunidən
Fransada jurnalistlər Milli Assambleyadan qovulublar
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib
Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib
Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb
Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub
Dmitri Peskov: Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən danışıqlar yalnız ikitərəfli münasibətlərlə bağlıdır
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!