20 Oktyabr 2024 08:30
699
SİYASƏT
A- A+
Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi


2020-ci il oktyabrın 20-si Azərbaycan xalqının yaddaşından silinməyəcək günlərdəndir. Bu günün zəngilanlılar üçün isə ayrıca bir anlamı var. Həmin gün Zəngilan şəhəri düşmən tapdağından azad olunub. Müzəffər Azərbaycan Ordusunun əsgərləri şəhəri qanları, canları bahasına düşməndən azad ediblər.

Vətənin bir parçası olan Zəngilan şəhərində üçrəngli bayrağımızın dalğalandığı o gün 27 ildən sonra doğma yurdun azad nəfəs almağa başladığı  tarixdir. Bu tarix şəhid qanı ilə suvarılmış Zəngilan torpağının cadar-cadar olmuş bağrına can verildiyi gündür. Qisas qiyamətə qalmadı. Hərbi əməliyyatlar "dəmir yumruq" adlı döyüş taktikasının yüksək peşəkarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Canını Vətən torpağına sipər edən oğullar igidlik göstərdilər, şücaət nümayiş etdirdilər, Zəngilanı sahiblərinə qaytardılar. 

Zəngilanın azad olunması həm də 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədinin bərpası demək idi. Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 20-də xalqa  müraciətində demişdi: "İstəyirəm əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Əziz zəngilanlılar, şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunmasını təmin edib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!" 

Ümumiyyətlə, Zəngilan döyüşləri nəticəsində Azərbaycan Ordusu tərəfindən rayon mərkəzi ilə birlikdə  4 qəsəbə və 49 kənd işğaldan azad olunmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin 6974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Bu şərəfli yolda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiramla anmaq hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur. Artıq ikinci ildir ki, dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi gün Zəngilan Şəhəri Günü kimi qeyd olunur. 

Bu gün Zəngilanın işğal zamanı dağıdılmış, tar-mar olmuş həyatına yara vurmuş çox izlər silinib. Ötən dördillik zaman kəsiyində  rayonda aparılan bərpa və quruculuq işləri zəngilanlılar üçün böyük lütfdür. Zəfərdən sonra Prezident 12 dəfə rayona səfər edib, orada aparılan yenidənqurma  işləri ilə bilavasitə özü tanış olub. 

Zəngilan yenidən inşa olunur, kəndlər, qəsəbələr müasir görkəm alır. Azərbaycanda ilk olaraq Ağalı kəndində "ağıllı kənd" konsepsiyası yerinə yetirilib. Burada  "ağıllı dövlət" idarəçiliyi, "ağıllı infrastruktur" və xidmətlər, eyni zamanda "ağıllı təsərrüfat" və biznes mühiti yaradılıb, 200 evdən ibarət müasir kənd salınıb. Sonra isə genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Bu gün Ağalıda məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri fəaliyyət göstərir. 

Artıq Zəngilan ölkə və beynəlxalq səviyyəli tədbirlərin keçirilmə məkanına çevrilib. 2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində təşkil edilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumu Zəngilanda keçirilmişdir. Tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 nəfər iştirak etmişdir. Həmçinin 2021-ci il oktyabrın 26-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsinin açılış mərasiminə qatılmış, layihə  çərçivəsində görülən işlərlə tanış olmuşdur.

Zəngilan indi həm də logistik layihələrin həyata keçirildiyi regiondur. İnşası davam edən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun böyük strateji əhəmiyyəti var. Bu yol azad edilmiş ərazilərə həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması baxımından ən rahat və sərfəli marşrutdur. 

Zəngilanda inşa olunmuş hava limanı isə bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün geniş  imkanlar yaradıb. Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi 2 il öncə, oktyabrın 20-də baş tutmuşdur. Açılışını  Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın etdikləri hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyekt olmaqla, Zəngəzur dəhlizinin  gücləndirilməsi baxımından da strateji əhəmiyyət kəsb edir. Çünki buradan dəmir və avtomobil yolları da keçəcək, Naxçıvana yol açılacaq. Ümumi uzunluğu 124 kilometr olan Zəngilan-Horadiz avtomobil yolunun inşasının  başa çatmasına az qalıb. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. 

Füsunkar təbiəti və gözəlliyi ilə seçilən Zəngilanın böyük turizm potensialı var. Zəfərdən sonra regionda bu istiqamətdə də işlər görülür. Rayon özünün təbii ehtiyatlarının zənginliyi ilə də fərqlənir. Hesablamalara görə, Vejnəli kəndindəki yataqda  6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis var. Bu sərvətin  27 il ərzində ermənilər tərəfindən talanmasını Azərbaycan iqtisadiyyatına külli miqdarda vurulan ziyan kimi dəyərləndirmək olar. Bu gün isə Vejnəli yatağı Azərbaycan dövlətinə və xalqına məxsusdur. 

Vaxtilə Zəngilan işğal olunan sonuncu rayon olsa da, 44 günlük Vətən müharibəsinin 23-cü günü - Cəbrayıl və Füzulidən sonra ilk azad edilən rayonlardandır. Regionun azad olunduğu həmin gün isə Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsidir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Ötən həftə 763 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:14
21 Oktyabr

Naftalan sakinləri ağacəkmə aksiyasına qoşulublar

15:13
21 Oktyabr

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib

15:03
21 Oktyabr

COP29 Miras parkı salınacaq

14:47
21 Oktyabr

Misir mediası azərbaycanlı alimin simpoziumda çıxışını geniş işıqlandırıb

14:45
21 Oktyabr

Hakan Fidan: Kəşfiyyat mənbələrimiz Fətullah Gülənin ölüm xəbərini təsdiqləyib

14:44
21 Oktyabr

Ali Məclisin iclası keçirilib

14:43
21 Oktyabr

Kembric Universitetinin professoru: Bakı COP29-a ev sahibliyi etmək üçün bütün imkanlara malikdir

14:42
21 Oktyabr

COP29-un gündəlik tematik proqramı açıqlanıb

14:29
21 Oktyabr

COP29 konfransı əməkdaşlarının geyim forması müəyyən edilib

14:05
21 Oktyabr

Yasamal rayonunda ağacəkmə aksiyası təşkil edilib

14:02
21 Oktyabr

Oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb

13:41
21 Oktyabr

Cozef Bayden: ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır

13:30
21 Oktyabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydendən

13:29
21 Oktyabr

Moldovalı diplomat: COP29 qlobal iqlim gündəliyi üzrə yeni zirvələrin fəth edilməsində Azərbaycanın nailiyyətlərinin təsdiqidir  

13:17
21 Oktyabr

Antibiotiklərin effektivliyi sürətlə azalır

13:00
21 Oktyabr

Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq güclənir

12:59
21 Oktyabr

Gənc məşqçi: Laçında futbolu inkişaf etdirəcəyik

12:45
21 Oktyabr

Ali Məhkəmə bəzi inzibati və mülki işlər üzrə məhkəmə aidiyyəti məsələsinə aydınlıq gətirib

12:39
21 Oktyabr

Paris meri yalan danışırmış

12:36
21 Oktyabr

Rain Sultanov 19-cu Bakı Caz festivalında “Syndicate” layihəsi ilə çıxış edib

12:25
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!