19 Dekabr 2025 19:41
1751
Səhiyyə
A- A+
Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  


Azərbaycanın Səhiyyə Nazirliyində baş ağrıları üzrə beynəlxalq aləmdə yüksək nüfuza malik olan aparıcı mütəxəssislərlə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a veriləm məlumata görə, görüşdə Danimarka, Almaniya, Belçika və İtaliyadan olan tanınmış alimlər – Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin (IHS) sabiq prezidenti professor Məsud Aşina, Essen Universitetinin professoru, Avropa Baş Ağrı Federasiyasının (EHF) sabiq prezidenti professor Zaza Katsarava, Brüssel Universitet Xəstəxanasının nevroloji klinikasının rəhbəri, EHF-nin İdarə Heyətinin üzvü professor Yan Versijpt, Sapienza Universitetinin professoru, Avropa Nevrologiya Akademiyasının (EAN) Baş ağrı panelinin üzvü Canluka Koppola, eləcə də miqren və baş ağrıları üzrə mütəxəssis, “Azərbaycan Miqren Mütəxəssisləri” İctimai Birliyinin həmtəsisçisi Sərxan Əmirquliyev iştirak ediblər.

Görüş zamanı baş ağrıları və miqrenin müasir diaqnostika və müalicə üsulları, bu sahədə beynəlxalq klinik yanaşmalar, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səhiyyə naziri Teymur Musayev ölkə rəhbərliyinin səhiyyə sahəsinə, xüsusilə də ixtisaslaşmış tibbi xidmətlərin inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, son illər Azərbaycan səhiyyəsində həyata keçirilən islahatlar çərçivəsində nevrologiya sahəsi, o cümlədən baş ağrılarının diaqnostika və müalicəsi istiqamətində mühüm addımlar atılıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin müasirləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və əhalinin yüksəkkeyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, beynəlxalq ekspertlərlə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır”.

Nazir, həmçinin qeyd edib ki, belə görüşlər yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması, elmi-tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl müalicə protokollarının tətbiqinə töhfə verir.

Öz növbəsində qonaqlar Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları yüksək qiymətləndirərək, elmi və praktiki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəb sırasındadır. Baş ağrılarının düzgün müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruri olduğu qeyd olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK

10:26
12 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri başa çatıb  

09:27
12 Mart

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!