08 Sentyabr 2024 08:20
617
İQTİSADİYYAT
A- A+
"Qoy həmişə Günəş olsun!" 

"Qoy həmişə Günəş olsun!" 

 

Azərbaycan COP29 ərəfəsində bütün dünyaya atəşkəs çağırışı ünvanlayacaq

 

İqlim dəyişmələri ilə mübarizə təkcə ətraf mühitin zərərli təsirlərdən qorunması, flora və faunanın zənginləşdirilməsi, atmosferə atılan karbon emissiyasının azaldılması, "yaşıl enerji"yə keçid deyil. Həm də planetimizin dörd-bir yanında baş alıb gedən müharibələrin dayandırılması, dünyada sülhə, aydın səmaya, mehriban birgəyaşayışa nail olunması deməkdir. Çünki partlayan bombalar, atılan raketlər, digər kütləvi qırğın silahları ölüm-qan saçmaqdan əlavə, atmosferi zəhərləyir, təbiəti korlayır, bəndləri dağıdır, torpağın altını üstünə çevirir. Üstəlik, minlərlə insanın həlak olması fonunda ekologiyanın mühafizəsi arxa plana keçir.   
Bütün bu reallıqları nəzərə alan Azərbaycan  ev sahibi olaraq  COP29-dan sülh, barış platforması kimi istifadə etməyə qərar verib. Rəsmi Bakı sözügedən problemin həllinə üç rakursdan yanaşır: Ermənistanla sülh müqaviləsi imzalayaraq Cənubi Qafqazda əmin-amanlığı möhkəmləndirmək; Fransa və digər müstəmləkəçi dövlətlərin kolonizasiya siyasətinə son qoymaq, boyunduruqda əzilən xalqların hüquqlarını müdafiəsi; Rusiya-Ukrayna, İsrail-Fələstin və digər münaqişələrdə atəşkəsə nail olmaq, məhəlli savaşların Üçüncü Dünya müharibəsi mərhələsinə keçməsini əngəlləmək.    
Cari il aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusundakı beynəlxalq forumda Prezident İlham Əliyev demişdir: "Hesab edirəm ki, bu gündəlik Cənubi Qafqazda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə nəticələnəcək. Ümumilikdə Cənubi Qafqazda üç ölkə arasında ən azı məsləhətləşmə formatı yaradıla bilər ki, bu, gələcək əməkdaşlığa yol açsın. Bu, misilsiz bir fürsətdir. Sülh şəraitində müstəqillik yoluna qədəm qoyan Baltik dövlətlərindən fərqli olaraq, Sovet İttifaqının süqutu bizi bu imkandan məhrum etdi. Biz müharibələrlə üzləşdik. İndi isə bu səhifəni çevirmək üçün fürsət var, biz bunu edirik və COP29 bunun gözəl nümunəsidir. Bu gün Ermənistan ilə Azərbaycan arasında sərhəddə gördükləriniz, pərdəarxası görmədikləriniz, iki ölkənin nümayəndələri arasındakı təmaslar, daha açıq və konstruktiv müzakirələr də bu qəbildəndir. Sərhəd delimitasiyası məsələsində Azərbaycan və Ermənistan olduqca konstruktiv davranış nümayiş etdirir. Görünənlər bunun bir parçasıdır - bu, bir nəticədir. Lakin bu nəticə müntəzəm təmaslardan və müsbət dinamikadan qaynaqlanır. Biz bu işi konsolidasiya etməli və irəliləməliyik. Düşünürəm ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır".
Aydındır ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və rəsmi Bakının rəyi ilə hesablaşmadan regionda hər hansı layihənin reallaşdırılması, sadəcə, mümkün deyil. Lakin ölkəmiz nə üstün mövqeyindən, nə də Vətən savaşındakı halal Zəfərindən sui-istifadə etmək niyyətindədir. Hətta böyüklük, ağsaqqallıq nümayiş etdirərək Ermənistanın baş naziri Nikol Paşinyana COP29-da iştirak üçün dəvət də göndərib. Məğlub tərəf revanşist ovqatından əl çəkib, necə deyərlər, düz yola gələrsə, ölkəmiz ona yönəlik istər siyasi, istərsə də iqtisadi vədlərinə sadiq qalacaq. Dəfələrlə Hayastanın düşdüyü bataqlıqdan çıxmasına, bölgədəki regional və beynəlxalq layihələrdə iştirakına şərait yaradılacağı barədə mesajlar da verilib. Amma nə yazıqlar ki, Qərbin maliyyəsinə və  silahlarına uyub sayıqlığını itirən, xam xəyallara qapılan İrəvan hələlik belə fürsətləri dəyərləndirə bilmir. Ermənistan hətta torpaqlarımıza əkdikləri yüz minlərlə ölüm toxumlarının - hər gün, günaşırı günahsız insanların həyatına son qoyan minaların xəritələrini verməkdən belə, imtina edir.
Azərbaycan hələ Qoşulmama Hərəkatına sədrlik etdiyi 4 il ərzində dünyanın istibdad zülmətinə bürünmüş guşələrinə işıq salmağa çalışmışdır. Müstəmləkə əsarətində əzilən kütlələrin fəryadına səs vermiş, beynəlxalq tribunalardan məzlumların haqlı mübarizəsini dəstəkləmişdir. Bu gün də Bakı Təşəbbüs Qrupu vasitəsi ilə həmin təqdirəlayiq fəaliyyətini davam etdirir, imperialistlərin müstəmləkə eybəcərliklərinə qarşı mübarizəsində inamlı və ardıcıl görünür. Elə neçə gün öncə Qəmər və Mayot adalarının nümayəndələrinin paytaxtımızda keçirilən növbəti tədbiri və qəbul olunan qərarlar da buna bariz nümunədir.
Təəssüf ki, dünyada savaşlar ara vermir, əksinə, böyüyərək yamyaşıl ərazilərin yanıb külə dönməsi, minlərlə günahsız insanların qətli, yaşayış məntəqələrinin, infrastrukturun, maddi-mədəniyyət abidələrinin dağıdılması ilə davam edir. Dövlətimiz isə belə mürəkkəb geosiyasi vəziyyətlərdə tarazlı xarici siyasət yürüdür, münaqişə tərəfləri ilə balanslaşdırılmış mövqedə dayanır, onları atəşkəsə, dialoqa səsləyir, sülh üçün bacardığı köməyi, eləcə də müharibədən əziyyət çəkən tərəflərə humanitar yardımını əsirgəmir.  Bu humanist, sülhpərvər siyasətin davamı olaraq COP29 ərəfəsində bütün dünyaya atəşkəs çağırışı ilə müraciət etməyi nəzərdə tutur.

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!