06 Avqust 2024 09:39
1068
Mədəniyyət
A- A+
Sevilən filmlərin unudulmaz aktyoru

Sevilən filmlərin unudulmaz aktyoru

 

O, istedadlı olduqları qədər də doğma xalqına faydalı olmuş, şöhrət gətirmiş babaları ilə qürur duyur, mərdliyi, dürüstlüyü, qorxmazlığı ilə onlara - Şeyxzamanlılara layiq övlad olduğunu göstərirdi...

Məmmədrza Şeyxzamanov 1915-ci ilin avqustunda Gəncədə dünyaya gəldi. Uşaqlığı qayğısız keçmədi. Atası dünyadan köçəndə onun iki yaşı vardı. O vaxtadək anası evdar qadın idi. Evinin düzənli olması, ailəsinin rahat yaşaması üçün əllərindən gələni edirdi. Ailə başçısının vəfatından sonra uşaqlarının bütün qayğılarını o, çəkməli oldu.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətini devirən bolşeviklər çox keçmədi ki, öz qayda-qanunlarını bərqərar etdilər. Yeni hökumət varlıların əmlakını müsadirə etməyə başladı, bir çoxu həbs olundu.

Onların da mal-mülkləri əllərindən alındı. Yaşadıqları mülkün yerində fabrik açıldı. Məmmədrza Şeyxzamanovun anası Gəncədəki toxuculuq fabrikində işləməyə başladı. Məmmədrza 1929-cu ildə ibtidai məktəbi bitirdi. Orta məktəbdə təhsilini davam etdirdi. Dolanışıq dərdindən on iki yaşından işləməyə başladı. Ancaq balaca çiyinlərinə dünyanın yüklədiyi gün-güzəran qayğıları, atasızlıq dərdi onun gələcəyi ilə bağlı xoş xəyallarına kölgə sala bilmədi. Məmmədrza Şeyxzamanov orta məktəbdə oxuduğu vaxtlarda teatr studiyasına daxil oldu.

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə 1934-cü ildə teatra dəvət olunması Məmmədrza Şeyxzamanovun həyatında yeni səhifə açdı. Ona "Hind qızı" tamaşasında Brahma rolu tapşırıldı. Bu ilk, kiçik rol gənc aktyorun böyük uğurlara doğru birinci addımı oldu. Çalışdığı teatrda yalnız rollar oynamırdı, həm də aktyorluq sənətinin incəliklərini öyrənir, püxtələşirdi. O, Gəncə Dövlət Dram Teatrının səhnəsində "Küləklər şəhəri"ndə Naşatr, "Od gəlini"ndə Turqut, "Lənkəran xanın vəziri"ndə Mehtər Kərim, "Həyat"da doktor, "Günahsız müqəssirlər"də Dudukin, "Od gəlini"ndə Rəbi, "Ölülər"də Hacı Baxşəli, "Vaqif"də Eldar və digər tamaşalarda müxtəlif rollar oynadı.

Bu illərdə bəxti yalnız sənətdə üzünə gülmədi. Gənc aktyor 1938-ci ildə Gəncənin sayılıb-seçilən ailələrindən birinin qızı Nigar xanımla evləndi.

Elə bir dövrdə yaşayırdı ki, sovet hökumətinin repressiya qılıncını daim başlarının üstündə hiss edirdilər. Neçə-neçə günahsız insan cəzalandırılır, həbs olunur, sürgünə göndərilirdi. Sovet hökumətinin bu siyasəti Məmmədrza Şeyxzamanovun da həyatında tufan qopardı. Onun qardaşı Ələsgər İtaliyada, bacısı Həmidə Türkiyədə yaşamalı oldular. Pantürkist adı ilə Qazaxıstanın Semipalatinsk bölgəsinə sürgünə göndərilən Məmmədrza da bir müddət vətənə həsrət qaldı.

Məmmədrza Şeyxzamanov yeddi ildən sonra ailəsi ilə birgə icazəsiz Gəncəyə qayıtdı. Bir müddət doğma şəhərində qohum-qonşularının evində gizlənmək məcburiyyətində qaldılar. Onları bu çətinliklərdən şair Səməd Vurğun qurtardı. Şairin köməyi ilə Məmmədrza Şeyxzamanov Gəncə Dövlət Teatrına qayıtdı. 1954-cü ildə isə rejissor Adil İsgəndərov onu Məşədi Əzizbəyov adına Azərbaycan Dram Teatrına (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) dəvət etdi. Bu teatrın səhnəsində oynadığı rollar onu aktyor kimi daha da sevdirdi, məşhurlaşdırdı. Məmmədrza Şeyxzamanov Azərbaycan Dram Teatrında "Dərin köklər" (Maksuel), "1905-ci ildə", (Qoca Baxşı), "Göz həkimi" (Şahbazov), "Qış nağılı" (Poliksen), "Yadigar" (Ömər Cəfəroviç), "Şeyx Sənan" (Şeyx Mərvan) və başqa tamaşalarda fərqli xarakterli rollarla səhnəyə çıxdı.

Azərbaycanin aparıcı teatrının səhnəsində aktyorluq bacarığını bir-birindən maraqlı rollarla nümayiş etdirən istedadlı aktyorun kino sahəsində də fəaliyyəti geniş oldu. O, ilk dəfə 1955-ci ildə "Bəxtiyar" filmində professor Rəcəbov roluna ekran ömrü verdi. Sonralar "Bir qalanın sirri" (Eldostu), "Bizim Cəbiş müəllim" (Poçtalyon), "Böyük dayaq" (Şərəfoğlu), "Əhməd haradadır?" (Şirin), "Ən vacib müsahibə" (Zaurun atası) və digər filmlərdə çəkildi

O, 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.

Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat etdi. Lentə alınmış tamaşalarda və kinoda ifa etdiyi rollar aktyoru xatirələrdə yaşadır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında

00:56
13 İyun

Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

00:55
13 İyun

Ş.A.Mustafayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

00:52
13 İyun

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərdə gövdə və mexanizmlərin sığorta xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir

00:51
13 İyun

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

23:42
12 İyun

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

23:15
12 İyun

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb  

22:25
12 İyun

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib  

22:22
12 İyun

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

22:18
12 İyun

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

22:17
12 İyun

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir  

22:15
12 İyun

Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib  

22:13
12 İyun

Qazaxıstan Prezidenti TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşüb  

22:10
12 İyun

Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur  

22:08
12 İyun

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan  

22:04
12 İyun

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

22:03
12 İyun

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

22:01
12 İyun

Milli Məclisin Regional məsələlər komitəsində yeni tikinti qaydaları ilə bağlı qanun layihəsi müzakirə edilib

21:59
12 İyun

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Kir Starmerə  

21:56
12 İyun

CAR-da sərt hava şəraiti nəticəsində azı 57 nəfər ölüb  

21:52
12 İyun

FAO: Dünya dəniz balıq ehtiyatlarının 35 faizindən çoxu ifrat ovlanmaya məruz qalır  

21:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!