22 Aprel 2026 08:25
159
İQTİSADİYYAT
A- A+
"Şimal-Cənub" marşrutu bütün tərəflərə fayda gətirə bilər

"Şimal-Cənub" marşrutu bütün tərəflərə fayda gətirə bilər


Əgər xətdə işlər tam yekunlaşarsa


Azərbaycan dünya logistika sistemindəki yerini genişləndirmək üçün nəqliyyat infrastrukturunu təkmilləşdirməkdə davam edir. Məlum olduğu kimi, Orta dəhlizin mühüm seqmenti olan Trans-Xəzər marşrutunun çəkilməsinin təşəbbüskarı da ölkəmiz olmuşdur. Bunun sayəsində Azərbaycan qlobal əhəmiyyətli nəqliyyat marşrutu sayılan Orta dəhlizdə ən önəmli ölkə statusuna malikdir.

Azərbaycan həmçinin "Şimal-Cənub" nəqliyyat marşrutunun fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm addımlar atan ilk ölkədir. Bu marşrutun üç qolu var. Birincisi, Xəzər dənizinin Mərkəzi Asiya yaxasından - Qazaxıstan və Türkmınistan ərazisindən keçərək İrana daxil olur. İkincisi, Xəzər dənizindən İranın Ənzəli limanına qədər uzanır. Üçüncüsü isə Azərbaycan ərazisindən keçir. Bunlardan ən əhəmiyyətlisi marşrutun Azərbaycan üzərindən keçən qoludur. Belə ki, şimaldan gələn qatarlar ölkəmiz üzərindən Avropaya gedə bilir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən yüklər Fars körfəzi vasitəsilə dünya bazarına çıxarılır. Hazırda bu istiqamətdə əsas problem İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin çəkilməsidir.

Azərbaycan qonşu ölkələrdən fərqli olaraq, "Şimal-Cənub" marşrutrunun fəaliyyətini genişləndirmək üçün üzərinə düşən öhdəlikləri vaxtında və yüksək səviyyədə yerinə yetirir. Bu günə kimi ölkəmizə şimaldan daxil olan yüklərin tranzitinin asanlaşdırılması üçün dəmir və avtomobil yollarının təkmilləşdirilıməsi istiqamətində çox işlər görüb. Lakin görülən işlər də var. Bu məqsədlə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC "Şimal-Cənub" dəhlizində irimiqyaslı modernləşdirilmə layihəsinə başlayır - Biləcəri-Yalama dəmir yolu xəttinin enerji təchizatı, siqnalizasiya və rabitə sistemlərinin müasirləşdirilməsi üçün layihələndirmə və tikinti-quraşdırma işlərinə start verilir.

Bununla bağlı Azərbaycan hökuməti "Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi" çərçivəsində maliyyə resurslarının təmin edilməsi məqsədilə Asiya İnkişaf Bankına (AİB) müraciət edib. Həmin müraciət əsasında ayrılacaq vəsaitin müəyyən hissəsinin qeyd olunan müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. 

Beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən Azərbaycanın şimal-cənub və şərq-qərb dəmir yolu dəhlizlərinin əsas elementlərini təşkil edən Biləcəri-Yalama və Bakı-Böyük Kəsik dəmir yolu sahələri boyunca 25 kV-luq dəyişən cərəyanlı enerji təchizatı siqnal və rabitə sistemlərinin modernləşdirilməsini icra edən genişmiqyaslı proqramın ayrılmaz hissəsidir. Bu proqram daxilində reallaşdırılan birinci layihə regional yükdaşımaları dəstəkləyən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm əlaqələndirici funksiyanı yerinə yetirən Biləcəri-Yalama dəmir yolu sahəsini əhatə edir. Bu hissə təqribən 192 km uzunluğunda ikixətli dəmir yolu xəttindən və 15 stansiyadan ibarətdir. Layihələndirmə mərhələsi daxil olmaqla layihələndirmə və tikinti işlərinin təxminən 42 ay ərzində başa çatdırılması planlaşdırılır.

Onu da vurğulayaq ki, Biləcəri (Biləcəri stansiyası istisna edilməklə) - Yalama dəmir yolu sahəsi həm sərnişin, həm də yükdaşımalarını təmin edən, 1520 mm rels izinə malik ikixətli ənənəvi dəmir yolu xəttidir. Həmin dəmir yolu xəttinin və onunla əlaqədar infrastrukturun bərpası yaxın vaxtlarda tamamlanıb. Dəhliz enerji təchizatı, siqnal və rabitə sistemləri ilə təmin olunsa da, mövcud sistemlər mənəvi və fiziki cəhətdən köhnəlib və onların beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla əvəzlənməsinə zərurət yaranıb. Layihənin başlıca hədəfi bu marşrutda təhlükəsizlik səviyyəsini yüksəltmək, istismar sürətini və məhsuldarlığı artırmaq, həmçinin dəmir yolu xidmətlərinin etibarlılığını və əlçatanlığını təmin etməkdir. Görüləcək işlər çərçivəsində əsas dəmir yolu xəttinin minimum 50 km-lik hissəsində kontakt şəbəkəsinin, siqnal sistemlərinin təchizatı və quraşdırılması, habelə minimum 5 stansiyanın rabitə sistemlərinin təchizatı və montajı nəzərdə tutulub.

AİB Biləcəri-Yalama dəmir yolu xəttinin elektrikləşdirilməsi, siqnal və telekommunikasiya layihəsi üçün 325 milyon dollar ayırmağı nəzərdən keçirir. Bankın Direktorlar Şurası tərəfindən bu kreditin 2027-ci il iyunun 17-də təsdiq olunacağı gözlənilir. Qeyd edək ki, layihə AİB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək. Onu da vurğulayaq ki, bu xətt "Şimal-Cənub" dəmir yolu dəhlizinin bir hissəsidir və ADY QSC-nin beynəlxalq yük daşımalarına xidmət edir. İxracların əksəriyyəti Bakı-Böyük Kəsik və Biləcəri-Yalama marşrutu ilə həyata keçirilir.

Dünyanın ən uzun nəqliyyat marşrutu Trans-Sibir dəmir yolu xəttidir. 9 min kilometrdən uzun olan bu marşrutun çəkilməsinə milyardlarla dollar investisiya qoyulsa da, o, Rusiya-Ukrayna müharibəsi üzündən beynəlxalq marşrut kimi fəaliyyət göstərə bilmir. Müharibə səbəbindən Rusiyanın Avropaya olan birbaşa  qapısı bağlanıb. O üzdən şimal qonşumuz altertnativ marşrutların yaradılmasına çalışır. Hazırda Rusiyanın dünya bazarına çıxışının təmin ediləcəyi ən etibarlı yoll "Şimal-Cənub" marşritudir. Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçukun "Şimal-Cənub" marşrutunun fəaliyyətinə xüsusi diqqət yetirməsi də bununla bağlıdır.

Aleksey Overçuk Rusiya ilə Azərbaycanın nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət göstərdiyini, Azərbaycanın unikal coğrafi mövqeyə malik olduğunu, rəsmi Bakının ölkəni nəqliyyat qovşağına çevirmək üçün əhəmiyyətli addımlar atdığını bildirərək demişdir: "Azərbaycanın unikal coğrafi mövqeyi var və biz onun həqiqətən əsl nəqliyyat qovşağına, həm şərqdən qərbə, həm də şimaldan cənuba yolların birləşdiyi əsl Avrasiya yolayrıcına çevirmək üçün Azərbaycan Prezidenti, hörmətli İlham Əliyev tərəfindən nə qədər işlərin görüldüyünü görürük".

"Şimal-Cənub" nəqliyyat marşrutunun aktiv hala gəlməsində əsas problem İranla bağlıdır. İllər öncə planlaşdırılmış Astara-Rəşt dəmir yolu xəttində tikinti işlərinə hələ də başlanmayıb. Həmin dəmir yolu sahəsinin tikilməsi marşrutun Fars körfəzinə çıxışını təmin etməlidir. Bununla bağlı Aleksey Overçuk demişdir: ""Bu layihə İranın limanlarını Rusiyanın Baltik və Azov dənizi limanları ilə birləşdirən genişləndirilmiş "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm elementi hesab olunur. Müharibə başlamazdan əvvəl dəmir yolu üçün torpaq sahələrinin alınması aktiv şəkildə həyata keçirilirdi və mart ayına qədər bu prosesin böyük hissəsi tamamlanmışdı. Rusiya şirkətləri artıq topoqrafik-geodeziya işlərinə başlamış, tikinti üçün zəruri geodeziya şəbəkəsini qurmuşdu. Faktiki tikinti işlərinə start verilmişdi. Şərait imkan verən kimi bu işlər bərpa olunacaq".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 67 dollar bahalaşıb

10:40
22 Aprel

Dünya birjalarında neft ucuzlaşıb 

10:39
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib

10:37
22 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10:17
22 Aprel

Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gəlib

10:16
22 Aprel

Azərbaycan nefti 110 dollara satılır

09:45
22 Aprel

Yardımlıda ödənişsiz tibbi müayinələr təşkil olunub

09:45
22 Aprel

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

09:44
22 Aprel

NASA Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıb

09:42
22 Aprel

Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib  

09:40
22 Aprel

Rənglərin BMT-dən sülh çağırışı

09:40
22 Aprel

Türkiyədə Mərmərə dənizinin niyə qəhvəyi rəngə boyandığı məlum olub  

09:39
22 Aprel

Ankara vilayətində hərbi helikopter qəzaya uğrayıb

09:36
22 Aprel

Orta əsr memarlığının şah əsəri - Şirvanşahlar sarayı

09:35
22 Aprel

Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu

09:30
22 Aprel

Tramp İranla atəşkəs rejimini uzatdığını açıqlayıb

09:26
22 Aprel

Avropada həyəcan təbili 

09:25
22 Aprel

Biz niyə başıaşağı olmuşuq

09:20
22 Aprel

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

09:15
22 Aprel

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

09:10
22 Aprel

Torpaqlar istifadəsiz qalmayacaq

09:05
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!