18 Yanvar 2025 17:18
345
CƏMİYYƏT
A- A+
QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür


Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.

Bu barədə AZƏRTAC-a QMİ-dən məlumat verilib.

Toplantıda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə 20 Yanvar hadisələrini Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü, XX əsr tariximizə xeyirlə-şərin, ədalətlə zülmün, işıqla zülmətin, azadlıqla əsarətin əbədi mübarizəsinin misilsiz nümunəsi olaraq düşən rəmzi hadisə kimi dəyərləndirib. Qeyd edib ki, keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Şeyxülislam təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının yeganə ümid yeri olan Qafqaz Müsəlmanları İdarəsinin hadisələrin ilk dəqiqəsindən qərargaha çevrilməsi, var-qüvvəsi ilə imperiya siyasətinin riyakarlığına meydan oxuması, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etməsindən faktlarla bəhs edib: “Fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq yanvarın 21-də Təzəpir məscidinin həyətində on minlərlə insan toplaşdı. Şəhidlər üçün dəfn yerinin təyin olunması məsələsində hərbi komendaturanın ciddi narazılığına baxmayaraq, Dağüstü parkın seçilməsi israr olundu. Hərbi rejimin hədə və təhdidlərinə baxmayaraq, yanvarın 22-də tarixdə görünməmiş milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq Allahsız sovet rejimini “mənfur imperiya” ifadəsi ilə lənətlədik. Dəfn prosesində bir nəfər belə hərbçinin iştirakına və müdaxiləsinə imkan verilmədi. Ölkədə bütün informasiya agentliklərinin nəzarətdə olduğu bir vaxtda biz böyük çətinliklə BMT-nin Baş katibliyinə, xarici ölkələrin dövlət başçılarına və dini rəhbərlərə müraciətlər, SSRİ rəhbəri Mixail Qorbaçova lənət dolu bəyanatımızı ünvanlaya bildik. İtaliyanın “Respublika” qəzetinin müxbiri Entso Mauro ilə görüşüb Bakıda törədilən cinayətlər haqqında həqiqətləri ozamankı Roma Papası II İoann Pavelə çatdırdıq. Məhz informasiya blokadasını yara bilməyimiz sayəsində 20 Yanvar faciəsi dünyaya yayıldı, İstanbulda, Dərbənddə, Gürcüstanda, bir sıra ərəb və Avropa dövlətlərində xalqımıza dəstək mitinqləri keçirildi. İlk günlərdə bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olduq”.

Şeyxülislam Allahşükür Paşazadə Ulu Öndər Heydər Əliyevin həmin faciə zamanı xalqımıza dəstəyini xüsusi vurğulayıb: “Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına daxil olan ilk başsağlığı teleqramı Moskvadan, Ulu Öndər Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqı ilə döyünən bu böyük insan baş verənləri Azərbaycana qarşı təcavüz kimi dəyərləndirirdi. Şovinist ermənilər və onların təhrikilə hərəkət edən ermənipərəst siyasi qüvvələr tərəfindən Politbürodan uzaqlaşdırılmış Heydər Əliyev, siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verənləri qətiyyətlə pislədi və doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələri siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi”.

Allahşükür Paşazadə erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidlərini 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçıları adlandırıb. Bildirib ki, şəhidlərin müqəddəs ruhlarını şad edən əsas məqam Qarabağ Zəfəri, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir: “1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyü təhdidlərinə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Uca Yaradanın köməyilə beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı”.

Şeyxülislam din xadimlərinə, qazilərə, səlahiyyətli nümayəndələrə Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü - 20 Yanvar hadisələrinin anım dövründə faciə qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi dini mərasimlər təşkil etmələrini tövsiyə edib.

Şeyxülislam Allahşükür Paşazadə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın siyasi, iqtisadi uğurları artdıqca bizi gözü götürməyənlərin də hiddət və qəzəbinin artma təzahürlərinin göz qabağında olmasından bəhs edib: “Bu müxtəlif formalarda – demokratiya pərdəsinə bürünənlərin qərəzli hesabat, saxta ittiham və sanksiya hədələri şəklində təzahür etdiyi halda, yaxın qonşu dövlətin din xadiminin dilindən hədyanlar vasitəsilə nümayiş etdirilir. Suveren Azərbaycan dövlətinin Prezidentinin, habelə Türkiyə Cümhuriyyətinin Prezidentinin ünvanına mütəmadi böhtan və təhqirlər yağdırılması bölgədə sülh, tərəqqi, rifaha xidmət etməli olan qarşılıqlı əlaqələrin inkişafına zərbə vurur. Din xadiminin vəzifəsi Uca Allahın buyurduqlarını insanlara hikmətlə, nəsihətlə çatdırılmasıdır. Azərbaycan şəhəri Ərdəbilin imam-cüməsi Amulinin Azərbaycan-İran arasında tarixi əlaqələrə xələl gətirən, xalqlarımızı qarşı-qarşı qoyan belə məsuliyyətsiz, hədsiz çıxışlarını qətiyyətlə pisləyir, yolverilməz sayırıq. Amulinin bu səpkidə çıxışları ilk dəfə deyil və biz zamanında buna sərt münsibətimizi ifadə etmişik. Qarabağda və Ermənistan ərazisində müsəlman dini abidələrinə qarşı erməni vandallığını, azərbaycanlı din qardaşlarına qarşı erməni təcavüzünü qınamayan, heç bir münasibət bildirməyən bir din xadiminin Azərbaycan və Türkiyənin dövlət başçılarına dil uzatmasına, onları hədəf alan, təhqir edən hədyan çıxışlarına son qoyulmalıdır. Hesab edirik ki, bu kimi təxribatçı çıxışlar cəzasız qalmamalıdır”.

Qalib dövlətimizin azad olunmuş torpaqlarımızda misilsiz bərpa-yenidənqurma işləri həyata keçirməsini, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını, yeni həyat verilmiş məscidlərimizdən Azan səsləri ucalmasını, imamlarımızın öz vəzifələrinin başında olmasını fəxarətlə vurğulayan QMİ sədri erməni kilsəsinin revanşizm istiqmətində destruktiv əməllərindən danışıb: “Dinc quruculuq işləri ilə məşğul olan xalqımızın ən ümdə istəyi regionumuzda sülh, əmin-amanlıqdır. Dövlətimiz bölgədə davamlı sülh istiqamətində səylər göstərir. Lakin məlum olduğu kimi, zamanında erməni təcavüzünün, Vətən müharibəsində Zəfərimizdən sonra isə revanşizmin önündə erməni kilsəsi gedir. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatından sonra Eçmiədzin və Kilikiya erməni kilsələri tərəfindən anti-Azərbaycan təbliğatı yenidən vüsət alıb. Təəssüflər olsun ki, erməni kilsəsi öz xalqını dinc yanaşı yaşamağa deyil, yeni faciələrə sürükləməkdə israrlıdır. Biz bütün səylərimiz və dualarımızla ölkədə və bölgədə sülh, əmin-amanlıq, dinc qonşuluq və rifah istiqamətində fəaliyyətləri - dövlətimizin müdrik siyasətini dəstəkləyirik”.

Tədbirdə iştirak edən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixində yeri və rolu barədə fikirlərini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran İslam Şurası Məclisinin sədri: Asiya xalqlarının həmrəyliyi regionun firavan gələcəyinə töhfə verəcək

13:04
19 Fevral

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:03
19 Fevral

Türk ekspertlər: ASALA terror təşkilatını təmizə çıxarmaq cəhdi pisniyyətli addımdır

13:02
19 Fevral

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub YENİLƏNİB

13:02
19 Fevral

Butan Milli Assambleyasının sədri: Asiyada çoxtərəfli əməkdaşlıq qlobal sabitlik üçün vacibdir

12:48
19 Fevral

Səbinə Əliyeva: Ombudsmanlar insan hüquqlarının müdafiəsində birgə səylər göstərməlidir

12:45
19 Fevral

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanışlıq YENİLƏNİB

12:43
19 Fevral

Avropa İttifaqı fövqəladə sammitin keçirilməsini müzakirə edir

12:42
19 Fevral

Prezident İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb YENİLƏNƏCƏK

12:41
19 Fevral

Birol Akgün: Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur

12:41
19 Fevral

Bəhreyn Krallığı Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini irəli sürüb  

12:37
19 Fevral

Puan Maharani: Növbəti 25 il Asiya əsrini reallaşdırmaq üçün həlledici dövr olacaq

12:35
19 Fevral

İcraçı direktor: Liderlərimizin siyasi iradəsi Azərbaycan-Türkiyə media əməkdaşlığını gücləndirir

12:34
19 Fevral

Əhməd İsmayılov: Azərbaycan-Türkiyə media əməkdaşlığı qlobal informasiya məkanına töhfə verir

12:32
19 Fevral

Baş katib: Azərbaycan güclü əməkdaşlıq nümunəsi nümayiş etdirib

12:31
19 Fevral

Sahibə Qafarova: Milli Məclis müxtəlif parlament təşkilatlarının işində fəal iştirak edir

12:16
19 Fevral

Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib

12:14
19 Fevral

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı bu ilin dekabr ayına qədər hazır olacaq

12:12
19 Fevral

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

12:10
19 Fevral

Prezident İlham Əliyev Xankəndidə “Bulud” hotelinin açılışında iştirak edib YENİLƏNİB  

12:08
19 Fevral

Azərbaycanın həvəskar xizəkçiləri Türk Dövlətləri Kubokunda qızıl və bürünc medallar qazanıblar

12:07
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!