03 İyun 2026 14:47
583
Səhiyyə
A- A+
“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib – YENİLƏNİB 

“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib – YENİLƏNİB 


Səhiyyə Nazirliyi vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”ni (TRƏS) təqdim edib.

AZƏRTAC xəbər verir ki, real vaxt rejimində əhalinin sağlamlığının monitorinqinə, təkrar analizlərin aradan qaldırılmasına və sosial ədalətin təmininə xidmət edən, FHIR standartı əsasında qurulan bu mərkəzləşdirilmiş sistem 20-dən çox rəqəmsal həlli vahid platformada birləşdirib. Azərbaycan bu həlli tətbiq edərək Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəlib.

Tədbirdə dövlət qurumlarını, səhiyyə müəssisələrini, beynəlxalq tərəfdaşları, tibb ictimaiyyətini və medianı təmsil edən nümayəndələr iştirak ediblər.

Təqdimat Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin yaratdığı üstünlüklər barədə videoçarx təqdim edilib.

Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, rəqəmsal səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm addımlar atılıb: “Ölkə başçısının Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədri təyin olunduğu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən dövlət dəstəyinin əyani təzahürüdür”.

Teymur Musayev vurğulayıb ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” vətəndaşların sağlamlıq məlumatlarının vahid elektron reyestrlər vasitəsilə toplanmasını təmin edən mərkəzləşdirilmiş platformadır və süni intellekt vasitəsilə əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılmasına, eləcə də böhranların idarəolunmasına imkan yaradır.

Nazir qeyd edib ki, rəqəmsal savadlılığın artırılması məqsədilə növbəti tədris ilindən başlayaraq “Tibdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kursların təşkili nəzərdə tutulur.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Butler çıxış edərək Azərbaycanın səhiyyə sahəsində həyata keçirdiyi rəqəmsal transformasiya layihələrini yüksək qiymətləndirib və ölkəmizin səhiyyənin rəqəmsallaşdırılması üzrə Qafqaz və Mərkəzi Asiya regionunda aparıcı mövqedə olduğunu qeyd edib.

Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov “Azərbaycan Respublikasının rəqəmsal səhiyyə ekosistemi” mövzusunda təqdimatla çıxış edərək ölkədə son illər həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri barədə ətraflı məlumat verib. Müşavir qeyd edib ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” təkrar analizlərə və həkim ziyarətlərinə olan ehtiyacı aradan qaldırır, vətəndaşların xərclərinə qənaət etməklə səhiyyə və tibbi sığorta sisteminin üzərinə düşən yükü azaldır, real vaxt rejimində monitorinq aparmağa, immunizasiya və skrinninq kimi profilaktik tədbirlər barədə proaktiv xatırlatmalar göndərməyə imkan verir.

Beynəlxalq ekspert Mehmet Zahid Ercan isə “Tibbi Rəqəmsal Əkiz Sistemi” mövzusunda təqdimatla çıxış edərək layihənin texnoloji xüsusiyyətlərini və innovativ imkanlarını iştirakçılara təqdim edib.

Qeyd edək ki, hazırda Vahid Səhiyyə İnformasiya Sisteminin “Hökumət buludu”na miqrasiyası tam başa çatdırılıb. Elektron xəstəlik vərəqəsi sistemi ölkə üzrə tam tətbiq olunub və kağız daşıyıcıların istifadəsi ləğv edilib. Bundan əlavə, elektron epikrizlərin vahid reyestri yaradılıb və sosial ödənişlər, eləcə də sığorta proseslərində elektron epikrizlərdən istifadəyə başlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!