09 Noyabr 2025 14:31
572
SİYASƏT
A- A+
Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  


Noybarın 8-də Bakıda keçirilən Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş Hərbi paradı izlədikcə bir daha qürur hissləri keçirdik. Düşündük ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu uğur hamımızı sevindirir. Xalqımıza iftixar hissləri yaşadan bu uğurun bünövrəsini Ümummilli Liderimiz Heydər Əliyev qoyub. Ulu Öndərin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətini Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev uğurla və  ardıcıllıqla davam etdirib. 

Müstəqil Azərbaycanın güclü ordusunun memarı olan Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə respublikamızda hərbi təhsilin inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin keçmiş ittifaq illərində Bakıda açılması Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin nəticəsi idi. Bu gün inamla deyə bilərik ki, ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin yaradılmasının və formalaşmasının bünövrəsini məhz Ümummilli Liderimiz Heydər Əliyev qoymusdur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib. Görülən bütün bu tədbirlər nəticəsində Azərbaycan Ordusu, Silahlı Qüvvələrimizin tərkibindəki bütün qoşunlar yüksək döyüş hazırlığına nail olub. Buna görə də qarşına qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir və hazırdır. Bunlarla yanaşı, noyabrın 8-də keçirilən Zəfər paradı da göstərdi ki, ordumuzun ən müasir texnika və silahlarla təmin olunması prosesi davamlıdır. 

Onu da xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizin hərbi sənaye kompleksi də dayanmadan inkişaf edir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir. Bu həm Silahlı Qüvvələrimizin təchizatında böyük rol oynayır, həm də beynəlxalq  müstəvidə hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır. 

Azərbaycan Ordusunun döyüş imkanlarının artırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev çıxışlarının birində demişdir: ”Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.”

Böyük Zəfərimizin 5-ci ildönümündə ölkəmizin paytaxtında keçirilən möhtəşəm hərbi paradda qüdrətli Azərbaycan ordusu gücünü, qüdrətini, İkinci Vətən müharibəsindəki rəşadətini, göstərdiyi hünərin qürurunu xalqımıza yenidən yaşatdı. Bir-birini əvəzləyən hərbi birləşmələr, nümayiş etdirilən İce breaker kimi super sonic raketlər, müxtəlif artilleriya qurğuları, DİTA strateji çəkindirici vasitələrvə sairlər ordumuzregionda sülhün və təhlükəsizliyin zəmanəti olduğunu dünyaya göstərdi. Düşmənlərimiz də Zəfər paradında nümayiş etdirilən bu silahları görür və nəticə çıxarırlar.

 Paradda nizamla addımlayan heyətlərin arasında Xüsusi Təyinatlı Qüvvələrin keçidini də qürurla izlədik. Təbiidir ki, bu yalnız o qüvvələrin bir hissəsi idi. Nümayiş etdirilən müasir aviasiya və hava hücümundan müdafiə sistemləri, uzaq mənzilli raket kompleksləri, yeni yaradılmış hərbi birləşmələr göstərir ki, Silahlı Qüvvələrimiz qüdrətini Vətən müharibəsindən ötən dövrdə daha da artıb. Sevindirici haldır ki, dünya mediası da Zəfər paradı haqqında xoş sözlər yazıb, Azərbaycan Ordusunun inkişafının, tərəqqisinin göz qarşısında olduğunu vurğulayıb. Bütün bunlar isə olduqca qürurvericidir. 

Hərbi paradı izlədikcə ordumuzun yeni yaradılmağa başladığı 1993-cü ildəki dövrünü xatırladıq. İnkişaf və dəyişiklik həqiqətən müqayisəyəgəlməzdir. Bu mənada Hərbi parad Birinci Vətən müharibəsi ilə Vətən müharibəsinin fərqini gözlər önünə sərdi.  Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və texnikaya, ən modern döyüş imkanlarına malik bir hərbi gücdür. Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizi hətta 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycan Ordusunun Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, döyüş hazırlığı və təcrübəsi yüksək olan zabit, əsgər həmişə savaşda qalib gəlir, iştirakçısı olduğu əməliyyatlardan qələbə ilə çıxır. 

Prezident İlham Əliyev ordumuzun gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışarkən demişdir: “Əlbəttə, müharibədə uğur qazanmaq üçün biz çox önəmli layihələri icra etməli idik və etdik. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı. Biz, ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik. Mənim prezidentlik dövrümdə əgər dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir, birinci yerdə. Halbuki ölkənin başqa ehtiyacları var. Bir milyona yaxın məcburi köçkünün də problemlərini biz həll edirdik, onları da biz yeni evlərlə təmin edirdik. Sosial problem, maaşlar, pensiyalar, bunları da biz artırmalı idik və artırırdıq. Daha çox artırmaq istəyirdik və istəyirik. Ancaq, ilk növbədə, orduya, ilk növbədə, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verirdik. Bu gün də belədir.” 

Dövlətimizin başçısı Zəfər paradında çıxışı zamanı İkinci Qarabağ müharibəsində qazandığımız uğurlardan bəhs edərkən bildirmişdir ki, 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır: «Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik”.

Böyük Zəfərimizin 5-ci ildönümü münasibətilə keçirilən Hərbi paradı xalqımız sevinclə izlədi. Hamımız Silahlı Qüvvələrimizin uğurlarından qürur duyduq, şəhidlərimizi ehtiramla andıq. Bu hələ son deyil, Silahlı Qüvvələrimiz bundan sonra da döyüş imkanlarını artıracaq, öz qüdrəti ilə xalqımızı qürurlandıracaq.


Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tailandın Kralı əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

01:29
06 Dekabr

Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:29
06 Dekabr

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:27
06 Dekabr

"Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:26
06 Dekabr

Etibarlı Tərəfdaş Konsepsiyas

01:26
06 Dekabr

Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları

01:24
06 Dekabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

01:22
06 Dekabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı təkrar müsabiqə keçirir

01:22
06 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:21
06 Dekabr

Tramp 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb  

23:44
05 Dekabr

Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub VİDEO  

23:43
05 Dekabr

Futbol üzrə dünya çempionatının püşkü atılıb – YENİLƏNİB 2  

23:34
05 Dekabr

Tramp: FIFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik  

21:31
05 Dekabr

Moldova səfiri: Azərbaycanla əməkdaşlıq dinamik və səmərəli şəkildə inkişaf edir  

20:58
05 Dekabr

 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

20:28
05 Dekabr

Ədliyyə naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib  

20:27
05 Dekabr

“Equinor” Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edib  

20:11
05 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  

19:51
05 Dekabr

Azərbaycan və Gürcüstanın hakim partiyaları gənclər sahəsində əməkdaşlığı gücləndiriblər  

19:41
05 Dekabr

Avropada təbii qaz qiymətinin ucuzlaşmasına təsir edən faktorlar açıqlanıb

19:32
05 Dekabr

Koreya Respublikasının ölkəmizdəki səfiri Şəkidə olub  

19:21
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!