20 Fevral 2024 10:40
4847
Səhiyyə
A- A+
Skarlatinadan necə qorunaq?

Skarlatinadan necə qorunaq?

 

Yoluxucu xəstəliklər hazırda dünyanın ən qlobal problemlərindən birinə çevrilib. Bu xəstəlikləri törədən virus və bakteriyalar orqanizmə hava-damcı, su və qida vasitəsilə, habelə xəstə insanların əşyalarından istifadə etməklə daxil olur.
Hazırda ölkəmizin paytaxt və regionlarında yüksək yoluxduruculuğa malik infeksiyaların yayıldığı müşahidə olunur. Son günlər xəstəxanalara skarlatina ilə bağlı müraciətlərin də sayı artıb. Bu daha çox uşaqlar arasında yayılan infeksion xəstəlikdir. Səpki və yüksək hərarətlə müşayiət olunan xəstəlik zamanında düzgün müdaxilə edilmədiyi təqdirdə ciddi fəsadlara səbəb ola bilər.

 

Bu xəstəlik "qızıl azar" kimi də tanınır

 

Mövzu ilə bağlı fikirlərini bildirən həkim-infeksionist Aişə Kərimova deyir ki, son günlər yoluxucu xəstəliklərlə bağlı müraciət edənlərin sayı artıb: "Bunların arasında skarlatina, qızılca və influenza ön plandadır. Bu xəstəliklərdən sonra ağırlaşmaları, pnevmaniyaları çox görürük. Buna görə də xəstəliyin əlamətləri aşkarlanan kimi mütəxəssisə müraciət etmək lazımdır".
A.Kərimova qeyd edir ki, el arasında "qızıl azar" kimi tanınan skarlatina qızılca ilə bir-birilərinə çox bənzəsələr də, onların diferensiyası da önəmli rol oynayır: "Çünki qızılca virus, skarlatina isə bakterial mənşəlidir və müalicə yanaşmaları tamamilə fərqlidir. Skarlatinada antibakterial müalicəyə ehtiyac var. Buna görə də bu ağırlaşmaların qarşısını almaq üçün xəstəliklər arasında kəskin sərhədləri bilmək, diaqnozu dəqiq təyin etmək lazımdır".
Skarlatinanın törədicisinin A qrupu streptokok bakterial infeksiya olduğunu bildirən infeksionist nəticədə bədəndə intoksikasiyanın yarandığını vurğulayır: "Bu fonda dəri səpkiləri, büküklərdə qansızmalar nəticəsində pastiya xətləri yaranır. İlk günlərdə yüksək hərarət və boğaz ağrısı, dildə ağ rəngdə ərp bağlaması kimi əlamətlər müşahidə edilir. Eləcə də limfa düyünlərinin böyüməsi, tez-tez ürəkbulanma xəstəliyin simptomlarından hesab olunur. Səpkilər üzdən başlayaraq bütün bədənə - boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır". 
A.Kərimova deyir ki, skarlatina zamanı səpkilər qızılca səpkilərinə bənzədiyi üçün onları ayırd etmək çətinləşir: "Skarlatinanın tipik simptomu irinli anginadır. Qızılcada ikincili bakterial ağırlaşmalar mövcud olmadıqda çox nadir hallarda angina görülür. Bu iki xəstəlikdə səpkilərin sağalma dövrü də fərqlidir. Qızılcada daha çox piqmentasiya şəklində, ləkələrin solması ilə, skarlatinada isə qabıq bağlayıb soyulmalar şəklində gedir. Hər iki xəstəliyin ortaq cəhəti isə xəstəliyi keçirən şəxslərdə davamlı immunitetin formalaşmasıdır".

 

Səhv müalicə toksik fəsadlara səbəb olur

 

İnfeksionist bildirir ki, hava-damcı yolu ilə yayılan xəstəliklərdə diqqət olunmalı ümumi şəxsi gigiyena qaydaları var: "Xəstəliyin əlamətləri aşkarlanan kimi şəxs özünün təcrid etməlidir. İlk olaraq ailə üzvlərini qorumaq üçün təcrid olunmaq lazımdır. Buna görə də ailədə bu xəstəlikləri keçirməyənlər varsa, tibbi maskadan istifadə olunmalıdır. Əllər yaxşı yuyulmalı, asqırma və öskürmə zamanı ağzı əllə və ya salfetlə tutmaq lazımdır. Müalicəsi antibakterial terapiya ilə aparılan skarlatina zamanında düzgün müalicə edilməsə, çox ciddi toksik fəsadlarla nəticələnəcək".
A.Kərimovanın sözlərinə görə, hərarətin yüksək olduğu xəstəliklər zamanı orqanizm susuzlaşdığı üçün bol maye qəbulu mütləqdir. Mövsümə uyğun vitaminli qidaların qəbulu da xəstəliyin müalicəsi və profilaktikası üçün vacib amildir.
Mütəxəssis qeyd edir ki, dəri səpkiləri ilə müşayiət olunan xəstəliklər zamanı ilkin müayinə məsləhətdir. Skarlatina xəstəliyinin müalicəsi antibiotiklər, hərarətsalıcı preparatlar, boğaz məhlulları ilə aparılır. Dərman preparatlarının istifadəsi mütləq şəkildə həkim təyinatı ilə həyata keçirilməlidir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!