20 Oktyabr 2024 08:15
583
SİYASƏT
A- A+
Paşinyanın komandası parçalanır

Paşinyanın komandası parçalanır


Deputatlar güc strukturlarına qarşı çıxırlar


Ermənistanda sosial problemlər tükənmir. İşsizliyin və səfalətin gətirdiyi çətinliklər səbəbindən intihar edənlərin sayı da artıb. Hər il ölkədə 200-dən çox insan ağır həyat şəraiti səbəbindən özünə qəsd edir. Bu, ölkənin təxminən bir kəndinin əhalisi qədərdir.

Erməni sosioloqlar ölkədəki kriminogen vəziyyət və intiharların artması ilə bağlı həyəcan təbili çalırlar. Bildirilir ki, bu ilin 10 ayı ərzində onsuz da əhalisi az olan ölkədə 100-dən çox intihar hadisəsi baş verib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. İntiharların kökündə dayanan yeganə səbəb isə yoxsulluq, sosial sahədə yaranan problemlərdir. 

Ancaq hakimiyyəti sosial problemlər maraqlandırmır. Belə ki, baş nazir Nikol Paşinyan Ermənistanda hakimiyyətə Rusiyayönlü qüvvə və ya fiqurun gələcəyindən ehtiyat edərək, hələ də Qərbdən dəstək almağa çalışır. Amma hakim Vətəndaş Müqaviləsi Partiyasında N.Paşinyanın anti-Rusiya siyasəti ilə bağlı dərin, lakin səssiz fikir ayrılığı var və bu da təşkilatda parçalanmaya yol açır. 

"4rd.am" nəşri yazıb ki, partiyadaxili cəbhələşmə, bir-birinə qarşı kompromat toplama əməliyyatları getdikcə şiddətlənir. Bu günlərdə parlamentdə İstintaq Komitəsinin sədri  Argişti Kyaramyan və deputat Ovik Ağazaryan  arasında baş verən mübahisə də vəziyyətin nə dərəcədə ciddi olmasından xəbər verir. Qarşıdurmanı başladan tərəf hakim partiyanın nüfuzlu üzvü Andranik Koçaryandır. Ovik Ağazaryanı özündən çıxaran məsələ isə hüquq-mühafizə orqanları ilə partiyadaşları arasında bir müddətdir davam edən gizli savaşdır. Məlumdur ki, Ovikin oğlu qeyri-qanuni işlərlə məşğuldur və artıq polisin diqqətini cəlb edir. Dövlət büdcəsi hesabına avtomobil idxalı ilə məşğul olub cibini dolduran Ağazaryanın xeyli adamı aldatdığı da üzə çıxıb. 

O da iddia edilir ki, baş nazir N.Paşinyanın parlament tərəfindən dəstəklənməyəcəyi təqdirdə, dövlət çevrilişini planlayan şəxslərdən biri də məhz Andranik Koçaryandır. 

Qeyd olunub ki, baş nazir Nikol Paşinyan da komanda daxilində gərginlik və qarşıdurmadan xəbərdardır. Amma proseslərə ya təsir edə bilmir, ya da təsir etmək niyyətində deyil. Belə bir dilemma da var ki, əgər Paşinyan rüşvət və korrupsiyaya bulaşmış deputatları açıq-aşkar müdafiə etsə, hüquq-mühafizə orqanları içindəki dayaqları sarsılacaq. Yox, əgər baş nazir qeyri-qanuni əmrlərini yerinə yetirən təhlükəsizlik qüvvələrini qorumağa çalışsa, bu zaman parlamentdəki oliqarxlar bundan narazı qala bilərlər. Bu səbəbdən də hələlik proseslərə müdaxilə etmir.

Son dövrlər partiyadaxili iclaslarda fraksiya üzvlərinin 99 faizi güc strukturlarının fəaliyyətindən kəskin narazılıqlarını bildirir, hətta bəziləri təhqiramiz ifadələr işlədirlər, lakin həmin şikayətçilər parlamentdə aparılan dinləmələrdə iştirak etməyiblər. Çünki korrupsiya və rüşvətə bulaşmış deputatlar dinləmələrdə iştirak edib, hüquq-mühafizə orqanlarının qəzəb oxuna tuş gəlmək niyyətində deyillər. Əslində, bu dinləmələr də sübut etdi ki, artıq hakim partiyada birlik yoxdur. 

İndi Ermənistanda belə hesab olunur ki, mövcud problemlərin meydana gəlməsi və dərinləşməsində Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Bu isə o deməkdir ki, İrəvanı qarşıdakı dövr ərzində hələ də ağır günlər gözləyir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Ötən həftə 763 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:14
21 Oktyabr

Naftalan sakinləri ağacəkmə aksiyasına qoşulublar

15:13
21 Oktyabr

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib

15:03
21 Oktyabr

COP29 Miras parkı salınacaq

14:47
21 Oktyabr

Misir mediası azərbaycanlı alimin simpoziumda çıxışını geniş işıqlandırıb

14:45
21 Oktyabr

Hakan Fidan: Kəşfiyyat mənbələrimiz Fətullah Gülənin ölüm xəbərini təsdiqləyib

14:44
21 Oktyabr

Ali Məclisin iclası keçirilib

14:43
21 Oktyabr

Kembric Universitetinin professoru: Bakı COP29-a ev sahibliyi etmək üçün bütün imkanlara malikdir

14:42
21 Oktyabr

COP29-un gündəlik tematik proqramı açıqlanıb

14:29
21 Oktyabr

COP29 konfransı əməkdaşlarının geyim forması müəyyən edilib

14:05
21 Oktyabr

Yasamal rayonunda ağacəkmə aksiyası təşkil edilib

14:02
21 Oktyabr

Oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb

13:41
21 Oktyabr

Cozef Bayden: ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır

13:30
21 Oktyabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydendən

13:29
21 Oktyabr

Moldovalı diplomat: COP29 qlobal iqlim gündəliyi üzrə yeni zirvələrin fəth edilməsində Azərbaycanın nailiyyətlərinin təsdiqidir  

13:17
21 Oktyabr

Antibiotiklərin effektivliyi sürətlə azalır

13:00
21 Oktyabr

Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq güclənir

12:59
21 Oktyabr

Gənc məşqçi: Laçında futbolu inkişaf etdirəcəyik

12:45
21 Oktyabr

Ali Məhkəmə bəzi inzibati və mülki işlər üzrə məhkəmə aidiyyəti məsələsinə aydınlıq gətirib

12:39
21 Oktyabr

Paris meri yalan danışırmış

12:36
21 Oktyabr

Rain Sultanov 19-cu Bakı Caz festivalında “Syndicate” layihəsi ilə çıxış edib

12:25
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!