23 Dekabr 2025 16:27
908
PARLAMENT
A- A+
Cevdet Yılmaz: Türkiyə COP31-in keçirilməsində Azərbaycanın təcrübəsindən istifadə edəcək  

Cevdet Yılmaz: Türkiyə COP31-in keçirilməsində Azərbaycanın təcrübəsindən istifadə edəcək  


Dekabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Sahibə Qafarova Bakıda keçirilən Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının əhəmiyyətindən danışıb. İki ölkə arasındakı münasibətlərin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını özündə ehtiva etdiyini deyən Milli Məclisin sədri iqtisadi, ticarət, təhsil, turizm, parlamentlərarası və digər sahələrdə əlaqələrimizin günbəgün daha da gücləndiyini qeyd edib. Söhbət zamanı dövlət başçıları arasındakı şəxsi münasibətlərin və sıx təmasların müttəfiqlik münasibətlərinin ardıcıl inkişafını təmin edən əsas amil olduğu vurğulanıb. S.Qafarova Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə təbriklərini çatdırıb və Azərbaycanın həmişə qardaş ölkənin yanında olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub, Türk Dövlətləri Təşkilatının (TDT) Türk dünyasının birliyi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbətdə parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin mühüm bir hissəsi kimi əhəmiyyəti qeyd edilib, bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının fəaliyyəti vurğulanıb. Milli Məclisin sədri Azərbaycan və Türkiyə parlamentləri arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türkiyənin COP31-in ev sahibi seçilməsi üçün Azərbaycanın səylərinə görə təşəkkürünü bildirib və bu mühüm beynəlxalq tədbirin keçirilməsi üçün Türkiyənin Azərbaycanın təcrübəsindən istifadə edəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari, investisiya, enerji və digər sahələrdə birgə reallaşdırdıqları meqalayihələrin böyük regional və qlobal əhəmiyyət daşıdığı qeyd olunub. Bu baxımdan Orta Dəhlizin əsas xəttinə çevriləcək Zəngəzur dəhlizinin strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafının TDT-ni daha da gücləndirdiyi qeyd olunub. Bildirilib ki, bununla yanaşı, TürkPA da türkdilli ölkələrin parlament platforması kimi mühüm əhəmiyyət daşıyır.

Görüşdə Türkiyənin Vitse-prezidenti Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında təsdiqlənmiş Fəaliyyət Planının qarşılıqlı əlaqələrimizi daha da inkişaf etdirəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı Cevdet Yılmaz Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan nailiyyətlərə də toxunaraq, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının bölgədə sülh və sabitliyi təmin edəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib  

17:31
22 Yanvar

Qazaxıstan və Özbəkistan liderləri Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar  

17:27
22 Yanvar

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:13
22 Yanvar

Burkina Fasoda silahlılar 11 polisi öldürüblər  

17:09
22 Yanvar

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Olimpiya və dünya çempionları Şuşada

16:57
22 Yanvar

Gürcüstan polisi radikal qruplaşma üzvlərini ələ keçirib

16:54
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib

16:44
22 Yanvar

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olub YENİLƏNİB

16:39
22 Yanvar

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  

16:33
22 Yanvar

Dünya mediası: "Qarabağ"ın Avropa arzusu davam edir  

16:27
22 Yanvar

Tramp Venesuelanın neft fondlarına nəzarəti ələ alıb  

16:23
22 Yanvar

Almaniya Kansleri: Böyük güclərin formalaşdırdığı bir dünya artıq yeni reallıqdır  

16:19
22 Yanvar

Putin Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu bildirib

16:13
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Marko Rubio: Tramp sülh naminə hər kəslə dialoqa hazırdır  

15:41
22 Yanvar

Kəşmirdə hərbi avtomobil dərəyə aşıb: 10 əsgər həlak olub

15:39
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!