14 Yanvar 2026 08:15
321
İQTİSADİYYAT
A- A+
Azərbaycanın "yaşıl enerji" gündəliyi qlobal səviyyədə təqdir olunur

Azərbaycanın "yaşıl enerji" gündəliyi qlobal səviyyədə təqdir olunur


Çağdaş dövrümüzün əsas qlobal çağırışlarından biri bərpaolunan enerjiyə keçiddir. Qürur hissi ilə qeyd etməliyik ki, respublikamızda bu çağırış zamanında dəyərləndirilir, bərpaolunan və "yaşıl enerji" istehsalı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bir neçə gün əvvəl "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının rəsmi açılışı da göstərdi ki, Azərbaycanda bu sahədə işlər sürətlə və keyfiyyətlə aparılır. 

"Xızı-Abşeron" Külək-Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək, bu sahədə qarşıya qoyulan məqsədlərin  təmin olunmasına böyük töhfələr verəcək. Ən əsası, 4 il ərzində ərsəyə gələn stansiyanın dayanıqlı şəkildə işləməsi ölkəmizin iqtisadi inkişafına mühüm təkan verəcək. "Xızı-Abşeron" stansiyası Azərbaycanın "yaşıl enerji" siyasətinə uyğun olaraq, enerji balansını daha da artırır. Külək enerjisi həm də ekoloji cəhətdən təmiz olduğundan atmosferə karbon emissiyalarını azaldacaq və ətraf mühitə mənfi təsiri minimuma endirəcək. Bu cür layihələr həm də xarici investorlarla əməkdaşlığı gücləndirir, yeni layihələrin reallaşmasına imkan yaradır.

Bu gün dünyadakı geosiyasi vəziyyət enerji təhlükəsizliyinin zəruriliyini, ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu təsdiqləyir. Azərbaycanda bu sahədə görülən işlər respublikamızın enerji siyasətinin əhəmiyyətini daha da artırır.

Azərbaycan qazının təchizat coğrafiyası genişlənməkdədir və əhatəsinə görə ölkəmiz bu gün dünya miqyasında qabaqcıl yerlərdən birini tutur. Yaxın vaxtlarda respublikamızdan təbii qaz idxal edən dövlətlərin sayı daha da artacaq.

Eyni zamanda ölkəmizdə 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib.  "Yaşıl enerji" mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır.  Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan edilib. 

Onu da qeyd edək ki, ötən illər ərzində ölkəmizdə enerji sistemi müasirləşdirilib. 2025-ci ildə istifadəyə verilən "8 Noyabr" Elektrik Stansiyasının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su-elektrik stansiyalarının istismara verilməsi nəticəsində ölkəmizdə enerjisistemin qoyuluş gücü 15.6 faiz artıb. "8 Noyabr" Elektrik Stansiyası hesabına şərti yanacaq sərfiyyatının kəskin aşağı düşməsilə təbii qaza qənaət etmək imkanı yaranır. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. 

Daha çox təbii qaza qənaət etmək imkanı verən "yaşıl  enerji" gündəliyi Azərbaycanı enerji təhlükəsizliyi baxımından daha cəlbedici edir. Təsadüfi deyil ki, Azərbaycanın "yaşıl  enerji" gündəliyi qlobal səviyyədə təqdir olunur. Günəş və külək enerji stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr isə  2030-cu ilə qədər 6 qiqavat günəş və külək enerjisi təmin etməyə imkan verəcək. İşğaldan azad olunmuş ərazilərin potensialı hesabına növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalını 2 dəfə artırmaq mümkün olacaq. Beləliklə, Azərbaycanın atdığı addımların nə dərəcədə düzgün olduğu bir daha təsdiqini tapır.

Cənab Prezident bəyan edib ki, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu potensialın eyni zamanda investisiya və müsbət proqnozu olan reytinq səviyyəsində olması xarici invertorların Azərbaycana sərmayə yatırmaq marağını artırmaqdadır.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!