04 May 2026 14:41
1176
Elm və texnika
A- A+
Sözün qüdrəti: Lətifə Orucun Qırğızıstanda ədəbi uğuru

Sözün qüdrəti: Lətifə Orucun Qırğızıstanda ədəbi uğuru


Azərbaycan ədəbiyyatının çağdaş simaları arasında özünəməxsus yaradıcılıq xətti, həyat müşahidələri və güclü publisistik düşüncəsi ilə seçilən tanınmış yazıçı, publisist və hüquqşünas Lətifə Oruc növbəti beynəlxalq uğuruna imza atıb. Müəllifin oxucular tərəfindən maraqla qarşılanan “Sirli gedişlər” kitabının Qırğızıstanda qırğız dilində nəşr olunması bu ölkədə böyük maraq doğurub. Bunun nəticəsi olaraq azərbaycanlı yazıçı Qırğızıstana rəsmi dəvət alıb.

Azərbaycan, rus, ingilis, türk, özbək, qazax və qırğız dillərində çap olunan “Sirli gedişlər” əsəri müəllifin yaradıcılığının beynəlxalq miqyasda qəbul olunduğunu təsdiq edir. Müxtəlif dillərdə oxucu auditoriyası qazanan bu əsər təkcə bədii mətn kimi deyil, həm də həyatın, ailə dəyərlərinin, insan xarakterinin və zamanın sosial-mənəvi mənzərəsinin bədii salnaməsi kimi diqqət çəkir.

Səfər çərçivəsində Lətifə Oruc Qırğızıstan Milli Universiteti, Qırğızıstan Milli Kitabxanası, Qırğızıstan Yazıçılar Birliyi və Bişkek Dövlət Universitetində oxucular, ziyalılar, tələbələr və ədəbiyyatsevərlərlə silsilə görüşlər keçirib. Bu görüşlərdə müəllif yaradıcılıq yolu, kitabın yazılma tarixçəsi, əsərin ideya xətti və həyat fəlsəfəsi haqqında ətraflı danışıb, oxuculara kitablarını təqdim edib.

Qırğız oxucuların azərbaycanlı yazıçıya göstərdiyi sevgi xüsusi maraqla qarşılanıb. Ədəbi dairələrdə böyük rəğbətlə qarşılanan bu səfər iki qardaş xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi dəyərləndirilir.

Səfər zamanı yazıçı Qırğızıstan Xalq Assambleyasının sədri Almambet Matubraimov ilə də görüşüb. Görüşdə Azərbaycan-Qırğızıstan mədəni əlaqələri, ədəbiyyatın xalqları yaxınlaşdıran gücü və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Yazıçının səfər proqramında yaddaqalan məqamlardan biri də Bişkek şəhərində fəaliyyət göstərən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan məktəbdə keçirilən görüş olub. Bu görüş barədə həyəcanla danışan Lətifə Oruc bildirib ki, məktəbin pedaqoji kollektivi Azərbaycan xalqına dərin sevgi və ehtiramlarını ifadə edib. Bu mənəvi yaxınlıq yazıçını olduqca təsirləndirib.

Qırğızıstanda gördüyü böyük marağın nəticəsi kimi yazıçı ölkənin dövlət televiziyasına da dəvət olunub. Televiziya proqramında onun yaradıcılığı, “Sirli gedişlər” romanının uğuru və Azərbaycan ədəbiyyatının müasir inkişaf istiqamətləri barədə geniş söhbət aparılıb.

Lətifə Oruc 1960-cı il yanvarın 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən yazıçı uzun illər hüquq sahəsində fəaliyyət göstərib.

Onun “Sirli gedişlər” əsəri müəllifin həyat yolunun, ailə yaddaşının, milli-mənəvi dəyərlərin və insan iradəsinin bədii ifadəsidir. Real həyat hadisələri əsasında qələmə alınan əsərdə sadə bir ailənin timsalında bütöv bir dövrün mənəvi portreti yaradılıb. Müəllif keçmiş sovet dönəmindən müstəqillik illərinədək yaşanan sosial, ailəvi və mənəvi hadisələri böyük ustalıqla təqdim edir.

Əsərin ən böyük uğurlarından biri onun sadə, axıcı və oxucunu ilk səhifədən son səhifəyədək öz təsiri altında saxlayan dilidir. “Sirli gedişlər” təkcə bir ailənin həyat hekayəsi deyil, zəhmətin, iradənin, ailə dəyərlərinin və həyat mübarizəsinin bədii manifestidir.

Bu gün Lətifə Orucun yaradıcılığı Azərbaycanın hüdudlarını aşaraq türk dünyasının müxtəlif coğrafiyalarında maraqla qarşılanır. Qırğızıstanda ona göstərilən yüksək diqqət və sevgi isə bir daha sübut edir ki, həqiqi ədəbiyyatın dili fərqli olsa da, ruhu həmişə eynidir - insanı insana yaxınlaşdırmaq, xalqları bir-birinə bağlamaq.


Elşən QƏNİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il ölkə üzrə 131 mindən çox şagird birinci sinfi bitirib

18:01
25 İyun

Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib

18:01
25 İyun

Sahibkarlara dövlət əyar nəzarəti və əyarlama xidməti barədə məlumat verilib

18:00
25 İyun

Almaniyada istilik dalğası rekord göstəricilərlə müşayiət olunur

17:59
25 İyun

Həftəsonu hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:57
25 İyun

Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub  

17:51
25 İyun

Dünya Kubokunda avtomobil meksikalı azarkeşlərin izdihamına çırpılıb

17:32
25 İyun

 Fransa - Norveç oyununda təbii fəlakət təhlükəsi 

17:23
25 İyun

Bəşəriyyətin ən qədim kabusu

17:09
25 İyun

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb

16:29
25 İyun

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Belarusdan hücum riskini qiymətləndirib  

16:14
25 İyun

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

16:12
25 İyun

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

16:09
25 İyun

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!