23 Dekabr 2025 08:00
314
SİYASƏT
A- A+
Humanizm prinsiplərinə sadiqlik

Humanizm prinsiplərinə sadiqlik


İlham Əliyevin sosial dövlət modeli həmrəyliyi daha da gücləndirir


İstənilən ölkənin sosial-iqtisadi inkişafı sabitliyin qorunub saxlanılmasından, eləcə də xalqın rifah halının yaxşılaşdırılması yönündə atılan mütərəqqi addımlardan keçir. Tarixində heç vaxt indiki qədər güclü olmayan  Azərbaycanda da məhz bu siyasət yürüdülür. Ölkədə həyata keçirilən siyasətin fövqündə ilk növbədə Azərbaycan vətəndaşı dayanır.

Azərbaycan sosial dövlət anlayışını öz Konstitusiyasına daxil edərək bu prinsipi ölkənin dövlət idarəçiliyində və siyasətində əsas prioritetlərdən biri kimi qəbul etmişdir. "Sosial dövlət" anlayışı sadəcə olaraq iqtisadiyyatın inkişafı ilə bağlı deyil, həm də əhalinin rifahının yüksəldilməsi, bərabər imkanların yaradılması və sosial ədalətin qorunması ilə bağlıdır.

Prezident İlham Əliyev ölkənin siyasi və iqtisadi inkişafını yalnız müasir dünyanın tələbləri ilə uyğunlaşdırmaqla kifayətlənməyib, eyni zamanda humanizm prinsiplərini əsas götürərək insanların hüquqlarını qorumağa və sosial ədaləti təmin etməyə yönəlik genişmiqyaslı siyasət həyata keçirmişdir. Bu humanist siyasət Azərbaycan cəmiyyətində sosial rifahın artırılması, bərabər imkanların təmin edilməsi və vətəndaşların hüquqlarının qorunması sahəsində bir çox mühüm islahatı əhatə edir. 

Bu günlərdə Azərbaycan Prezidentinin imzaladığı sərəncam da bir daha təsdiq etdi ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir.

Ünvanlı dövlət sosial yardımı alan ailələrə birdəfəlik maddi yardım göstərilməsi də sosial dəstək mexanizmlərinin ardıcıl və məqsədyönlü şəkildə genişləndirildiyini nümayiş etdirir. Sözügedən sərəncam 76 mindən çox ailəni əhatə edir və ailə üzvləri nəzərə alındıqda bu yardım 335 mindən artıq vətəndaşı əhatə etmiş olacaq. Ünvanlı sosial yardım alan ailələr sosial baxımdan daha həssas kateqoriyaya aiddirlər və onların dövlət tərəfindən davamlı şəkildə dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Bu addım həmin ailələrin sosial təminatının daha da yaxşılaşdırılmasına real töhfə verəcək. 

Onu da vurğulayaq ki, 2025-ci ildə Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, geniş sosial paket həyata keçirilib və bu paket 3 milyondan artıq vətəndaşı əhatə edib. İlin sonunda isə ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi dəstəyin verilməsi ölkədə sosial təminat sisteminin dərinləşdiyini və bu siyasətin davamlı xarakter daşıdığını göstərir.

İlham Əliyevin humanizm siyasətinin əsas prinsiplərindən biri insan hüquqlarının və azadlıqlarının qorunmasıdır. Azərbaycanın insan hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulması bu sahədəki islahatları dəstəkləyir və dövlətin qlobal müstəvidəki mövqeyini gücləndirir.

Dövlət başçısının rəhbərliyi dövründə ölkənin hüquq-mühafizə sistemində islahatlar aparmaqla yanaşı, humanizm prinsiplərinə sadiqlik, məhbusların bağışlanması məsələsinə də xüsusi diqqət ayrılır. Hər il qeyd olunan dövlət bayramlarında və xüsusi günlərdə, həmçinin bəzən xüsusi humanitar səbəblərlə Prezident bəzi məhbusları əfv edir və onların cəza müddətini azaldır. Bu siyasət yalnız hüquqi və siyasi deyil, həm də humanist yanaşma ilə bağlıdır və dövlətin sosial ədalətə olan bağlılığını əks etdirir. 

Prezident İlham Əliyev məhbusları bağışlamaqla cəmiyyətdə humanizm dəyərlərini gücləndirməyi və sosial ədaləti təbliğ etməyi hədəfləyir. Bağışlama siyasəti cəza çəkən insanların ikinci bir şans almasına, yenidən cəmiyyətə inteqrasiya olunmasına və həyatlarını düzəltmələri üçün bir fürsət yaradır. Amnistiya aktları cəmiyyətin inkişafına və sosial harmoniya yaradılmasına xidmət edir.

İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bağışlama siyasəti dövlətin məhbuslara qarşı göstərdiyi insani münasibətin nümunəsidir. Dövlətin bu yanaşması həm daxili, həm də beynəlxalq müstəvidə ölkənin hüquqi və sosial humanizm sahəsindəki nüfuzunu artırır. Əfv edilən şəxslər cəmiyyətin normal üzvünə çevrilmək üçün müxtəlif dəstək və təlimatlarla təmin edilir, beləliklə, onların yenidən cinayətə meyil etmələri ehtimalı azalır.

İlham Əliyev hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Azərbaycan Prezidentinin son 22 ildə imzaladığı əfv sərəncamları, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş  amnistiya aktları minlərlə insanı əhatə edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında ötən həftə Milli Məclis tərəfindən qəbul olunmuş qərarın artıq icrasına başlanılıb. Bu amnistiya tətbiq ediləcək şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən genişmiqyaslı amnistiyadır. Amnistiya ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı gözlənilir. Bununla yanaşı, 7 mindən çox şəxs azadlığın məhdudlaşdırılması cəzasından, 3 minə yaxın şəxs digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, mindən artıq şəxs isə cinayət məsuliyyətindən azad edilir. Bu rəqəmlər amnistiyanın miqyasını və sosial əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. 

Bu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiyanın 30 illiyi, Vətən müharibəsində qazandığımız tarixi Zəfərin 5-ci ildönümü, ölkəmizin suverenliyinin tam bərpa olunması və "Konstitusiya və Suverenlik İli" münasibətilə Prezident İlham Əliyev tərəfindən elan edilən növbəti humanizm təşəbbüsüdür. Bu Amnistiya aktı 2023-cü ildə Qarabağda separatizmə birdəfəlik son qoyulmasından, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsindən sonra irəli sürülmüş ilk sənəddir. Bu fakt onun siyasi, hüquqi və mənəvi baxımdan xüsusi əhəmiyyətini daha da artırır.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vəkillər Kollegiyası intizam pozuntusuna yol verən 6 vəkillə bağlı qərar qəbul edib  

17:04
23 Dekabr

Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açılıb YENİLƏNİB  

16:55
23 Dekabr

Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb YENİLƏNƏCƏK 

16:53
23 Dekabr

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib YENİLƏNİB  

16:52
23 Dekabr

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən  

16:50
23 Dekabr

Ədliyyə nazirinin müavini bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib

16:41
23 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

16:39
23 Dekabr

Dövlətimizin başçısı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib YENİLƏNİB  

16:28
23 Dekabr

Cevdet Yılmaz: Türkiyə COP31-in keçirilməsində Azərbaycanın təcrübəsindən istifadə edəcək  

16:27
23 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşların müraciətlərini dinləyib  

16:26
23 Dekabr

Viktor Orban: Ukrayna ilə bağlı ABŞ-Rusiya danışıqları sülhlə nəticələnə bilər  

16:25
23 Dekabr

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib YENİLƏNİB  

16:24
23 Dekabr

Azərbaycan və Mərakeş uşaqların rəqəmsal mühitdə müdafiəsi üzrə əməkdaşlığı gücləndirir  

16:22
23 Dekabr

Bölgələrdə yeni DOST mərkəzləri tikilir  

16:21
23 Dekabr

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub YENİLƏNƏCƏK  

16:20
23 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:00
23 Dekabr

İran tərəfi ailə, qadın və uşaq məsələləri üzrə Azərbaycanla birgə əməkdaşlıq təklif edib  

15:59
23 Dekabr

Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır  

15:56
23 Dekabr

Azərbaycan ilə Türkiyə arasında dini sahədə əməkdaşlıq məsələsi müzakirə olunub  

15:55
23 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

15:53
23 Dekabr

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən  

15:52
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!