Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən paytaxt Sarayevo şəhərində yerləşən və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilmiş Dostluq Parkında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyə səfirlikləri adından abidənin önünə əklil və gül dəstələri qoyulub, Xocalı və Srebrenitsa şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Türkiyə səfirliyinin dini işlər müşaviri Mustafa Güvənc Xocalı faciəsi zamanı həyatını itirənlərin və Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhuna dua oxuyub.
Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışında 33 il bundan əvvəl Azərbaycan torpaqlarını işğal edib burada “ikinci erməni dövləti” yaratmaq fikrinə düşən separatçıların Xocalı şəhərində ötən yüzilliyin dəhşətli soyqırımılarından birini törətdiklərini, yalnız milli və dini mənsubluqlarına görə yüzlərlə dinc sakini – uşaqları, qocaları, qadınları amansızla qətlə yetirdiklərini, dünyanın isə bu antibəşəri cinayətə laqeyd qaldığını bildirib. Aradan keçən illər ərzində Xocalı şəhidlərinin ruhunun xalqımızı yalnız kədərə qərq etmədiyi, həm də haqqın bərqərar olmasına səslədiyi qeyd olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun onilliklər boyu erməni işğalı altında qalmış bütün ərazilərimizi azad etdiyi vurğulanıb.
Səfir böyük təəssüf hissi ilə dünyanın susaraq razılıq verməsi nəticəsində bənzər etnik təmizləmə siyasətinin Bosniya və Herseqovinada, ilk növbədə isə minlərlə insanın yalnız milli-dini mənsubiyyətinə görə soyuqqanlılıqla qətlə yetirildiyi Srebrenitsada da həyata keçirildiyini qeyd edib.
Bosniya və Herseqovina Parlamentinin Xocalı soyqırımını tanıması, Sarayevonun mərkəzindəki Azərbaycan və boşnak xalqlarının Dostluq Parkında Xocalı və Srebrenitsa analarının heykəlinin ucaldılması xalqlarımızın etnik zəmində törədilmiş cinayətlərə qarşı mübarizədə birlik və əzmkarlığının rəmzi kimi qiymətləndirildiyi bildirilib.
Vilayət Quliyev Xocalı şəhidlərinin xatirəsinin artıq qəhrəman Azərbaycan Ordusunun erməni separatçılardan azad edilən Xocalıda qeyd olunduğunu deyib. Hazırda burada böyük quruculuq-abadlıq işlərinin aparıldığı, artıq Xocalı sakinlərinin yurdlarına qayıtmağa başladığı bildirilib. Faciənin yaraları sağaldılsa da, Xocalı soyqırımının heç zaman insanlarımızın yaddaşından silinməyəcəyi, yer üzündə oxşar cinayətlərin bir daha törədilməməsi üçün daimi yaddaş və xəbərdarlıq rəmzinə çevriləcəyi vurğulanıb.
Qeyd edək ki, hüzn əlaməti olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı səfirliyin ərazisində yarıya qədər endirilib.
Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar
Baş prokuror Vyetnamda işgüzar səfərdədir
Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək
Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəyə gətirilib
Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib
Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb
Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır
Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?
Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb
ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib
Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır
Azərbaycanın veteran futbolçusu vəfat edib
Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir
“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir
Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub
Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!