Xocalı soyqırımını xatırlayanda gözlərimiz qarşısında ermənilər tərəfindən amansızcasına qarlı meşələrdə, dağlarda öldürülmüş günahsız dinc insanlar gəlir. Bu qanlı faciə 33 il əvvəl baş versə də, hələ də onun ağrı-acıları ürəyimizi ağrıdır, qəlbimizi göynədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları keçmiş ittifaqın Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdilər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst oldu.
Hər il soyqırımı hadisəsinin baş verdiyi gün - fevralın 26-da ölkəmizdə də, onun hüdudlarından kənarda da Xocalı şəhidlərinin anım mərasimləri keçirilir. İnsanlığa sığmayan o dəhşətli faciədə şəhid olanların xatirəsi böyük ehtiramla yad edilir. Əvvəlki illərdən fərqli olaraq xalqımız iki ildir ki, Bakı şəhər Xətai rayon ərazisində Xocalı soyqırımı şəhidlərinin şərəfinə ucaldılmış "Ana fəryadı" abidəsini alnıaçıq, qürur və iftixarla ziyarət edir. Çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı faciəsi zamanı şəhid olanların da qisası alınıb.
Fevralın 26-sıdır. Soyuq bir qış günüdür. Azərbaycan xalqı axın-axın Xocalı şəhidlərinin xatirəsini anmaq üçün "Ana fəryadı" abidəsini ziyarət etməyə gəlir. Ziyarətə gələnlərin sonu görünmür. Ürəyində düşmənə nifrətlər yağdıran, əllərində gül dəstələri tutmuş insanlar kövrək addımlarla, üzlərində kədər abidəyə yanaşırlar. "Ana fəryadı"nın qarşısında bir anlıq ayaq saxlayaraq ehtiramla şəhidlərin xatirəsini yad etmək üçün baş əyirlər. Əllərindəki gül dəstələrini, əklilləri abidənin qarşısına qoyurlar. Ziyarətə gələnlərin arasında təkcə gənclər deyil, yaşlılar da, uşaqlar da var. Yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq ayağı yer tutan hər kəs Xocalı şəhidlərini anmaq, düşmənə nifrətlərini göstərmək üçün "Ana fəryadı" abidəsini ziyarət etməyə gəlir. Abidənin önündə və ətrafında gül, çiçək dəstələri, müxtəlif ölçülərdə əklillər var. Qan rəngli bu güllər və çiçəklər ziyarətə gələnlərin şəhidlərə göstərdiyi ehtiramın, hörmətin ifadəsidir.
Havanın soyuq olmasına baxmayaraq, insan selinin ardı-arası kəsilmir. Ziyarətə gələnlərə yaxınlaşıb ürək sözlərini dinlədik. İlk həmsöhbətimiz olan Azərbaycanın Milli Qəhrəmanı Famil İskəndərov adına Bakı şəhər 157 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Samirə Səlimova dedi ki, erməni qəsbkarlarının böyük amansızlıqla törətdiyi Xocalı faciəsini nə tarix, nə də xalqımız heç vaxt unutmayacaq, heç vaxt yaddan çıxarmayacaq. Biz daim Xocalı faciəsi ilə bağlı məktəbimizdə tədbirlər keçirir, şagirdlərimizə ermənilərin qanlı əməlləri barədə ətraflı məlumat veririk. Onlarda düşmənə qarşı nifrət hissi oyatmağa çalışırıq. Və buna nail oluruq. Çünki düşmən ürəyimizə Xocalı boyda sağalmaz yara vurub. Şükürlər olsun ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın erməni işğalında qalmış şəhər və kəndlərimiz kimi Xocalını da azad edib. Şəhidlərin qisası yerdə qalmayıb. "Ana fəryadı" abidəsini siyarət edəndən sonra ürəyimdə bir rahatlıq hiss edirəm.
"Mən Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam", - deyə Ramil Məmmədov söhbətimizə qoşuldu. - Döyüş yolum Füzulidən, Cəbrayıldan, Zəngilandan, Hadrutdan keçib. Xocalı faciəsi baş verəndə, torpaqlarımız ermənilər tərəfindən işğal olunanda biz balaca uşaqlar idik. Elə kiçik yaşlarımızdan düşmənlərimizdən qisas almaq ruhu ilə böyüdük. Qürur duyuram ki, 44 günlük Vətən müharibəsində iştirak etdim, torpaqlarımızın azadlığı uğrunda vuruşdum. Gərgin döyüşlərdə erməni işğalçılarını məğlub edərək qisasımızı aldıq. Çox şükürlər olsun ki, bu gün Xocalı azaddır. Adını çox eşitsəm də bu gözəl şəhəri görməmişdim. Bir neçə ay əvvəl Xocalıya getdim. Aman Allah, necə gözəl şəhərdir Xocalı. Aparılan quruculuq işlərindən fərəhlənirsən. Zaman keçdikcə Qarabağ daha da gözəlləşəcək. Artıq həsrət, nisgil bitib, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub. Bu gün doğma Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən bütün torpaqlarımızda - Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada və Xocalıda dalğalanır. Bütün bunları görməkdən qürur hissləri keçiririk. İftixarla demək olar ki, Azərbaycan xalqı tarixinin ən şərəfli və ləyaqətli günlərini yaşayır.
Evdar qadın Şahanə Xəlilova "Ana fəryadı" abidəsini ziyarət etməyə 4 yaşlı qızı Aişə ilə gəlmişdi. Söhbətimiz zamanı o dedi ki, mən ziyarətə ürəyimin hökmü ilə gəlmişəm. Məni bura gətirən şəhidlərə ehtiram və hörmətdir. Balaca qızım da mənimlə birlikdədir. İstəyirəm ki, balalarımız dostunu, düşmənini kiçik yaşlarından tanısınlar. Bu gün bir gözümüz ağlayırsa, bir gözümüz də gülür. Çünki gözüyaşlı, qəlbiyaralı Xocalı şəhəri də Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü ildə uğurla həyat keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni sepatratçılarından azad olundu. Bu uğurlu döyüşlərdə düşmənlərdən Xocalı soyqırımı qurbanlarının da qisası alındı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağını ucaltdı. Qürur dolu bu səhnələri iftixarla seyr etdik. Xocalı sakinləri artıq doğma ocaqlarına qayıdırlar. Xocalı yenidən qurulur, dirçəldilir.
"Ana fəryadı"nı ziyarətə gələnlərin ardı-arası kəsilmir. Xalqımız Xocalı soyqırımında şəhid olanların xatirəsini hörmətlə yad edir, ehtiramla anır.
Vahid MƏHƏRRƏMOV,
İlham BABAYEV (foto),
"Azərbaycan"
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq
Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb
Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib
Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib
DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar
BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır
ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb
Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür
Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir
İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan
ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır
Lionel Messi "Barselona"ya qayıda bilər
Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir
Çin Xalq Respublikasının Sədri Si Cinpindən
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!