06 Oktyabr 2024 08:15
2462
SİYASƏT
A- A+
Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir

Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir


"Qərbi Azərbaycana qayıdış ölkəmizin bütövlüyünə, suveren hüquqlarımızın və tarixi ədalətin bərqərar olunmasına, identikliyimizin, mədəni özünəməxsusluğumuzun qorunmasına xidmət edən milli ideyamızın ayrılmaz hissələrindən biridir. Qərbi Azərbaycana qayıdış Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ənənələrimizin xalqımıza məxsus bir coğrafiyada bərqərar olmasıdır. Tarixi yurd yerlərimizdə və mənsub olduğumuz böyük türk ailəsində davamlı sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasını hədəfləyən strateji baxış bucağından qaynaqlanan, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək ümummilli ideyaya çevrilən və ardıcıllıqla gerçəkləşdirilən milli özünəqayıdış və dəyərlər üzərindən inkişaf konsepsiyasının gerçəkləşdirilməsi prosesinin növbəti və ən önəmli mərhələsidir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı  Elçin Mirzəbəyli deyib. O qeyd edib ki, bu konsepsiyanın təməlində və hədəfində başqalarının, o cümlədən tarixboyu təhrif olunmuş həqiqətlər, saxta ideyalar üzərindən xalqımıza düşmənçilik siyasəti yürüdənlərə qarşı əzici, aşağılayıcı davranışın sərgilənməsi yer almayıb. Əksinə, əsas hədəflərdən biri də tarixi həqiqətlərin olduğu kimi təqdim olunması ilə yanaşı, təhlükəsiz və firavan birgəyaşayışın təmin edilməsidir. Məsələyə hüquqi kontekstdən yanaşanda doğma yurd yerlərindən didərgin salınmış qərbi azərbaycanlıların öz evlərinə qayıdışı onların fundamental hüququdur və bu hüquq heç bir anlayışla məhdudlaşdırıla bilməz. "Bu baxımdan Ermənistan qərbi azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququnu, sözügedən sənədlərdə qeyd olunduğu kimi, təxirə salmadan təmin etməlidir. Bu kimi məqamlar Qərbi Azərbaycan İcmasının indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyasında yer aldığı üçün yenidən təkrarlanmasına ehtiyac yoxdur. Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisinə - öz tarixi və hüquqi yurd yerlərinə qayıdışı beynəlxalq hüququn hər hansı bir alternativi olmayan tələbidir", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini 30 ilə yaxın işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını yurd yerlərindən qaçqın və məcburi köçkün salan, Azərbaycan xalqına qarşı etnik zəmində soyqırımı cinayətləri, vandalizm aktları həyata keçirən, müstəqillik bəyannaməsində, konstitusiyasında və digər hüquqi-normativ sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddialarını saxlayan, BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərlə qadağan olunmuş bütün təhdidlərin aradan qaldırılması istiqamətində addım atmaq istəməyən Ermənistanın qərbi azərbaycanlıların geriyə qayıdış hüququnu ərazi iddiaları kimi təqdim etməyə cəhd göstərməsi rəsmi İrəvanın növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərindən, həmçinin ölkəmizə  qarşı ərazi iddialarını əsassız ittihamlarla kompensasiya etmək niyyətindən başqa bir şey deyil. Azərbaycan torpaqlarında törətdiyi ağır müharibə cinayətlərinə görə məsuliyyətdən yayınmağa, himayədarlarından aldığı təlimatlarla onların regiona müdaxiləsi üçün əsaslar formalaşdırmağa çalışan Ermənistan bu yolla insan hüquq və azadlıqları kontekstindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarını stimullaşdırmağa, öhdəliklərindən yayınmağa, sülh müqaviləsinin imzalanması prosesini mümkün qədər uzatmağa çalışır. 

E.Mirzəbəyli vurğulayıb ki, bu prosesdə Ermənistana hələ işğal dövründə hərtərəfli dəstək verən ölkələrin və "soyuq müharibə" dövründən qalma geosiyasi təzyiq alətlərinin - önünə "beynəlxalq" sözü atılmış bəhanəyaradıcı təsisatların xüsusi fəallıq nümayiş etdirmələri təəccüblü görünməməlidir: "Nəzərə almaq lazımdır ki, onların daha da aqressivləşmələrinin əsas səbəblərindən biri də Azərbaycanın bölgədə 200 ilə yaxın davam edən "parçala, hökm sür" siyasətinə son qoyması, xarici maraqların qol-qanad açmasına imkan verməyən reallıq yaratmasıdır. Bu qəbildən olan davranışlara qarşı Azərbaycan xalqının və dövlətinin kifayət qədər güclü immuniteti var. Eyni zamanda Prezident İlham Əliyevin xalqımızı böyük Zəfərə aparan strategiyasının həyata keçirildiyi hər an təkcə bizə deyil, haqsızlığa məruz qalan digər ölkələrə də böhtan və qarayaxma kampaniyalarına qarşı mübarizə aparmaq üçün ən yaxşı nümunədir. Ali Baş Komandanın güclü olmaq düsturu bunu tələb edir: daha güclü, mütəşəkkil, prinsipial, cəsarətli olmalı, zəfərimizin və haqlı olmağımızın doğurduğu kinetik enerjini bütün platformalarda daşımağı bacarmalıyıq".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!