06 İyun 2025 08:00
1652
SİYASƏT
A- A+
Qurtuluşun başlanğıcı

Qurtuluşun başlanğıcı


Tarix dəfələrlə sübut edib ki, dövlətlərin tarixində, xalqların taleyində böyük şəxsiyyətlərin və liderlərin qətiyyəti, mövqeyi və prinsipiallıqları mühüm rol oynayıb. Müstəqilliyimizin ilk illərində Azərbaycanda baş verən hadisələr və Ulu Öndər Heydər Əliyevin sayəsində dövlətimizin və xalqımızın bütün təhlükələrdən xilas olması bu həqiqəti təsdiqləyən tarixi reallıqdır.


Hakimiyyətə tank belində gələnlər ölkəni uçuruma apardılar


Müstəqilliyimizin ilk illərində iqtidarda olan siyasi qrupların idarəçilikdə buraxdıqları kobud səhflərin, dövlət quruculuğunu həyata keçirmək əvəzinə hakimiyyət uğrunda mübarizə aparmalarının nəticəsi olaraq baş qaldıran siyasi böhran 1993-cü ilin ortalarına doğru daha da dərinləşmişdi. 1993-cü il iyunun əvvəllərində baş verən Gəncə hadisələri, qardaş qanının axıdılması artıq böhranın hərbi müstəviyə qədəm qoyduğunu göstərirdi. Respublikada vəziyyət tamamilə nəzarətdən çıxmışdı. Bütün bunların fonunda isə torpaqlarımız müdafiəsiz qaldığından Ermənistan işğalçı hücumlarını artırırdı.  Digər tərəfdən isə respublikada separatçılıq baş qaldırmış, cinayətkarlıq artmışdı. Hakimiyyət orqanlarının fəaliyyəti demək olar ki, iflic vəziyyətdə idi, cəmiyyət həyatının bütün sahələrində xaos və anarxiya baş alıb gedirdi və bütün bunlar ölkənin gələcəyi baxımından yaxşı heç nə vəd etmirdi.

O dövrdə baş verən proseslər həm də lider faktorunun dövlət idarəçiliyində nə qədər vacib olduğunu təsdiq edirdi. Təəssüf ki, həmin dövrdə Azərbaycan xalqı dövlətə rəhbərlik edə biləcək həqiqi liderdən uzaq düşmüşdü. Hakimiyyətə tank belində gələn qaragüruh siyasi qruplar isə müstəqilliyimizi itirilmək, dövlətçiliyimizi məhv olmaq təhlükəsi qarşısında qoymuşdular. Lakin xalq ümidini itirməmişdi. Bu baxımdan hələ 1992-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və qısa zamanda on minlərlə insanın bu yeni siyasi təşkilatın sıralarına üzv olması ondan xəbər verirdi ki, xalqımız öz nicatını, dövlətin xilasını məhz Ulu Öndərin siyasi hakimiyyətə gəlişində görür.  Buna qədər isə Heydər Əliyev Naxçıvanı Ermənistanın işğalından qorumuş, blokada şəraitində olan muxtar respublikanın sosial-iqtisadi çətinliklərinin aradan qaldırılması üçün mühüm işlər görmüşdü. Bütün bunları bilən xalqımız əmin idi ki, Azərbaycanı ağır və böhranlı vəziyyətdən ancaq Heydər Əliyev dühası xilas edə bilər. 


Ümumxalq qərarının təcəssümü


1993-cü ilin Gəncə hadisələrindən sonra Heydər Əliyevin proseslərə müdaxilə etməsi artıq tarixi zərurətə çevrilmişdi. Çünki Gəncədə başlanmış qardaş qırğınının, silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız Heydər Əliyev ala bilərdi. Ölkəni hərbi-siyasi böhrandan Ulu Öndər qurtara bilərdi. Bunun üçün Heydər Əliyevə göndərilən məktublar və teleqramlar həm də ümumxalq qərarının təcəssümü idi. Vəziyyəti dəyərləndirən Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, proseslərə müdaxilə etməsə müstəqilliyimiz itirilər, dövlətçiliyimiz məhv ola bilər. Ulu Öndər çıxışlarının birində bu barədə deyib: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da təyyarə ilə Naxçıvandan Bakıya gəlməsi Azərbaycan cəmiyyətində tamamilə fərqli əhvali-ruhiyyə formalaşdırdı. Dahi şəxsiyyətin gəlişi belə ovqatı müsbətə doğru dəyişdi. Hava limanında qaldırılan "Heydər baba, xalqı bu bəladan qurtar!" kimi şüarlar bütün Azərbaycan xalqının arzularının ifadəsi idi. Hər kəs ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə əmin idi. 

Bakıya gəldikdən sonra Gəncədəki vəziyyətlə tanış olmaq üçün oraya yola düşən Heydər Əliyev döyüş meydanına çevrilmiş əraziyə baş çəkdi, şəhər sakinləri və hərbi qulluqçularla görüşdü. Məhz Ulu Öndərin Gəncə səfəri vətəndaş qarşıdurmasının, yeni faciələrin qarşısını aldı.


Nüfuzlu dövlət


Azərbaycan tarixinin Heydər Əliyevin adı ilə bağlı olan hər bir hadisəsi respublikamızın taleyində müsbət dəyişikliklərin, inkişafın və yüksəlişin əsasını qoyub. Bu baxımdan 1993-cü il iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi müstəqillik tariximizin ən böyük siyasi hadisəsidir. Çünki bu gəliş sıradan bir gəliş deyildi. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanı Qurtuluşa aparan yolun başlanğıcı oldu. Bu gəlişlə Ulu Öndər Heydər Əliyev qurtuluş missiyasına başlayaraq Azərbaycanı bütün təhlükələrdən və böhranlardan xilas etdi. İyunun 15-nin ölkəmizdə Milli Qurtuluş Günü kimi əbədiləşdirilməsi isə Ulu Öndərin xilaskarlıq  missiyasına verilən ümumxalq qiymətidir.

Cəmi bir neçə gündən sonra Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişinin 32-ci ili tamam olacaq. İllər bir-birini əvəzlədikcə, Azərbaycan daha da inkişaf etdikcə və gücləndikcə Ulu Öndərin 1993-cü ildə gördüyü işlərin məzmununu, hansı çətinlikləri dəf etdiyini, kimlərə və hansı qüvvələrə qalib gəldiyini daha dərindən anlayırıq. 

Həmin təlatümlü günlərdə Ulu Öndərin başlatdığı xilaskarlıq missiyası güclü Azərbaycan dövlətinin yaradılması, müstəqilliyimizin əsaslarının möhkəmləndirilməsi ilə nəticələndi. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dahi liderin yaratdığı təməllər üzərində yüksəlir, dinamik inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi bütün uğurlar həm də tarixin ən güclü Azərbaycanını dünyaya bəyan edir. Bəli, 32 il əvvəl Heydər Əliyevin xilas etdiyi Azərbaycan bu gün dünyada torpaqlarını işğaldan azad edən, erməni separatizminə son qoyan və etimad göstərilən nüfuzlu dövlət kimi tanınır.   


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

14:56
13 İyun

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

14:36
13 İyun

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib  

14:25
13 İyun

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

13:58
13 İyun

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

13:18
13 İyun

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq  

12:59
13 İyun

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

12:49
13 İyun

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

12:23
13 İyun

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:10
13 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

12:08
13 İyun

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

11:58
13 İyun

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

11:53
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

11:13
13 İyun

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!