08 Fevral 2025 08:10
262
SİYASƏT
A- A+
Qərbi azərbaycanlılar doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər 

Qərbi azərbaycanlılar doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər 


Qərbi Azərbaycandan, yəni indiki Ermənistan adlandırılan ərazilərdən didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək məsələsini qarşıya qoyan Qərbi Azərbaycan İcması o yerlərdəki tarixi mədəni abidələrin, məhəllələrin taleyi ilə maraqlanır, həm də vaxtilə elindən-obasından zorla köçürülmüş, deportasiyaya məruz qalmış ailələrin nümayəndələri, ən nəhayət, varisləri ilə görüşür. Tarixin gizli və qaranlıq səhifələrinə aydınlıq gətirir. 

Qərbi Azərbaycan ərazilərinin folkloru, toponimləri, kəndləri, yer adları, tarixi şəxsiyyətləri, el sənətkarları, şair və yazıçıları, insanların əmək vərdişləri və yaşam tərzi gündəmə gətirilir. Hətta bəzi görkəmli şəxsiyyətlərin xatirə günləri təşkil edilir, tədqiqatçı alimlərin, şair və yazıçıların Qərbi Azərbaycana dair kitabları nəşr edilir. 

Bu kimi məsələlərə məsuliyyət və diqqətlə yanaşan Qərbi Azərbaycan İcmasının bəyanat və çıxışlarında dünya ictimaiyyətinə, habelə beynəlxalq hüquq müdafiəçilərinə xitabən bildirilir ki, min illərlə o ərazilərdə yaşamış azərbaycanlıların tarixi torpaqlarına qayıdışı beynəlxalq sənədlərdə təsbit olunan hüquqlarıdır. Məsələn, adi bir fakt: ötən əsrdə Qərbi Azərbaycanın dörd bir yanında olduğu kimi, Göyçə gölündən 5 kilometr şimalda yerləşən Toxluca kəndində də (Çəmbərək rayonu) bu torpaqların əsl sahibi olan azərbaycanlılar dəfələrlə etnik təmizləməyə məruz qalıblar. 1988-ci ilin dekabrında baş verən deportasiyaya qədər Çəmbərəkdə rayon mərkəzindən sonra ən böyük yaşayış məntəqəsi olan bu kənddə 3200-ə yaxın azərbaycanlı yaşayıb. Kəndin bünövrəsinin VII əsrdə qoyulduğu ehtimal olunur. Kəndin adı 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Toxluca toponiminin Azərbaycan dilində "dağlıq yer" anlamında olan "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlməsi fikri var. Kənddə zamanında Anağızoğlu, Dərəyurd, Düzyurd, Taxça, Əyricə, Dərəkom, Ayıdərəsi, Quzey, Xırmanlı, Kərəmbiçən, Qurdlubulaq, Biçənək adlı qışlaqlar olub. Toxlucadakı yer adları da bu torpaqların tarixən öz əzəli sahiblərinə, yəni azərbaycanlılara məxsusluğundan xəbər verir.

Məlumdur ki, neçə-neçə kənd, el-oba ayrı-ayrı zaman kəsiyində eyni taleyi, ağrı-acını yaşamağa məhkum edilib. Bu yerlərin qanuni sakinləri beynəlxalq hüququn tələbləri çərçivəsində öz yurd-yuvalarına qayıtmaq arzusu ilə yaşayırlar. Onlar inanırlar ki, tarixi həqiqətə və rəsmi sənədlərə söykənən bu istək Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti nəticəsində reallaşacaq. Görünən odur ki, son günlər Ermənistan hakimiyyəti və ictimaiyyəti bundan bərk narahatlıq keçirirlər. Unudurlar ki, insan hüquqlarının tələb və tövsiyələrinə əsaslanan bu istək gec-tez ədalətli həllini tapacaq. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında - Qərbi Azərbaycanda yaşaması, zəngin maddi-mənəvi irs yaratması faktını danmağa çalışsa da, bu, mümkün deyil.

Xatırladaq ki, bütün bunlar başda Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayılıb. Bu istiqamətdə icmanın təşəbbüsü ilə indiyədək BMT-nin rəsmi sənədi kimi 10-a yaxın bəyanatı və müraciəti bəyənilib. Bütün bunlarla yanaşı, digər dövlətlərin və tərəqqipərvər beynəlxalq təşkilatların başçıları, habelə tanınmış insan hüquqları müdafiəçiləri ən yüksək kürsülərdən qərbi azərbaycanlıların haqlı tələblərini günü bu gün də dəstəkləyirlər. Lakin məsələyə ikili standartlarla yanaşan bəzi ermənipərəst qüvvələr tarixi həqiqəti bilmədən, bəzən də bilərəkdən özlərini görməzliyə, eşitməzliyə vuraraq yalançı istəkləri ilə çıxış edib ictimaiyyəti aldatmağa çalışırlar. Belə təşkilatlardan biri, özünü insan hüquqlarının müdafiəçisi adlandıran "Human Rights Watch" təşkilatı bu günlərdə dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabat dərc edib. Hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı, ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Odur ki, Qərbi Azərbaycan İcmasının bu günlərdə haqlı olaraq dünya ictimaiyyətinə və bir çox ölkənin aidiyyəti qurumlarına ünvanladığı bəyanatında "Human Rights Watch" təşkilatının Azərbaycana qarşı ayrı-seçkiliyi pislənilib.

Bəyanatda deyilir: "Hesab edirik ki, bu, "Human Rights Watch" təşkilatı tərəfindən Azərbaycan xalqına etnik və dini əsasda ayrı-seçkilikdir. İrqi ayrı-seçkilik hər bir halda qəbuledilməzdir. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. Ələlxüsus, xatırladaq ki, bu hesabatın dərc edilməsindən az əvvəl keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistanın qərbi azərbaycanlılara qarşı etnik təmizləməsinin dövlət siyasəti olduğunu təsdiq edən çıxışı yayılmış və biz bu barədə "Human Rights Watch"a xüsusi müraciət ünvanlamışdıq.

Biz "Human Rights Watch" təşkilatı və onun arxasında duran qüvvələrdən insan hüquqlarından siyasi alət kimi istifadə etməyi, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi və Ermənistanın etnik təmizləmə siyasətinə dəstəyini dayandırmağı tələb edirik".

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Qərbi Azərbaycanla bağlı gündəmi zəbt edən, ictimaiyyətin maraqla izlədiyi ictimai-siyasi məsələlərlə bağlı mətbuata açıqlamasında demişdir: "Müşavirədə qeyd edildiyi kimi, Zəngəzur dəhlizi öz aktuallığını saxlayır. Hazırda Ermənistan rəhbərliyi öz imzasına hörmətlə yanaşmasa da, gec-tez buna məcbur olacaq, ya da dalan ölkə kimi kənarda qalacaqdır. Cənab Prezidentin dediyi kimi, ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi, ondan da əvvəl verilən vədlərə baxmayaraq, Qarabağ xanının öldürülməsi, 1920-ci ilin noyabrında Qərbi Zəngəzurun alınaraq Ermənistana verilməsi, Azərbaycan ərazisində "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin yaradılması kimi cinayətləri, eləcə də XX əsrin digər cinayətləri olan Xocalı soyqırımı, 20 Yanvar faciəsi və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı bizim qan yaddaşımızdadır və heç vaxt unudulmayacaqdır. Dövlətimizin başçısı demişdir: "Yəni bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan-Azərbaycana maneəsiz keçid verməlidir".

Zamanın diktə etdiyi reallığa münasibətdə Müzəffər Ali Baş Komandanın mövqeyi aydın, tələbi qətidir. Bu da onu göstərir ki, Zəngəzur nəqliyyat dəhlizi yaxın zamanlarda açılacaqdır.

Görünən odur ki, Qərbi Azərbaycana qayıdış soydaşlarımızın bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququdur. Hər bir qərbi azərbaycanlı tarixi torpaqlarımıza, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəkləyir və öz dədə-baba yurduna ləyaqətli, təhlükəsiz şəkildə qayıdışın reallaşacağına tam əmindir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ

14:05
14 Mart

Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır

13:59
14 Mart

Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”

13:36
14 Mart

Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb  

13:33
14 Mart

Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir  

13:32
14 Mart

Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik

13:27
14 Mart

Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir

13:19
14 Mart

Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb

13:18
14 Mart

Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır

12:56
14 Mart

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub  

12:52
14 Mart

İşğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib  

12:51
14 Mart

Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir

12:50
14 Mart

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb 

12:46
14 Mart

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği 8 faizdən çox artıb  

12:31
14 Mart

Annalena Berbok: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir  

12:23
14 Mart

“Politico” nəşri: Avropa Parlamenti yenidən korrupsiya ittihamı ilə çalxalanır  

12:14
14 Mart

Əli Əsədov: Ötən il sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub

11:53
14 Mart

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası müzakirə olunub  

11:53
14 Mart

Əli Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir

11:50
14 Mart

Baş nazir: 2024-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb

11:47
14 Mart

Sabiq Prezident: Bakı Forumu böhranların mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir  

11:43
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!