23 Dekabr 2025 16:00
482
Məktublar
A- A+
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Böyük məmnuniyyətlə xalqımızın adından və öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Uca Allah Sizə möhkəm cansağlığı və çoxlu belə xoş günlər nəsib etsin.

Başa çatmaqda olan ilə nəzər saldıqda, ikitərəfli münasibətlərimizin müsbət inkişafından böyük məmnunluq duyuram. Bu münasibətlər bu ilin fevral və may aylarında ikitərəfli görüşlər keçirmək, həmçinin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında, noyabr ayında Bakıda şanlı Zəfər Gününə həsr olunmuş paradda iştirak etmək məqsədilə gözəl ölkənizə etdiyim səfərlərlə daha da möhkəmlənmişdir.

Azərbaycana etdiyim hər səfərim zamanı ölkənizin gözəlliyinə və zəngin təbiətinə daha çox heyran oldum, dost və qonaqpərvər qardaş xalqınıza olan məhəbbətim daha da artdı.

İqtisadi sahədə əməkdaşlığımız da uğurla inkişaf edir və hazırda Azərbaycanın Pakistana 2 milyard dollar məbləğində investisiya yatırması ilə bağlı şərtləri yekunlaşdırırıq. Bu layihə xalqlarımızın həyatını dəyişdirəcək və eyni zamanda qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təmin edəcəkdir.

Zati-aliləri, mən Bakıda olarkən “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmağımı xatırlatmaq istəyirəm. Həmin vaxtdan bəri ölkələrimiz dövlət xidmətlərinin göstərilməsində innovativ və vətəndaşlara yönəlik həllərin təqdim edilməsi, şəffaflığın, səmərəliliyin və institusional bütövlüyün təmin edilməsi məqsədilə İslamabadda “Pakistan Asan Xidmət” mərkəzinin yaradılması üzərində birgə çalışırlar. Aylarla davam edən işlərdən sonra “Pakistan Asan Xidmət” mərkəzi 2026-cı il yanvarın 10-dək hazır olacaq və açılış mərasimi keçiriləcəkdır. Yeni yaradılmış “Pakistan Asan Xidmət” mərkəzi şübhəsiz ki, xalqlarımızın həyatın bütün sahələri üzrə, o cümlədən səmərəli və müasir dövlət xidmətlərinin göstərilməsindən faydalandıqlarını dünyaya nümayiş etdirəcək.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı rifah və tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.



Məhəmməd Şahbaz Şərif

Pakistan İslam Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!