23 Dekabr 2025 08:35
248
SİYASƏT
A- A+
Regionda yeni reallıqlar və Azərbaycanın sülh təşəbbüsləri

Regionda yeni reallıqlar və Azərbaycanın sülh təşəbbüsləri


Azərbaycan həmişə sülh istəyib. Tarixinin bütün dövrlərində ölkəmiz, xalqımız sülhsevərliyi ilə tanınıb. Azərbaycan xalqı dünyanın ən mərd, cəsur, qorxmaz xalqlarından biridir. Övladları düşmən qarşısında geri çəkilmədiyini, vətəni yolunda canını fəda etməyə hər an hazır olduğunu dönə-dönə təsdiqləyiblər. Eyni zamanda humanistlik həmişə bu xalqın ən böyük məziyyətlərindən olub və nəinki öz torpaqlarında, bütün dünyada  münaqişələrin, müharibələrin baş verməsinin əleyhinə olub. Ancaq təəssüf ki, Azərbaycan xalqı zaman-zaman ədalətsizliklərlə üzləşib. Torpaqları düşmən hücumlarına məruz qalıb.

Ötən əsrin sonlarında da xalqımızı münaqişəyə çəkdilər, ərazilərinə müharibə alovları saldılar. 1980-ci illərin sonlarından başlayaraq, keçmiş SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) rəhbərliyindən hər cür yardım alan, silahlanan ermənilər Azərbaycanın bir sıra ərazilərində dinc azərbaycanlılara qarşı hücumlar təşkil etdilər. Münaqişə ocağını körüklədilər və müharibəyə çevirdilər. Birinci Qarabağ müharibəsi baş verdi. Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycanın 20 faiz torpaqlarını ələ keçirdi və 30 ilə yaxın işğal altında saxladı. Qarabağ və Şərqi Zəngəzur bölgələrinə həsrət qaldıq. Qəsbkarlar həmin əraziləri xarabalığa çevirdilər.

İşğalın davam etdirildiyi illərdə də Azərbaycan dövlətinin, xalqının mövqeyi aydın və qətiyyətli idi. Uzun illər ərazilərimizin azad edilməsi istiqamətində aparılan işlər göstərirdi ki, Azərbaycan heç zaman öz torpaqlarını heç kimə güzəştə getməyəcək. Prezident İlham Əliyev bəyan edirdi ki,  Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək.

Azərbaycan öz torpaqlarını sülh yolu ilə azad etmək niyyətində idi. Ölkəmizin bu istiqamətdə göstərdiyi səylərə Ermənistan silahlı qüvvələri ordumuzun mövqelərini, mülki vətəndaşlarımızın yaşayış yerlərini iriçaplı silahlardan atəşə tutmaqla cavab verirdi. 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən başladı. Lakin bu dəfə istər Ermənistan, istərsə də ona havadarlıq edənlər qüdrətinə heyrət etdikləri bir Azərbaycan gördülər. 

Azərbaycan öz gücü ilə Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğaldan azad  etdi. Ədalət bərpa olundu. Azərbaycan dövləti Ermənistanın dağıdıb yerlə yeksan etdiyi ərazilərini yenidən qurur. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz dədə-baba yurdlarına qayıdırlar.

İkinci Qarabağ müharibəsindən sonra da sülhün təşəbbüskarı qalib Azərbaycan dövləti oldu. Bununla ölkəmiz bir daha bütün dünyaya öz sülhsevərliyini nümayiş etdirdi.

Bu il avqustun 8-də Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan görüşərək, sülh danışıqları çərçivəsində mühüm sənədlər imzaladılar. Qəbul edilən Birgə Bəyannamədə əksini tapan müddəalar, sülh sazişi layihəsinin paraflanması yalnız bu iki ölkə arasında deyil, ümumilikdə regionda uzunmüddətli sabitliyin bərqərar olmasına doğru atılan uğurlu addım kimi qiymətləndirildi.

Sülhün davamlı olması üçün Azərbaycan mühüm işlər həyata keçirməkdə davam edir. Bu il oktyabrın 21-də Qazaxıstanda səfərdə olanda Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb: "Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması nəticəsində artıq bir neçə dəfə Qazaxıstan və Rusiyadan Ermənistana qatar vasitəsilə taxıl ixrac olunub. Eyni zamanda dekabrın 19-da Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünə başlanılıb.

Bu il noyabrın 28-də Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın görüşündə yanacaq ixracı barədə razılaşma əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq dekabrın 19-da yerli mənşəli neft yükünün Ermənistana tədarükü reallaşıb. Böyük Kəsik stansiyasından ADY-nin yük qatarı ilə yola salınan 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. 

Azərbaycanın atdığı addımlar iqtisadi tənəzzüllə üzləşmiş Ermənistanı, necə deyərlər, ağ günə çıxarır, çörək korluğundan, yanacaq ehtiyacından qurtarır. Bəs bunun müqabilində Ermənistan nə edəcək?

Dövlətimizin başçısı İlham Əliyevin bu il avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində vurğuladığı kimi, Ermənistanın da ev tapşırıqları var. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bununla sülhə sadiqliyini əməlləri ilə təsdiqləməlidir.

Təəssüflə xatırladaq ki, dekabrın 2-də Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə postmünaqişə dövrünün reallıqları təhrif edildi. İnsanlıq əleyhinə cinayətlərin,  hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi, onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi və digər sülh gündəliyinə zidd olan məsələlərin sözügedən sənəddə əksini tapması haqlı olaraq Azərbaycanda etirazla qarşılandı. 

Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında isə Ermənistanın baş naziri Nikol Paşinyan yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması və ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması ilə bağlı qəbul edilən qərara görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Qarşılıqlı və bərabərhüquqlu prinsiplər habelə suverenlik və milli yurisdiksiyalar əsasında ticarət-logistika əməkdaşlığının inkişaf perspektivlərini qeyd edən Ermənistanın hökumət başçısı onu da bildirib ki, baş verən müsbət və konstruktiv dəyişikliklər bu böyük regionun bütün ölkələri üçün yeni imkanlar yaradır, iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verir: "Bu baxımdan yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması barədə qərara görə, Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Bu, regionda sülhün və sabitliyin bərqərar olunması çərçivəsində əldə edilmiş ilk və ən mühüm nailiyyətlərdən biridir".

Bütün dünyaya bəllidir ki, otuz ilə yaxın Qarabağ və Şərqi Zəngəzur torpaqları işğal altında qalmış, minlərlə vətəndaşı şəhid edilmiş, bir milyon vətəndaşı məcburi köçkün kimi yaşamaq məcburiyyətində olmuş Azərbaycan öz tarixini unutmasa da, bütövlüklə Cənubi Qafqazın müharibəsiz, qan-qadasız, sülh, sabitlik içərisində yaşanacaq bu günü və sabahı naminə çalışır. Regionun lider ölkəsi olan, dünyada nüfuzu gündən-günə möhkəmlənən dövlətimizin hər zamankı kimi, sözü ilə əməli birdir. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vəkillər Kollegiyası intizam pozuntusuna yol verən 6 vəkillə bağlı qərar qəbul edib  

17:04
23 Dekabr

Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açılıb YENİLƏNİB  

16:55
23 Dekabr

Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb YENİLƏNƏCƏK 

16:53
23 Dekabr

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib YENİLƏNİB  

16:52
23 Dekabr

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən  

16:50
23 Dekabr

Ədliyyə nazirinin müavini bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib

16:41
23 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

16:39
23 Dekabr

Dövlətimizin başçısı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib YENİLƏNİB  

16:28
23 Dekabr

Cevdet Yılmaz: Türkiyə COP31-in keçirilməsində Azərbaycanın təcrübəsindən istifadə edəcək  

16:27
23 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşların müraciətlərini dinləyib  

16:26
23 Dekabr

Viktor Orban: Ukrayna ilə bağlı ABŞ-Rusiya danışıqları sülhlə nəticələnə bilər  

16:25
23 Dekabr

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib YENİLƏNİB  

16:24
23 Dekabr

Azərbaycan və Mərakeş uşaqların rəqəmsal mühitdə müdafiəsi üzrə əməkdaşlığı gücləndirir  

16:22
23 Dekabr

Bölgələrdə yeni DOST mərkəzləri tikilir  

16:21
23 Dekabr

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub YENİLƏNƏCƏK  

16:20
23 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:00
23 Dekabr

İran tərəfi ailə, qadın və uşaq məsələləri üzrə Azərbaycanla birgə əməkdaşlıq təklif edib  

15:59
23 Dekabr

Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır  

15:56
23 Dekabr

Azərbaycan ilə Türkiyə arasında dini sahədə əməkdaşlıq məsələsi müzakirə olunub  

15:55
23 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

15:53
23 Dekabr

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən  

15:52
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!