08 Dekabr 2025 17:16
234
SİYASƏT
A- A+
Strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri TƏHLİL  

Strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri TƏHLİL  


Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradıb.

AZƏRTAC Azərbaycan-Slovakiya münasibətlərində strateji tərəfdaşlığa doğru dinamik inkişafı və bunun regiondakı əhəmiyyətinin gündən-günə artmasını diqqət mərkəzində saxlayır, ölkələr arasındakı diplomatik, iqtisadi və humanitar əməkdaşlıq sahələrində əldə olunan uğurları və perspektivləri təhlil edir.

Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. Slovakiyanın Baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını və bu müştərək yolun çox uğurlu gediləcəyinə ümidvar olduğunu vurğulayaraq deyib: “Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, əməkdaşlığın perspektivlərini də müəyyən edir”.

Həqiqətən də, bu Bəyannamənin praktiki təsiri, Slovakiya Prezidenti Peter Pelleqrinin COP29 çərçivəsində Azərbaycana səfəri ilə də müşahidə olundu. Səfər çərçivəsində noyabrın 11-də iki ölkə prezidentlərinin görüşündə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirilib, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı diqqət mərkəzində olub. Həmçinin Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulanıb. Ümumiyyətlə bu səfər iki ölkənin beynəlxalq gündəm və ekoloji məsələlərdə də əməkdaşlığını nümayiş etdirdi və Azərbaycan üçün Slovakiyanın regiondakı strateji əhəmiyyətini bir daha ortaya qoydu.

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Slovakiyaya rəsmi səfərini də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addım kimi qiymətləndiririk. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib.

Parlament diplomatiyası sahəsində də qarşılıqlı səfərlər və görüşlər əməkdaşlığın möhkəmliyini göstərir. 2021-ci ilin oktyabrında Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri həyata keçirilib, Slovakiya Milli Şurasının keçmiş sədri Boris Kollar isə Azərbaycana üç dəfə rəsmi səfər edib. Bu səfərlər yalnız diplomatik əlaqələri gücləndirməklə kifayətlənməyib, həm də qanunvericilik, strateji əməkdaşlıq və iki ölkə arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi üçün platforma yaradıb.


Slovakiya-Azərbaycan əməkdaşlığının regionun inkişafına töhfələri


İqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas sütunlardan biridir. İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu isə iqtisadi dialoqun rəsmi mexanizmlər çərçivəsində davam etməsinin göstəricisidir. Konkret layihələr də əməkdaşlığın real nəticələrini göstərir: 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlər artıq başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək.

Slovakiyanın Avropa İttifaqındakı rolu və sənaye potensialı da Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. “Volkswagen”, “Kia” və “Stellantis” kimi transmilli şirkətlərin sərmayələri Slovakiyanı Avropa və dünya avtomobil istehsalında lider ölkələrdən birinə çevirib. Adambaşına düşən avtomobil istehsalı Slovakiyanın sənaye qovşağı kimi vacib rolunu göstərir və ölkənin Avropa İttifaqında iqtisadi siyasətinin dayanıqlığını sübut edir. Bu isə Azərbaycana iqtisadi əməkdaşlıq baxımından geniş və perspektivli imkanlar təqdim edir. Avropa şirkətlərinin investisiyaları yalnız regionda yeni iş yerlərinin yaradılmasına şərait yaratmır, həm də yerli sahibkarlığın inkişafına dəstək verir, texnoloji transfer imkanlarını artırır, müasir idarəetmə və istehsal standartlarının tətbiqinə yol açır. Eyni zamanda, bu investisiyalar regionun dayanıqlı iqtisadi infrastrukturunun formalaşmasına töhfə verərək, Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasına xidmət edir və ölkənin beynəlxalq rəqabət qabiliyyətini gücləndirir.

Dost ölkələrimiz arasındakı hərbi və müdafiə əməkdaşlığı da diqqətəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.


Avropa İttifaqı kontekstində Slovakiya-Azərbaycan əməkdaşlığı


Azərbaycan üçün Avropa İttifaqı (Aİ) artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Yeni administrasiyanın (Antoniu Koşta, Kaya Kallas) ilin əvvəlindən Azərbaycan Prezidenti ilə telefon söhbətləri, Tirana və Kopenhagen görüşləri, Brüssel səfərləri və digər rəsmi səfərlər münasibətləri dinamik inkişaf etdirib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Yalnız ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi (TANAP/TAP) vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Azərbaycan-Aİ münasibətləri hüquqi və institusional bazaya da malikdir. 1999-cu ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və enerji sahəsində imzalanmış digər sənədlər Avropa ölkələri ilə münasibətləri həm enerji, həm də siyasi-iqtisadi sahədə dərinləşdirir. Bu sənədlər Aİ üçün Azərbaycanı, sadəcə, enerji tədarükçüsü kimi deyil, etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi təqdim edir.

Regionda yaranmış yeni geosiyasi reallıqlar da Azərbaycan-Aİ əməkdaşlığının əhəmiyyətini daha da artırır. Vaşinqton razılaşması çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması regionda investisiya və iqtisadi inkişaf üçün əlverişli şərait yaradıb. Bu, Azərbaycanın Aİ ilə əməkdaşlığını yalnız enerji ixracı ilə məhdudlaşdırmır, eyni zamanda, regionun bərpası və sabitliyi, eləcə də geniş infrastruktur və nəqliyyat layihələri üçün strateji imkanlar açır. Naxçıvanın keçəcək nəqliyyat layihələri və digər iqtisadi təşəbbüslər də Aİ-dən dəstək gözləntisini əks etdirir və uzunmüddətli əməkdaşlığın perspektivlərini göstərir.

Slovakiya ilə əlaqələr isə Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Soyuq havalar ürək sağlamlığı üçün təhdid yarada bilər

09:10
14 Yanvar

Atasını çar, özünü isə sovet hökuməti güllələdi 

09:05
14 Yanvar

Əlifba mücahidi

09:00
14 Yanvar

Xəstə təfəkkürlü erməni kilsəsi

08:55
14 Yanvar

Qədim Bakı yeniləşir və müasirləşir

08:50
14 Yanvar

Ümidlərin bərpa olunduğu mərkəz

08:45
14 Yanvar

Qarabağa açılan ilk hava yolu

08:40
14 Yanvar

Yolumuz Zəfər zirvəsinədir...

08:35
14 Yanvar

Heydər Əliyevin unudulmaz Şuşa səfəri  

08:30
14 Yanvar

Azərbaycanın yeni strateji mövqeyi

08:25
14 Yanvar

Hədəf bəllidir

08:20
14 Yanvar

Azərbaycanın "yaşıl enerji" gündəliyi qlobal səviyyədə təqdir olunur

08:15
14 Yanvar

Yaxın 10 il ərzində Bakı və Abşeronun su təchizatı, yağış və tullantı suları sistemləri təkmilləşdiriləcək

08:10
14 Yanvar

Postmünaqişə dövrünün xarici siyasət strategiyası: TDT çərçivəsində intensivləşən əlaqələr

08:05
14 Yanvar

Zəngəzur dəhlizi: Qafqazdan dünyaya açılan yeni nəqliyyat arteriyası 

08:00
14 Yanvar

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:27
14 Yanvar

"Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:27
14 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında

03:26
14 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

03:24
14 Yanvar

“Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

03:23
14 Yanvar

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizliyi müzakirə edib  

22:24
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!