21 Oktyabr 2024 09:28
129
SİYASƏT
A- A+
Parlamentlərarası İttifaqın sessiyasında erməni tərəfinin həqiqətdən uzaq fikirləri ifşa edilib

Parlamentlərarası İttifaqın sessiyasında erməni tərəfinin həqiqətdən uzaq fikirləri ifşa edilib

Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Şükürov bu qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək məqsədilə 18-20 oktyabr tarixlərdə Laos Xalq Demokratik Respublikasının paytaxtı Vyentyan şəhərində səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Z.Şükürov 19 oktyabr tarixdə Baş Assambleyanın 45-ci sessiyasında çıxış edib və 20 oktyabr tarixdə keçirilən 3-cü AİPA-Azərbaycan dialoquna qatılıb. Həmçinin AİPA-nın Baş katibi, Laos Xalq Demokratik Respublikasının Milli Assambleyasının Hüquq komitəsinin sədri, Kamboca parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri ilə ikitərəfli görüşlər keçirilib. Bununla yanaşı, qardaş Türkiyənin, Vyetnamın, Filippinin, Malayziyanın, Tailandın və Sinqapurun nümayəndə heyətlərinin rəhbərləri ilə səmərəli fikir mübadiləsi aparıb.

Baş Assambleyanın sessiyasında çıxışında, habelə AİPA-Azərbaycan dialoqu zamanı deputat Azərbaycanla ASEAN və AİPA arasında, həmçinin təşkilata üzv dövlətlərlə ikitərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri və bu prosesdə parlamentarilərin rolundan danışıb. Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun get-gedə daha da artığını və etibarlı tərəfdaşa çevrildiyini deyən millət vəkili ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə həyata keçirilən qlobal əhəmiyyətli təşəbbüslərin, dünya dövlətlərinin yekdil qərarı ilə cari ilin noyabr ayında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Bakı şəhərinin ev sahibliyi etməsinin bunun sübutu olduğunu qeyd edib.

Sessiyada çıxış edən Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri öz ölkəsini sülhün tərəfdarı və təşəbbüskarı kimi təqdim etməyə çalışıb. Lakin Azərbaycan nümayəndə heyətinin rəhbəri Z.Şükürov çıxışı zamanı, həmçinin AİPA-Azərbaycan dialoqu əsnasında erməni tərəfinin həqiqətdən uzaq fikirlərini ifşa edib.

Belə ki, Z.Şükürov torpaqlarımız erməni işğalından azad olunduqdan sonra məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 prinsip əsasında Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdiyini, buna baxmayaraq, Ermənistanın sülh prosesinə süni şəkildə əngəl törətdiyini, konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının saxlanıldığını, bu ölkənin regionda həqiqətən də davamlı və etibarlı sülhdə maraqlıdırsa, məhz konstitusiyasında zəruri dəyişiklik etməli olduğunu vurğulayıb.

AİPA-Azərbaycan dialoqu, habelə ikitərəfli təmaslar zamanı görüş iştirakçıları Ermənistanın mina terrorunun nəticələrinin aradan qaldırılması məqsədilə mina problemindən zərər çəkmiş ASEAN dövlətləri ilə təcrübə mübadiləsi, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma və bərpa işləri və Böyük Qayıdış proqramı, Ermənistandan didərgin salınmış həmvətənlərimizin öz tarixi dədə-baba yurdlarına geri qayıdış hüququnun gerçəkləşdirilməsi ilə əlaqədar atılan addımlarla bağlı məlumatlandırılıb.

Bununla yanaşı, ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli COP-29 tədbirinə hazırlıq prosesi barədə də görüş iştirakçılarına məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Antibiotiklərin effektivliyi sürətlə azalır

13:00
21 Oktyabr

Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq güclənir

12:59
21 Oktyabr

Gənc məşqçi: Laçında futbolu inkişaf etdirəcəyik

12:45
21 Oktyabr

Ali Məhkəmə bəzi inzibati və mülki işlər üzrə məhkəmə aidiyyəti məsələsinə aydınlıq gətirib

12:39
21 Oktyabr

Paris meri yalan danışırmış

12:36
21 Oktyabr

Rain Sultanov 19-cu Bakı Caz festivalında “Syndicate” layihəsi ilə çıxış edib

12:25
21 Oktyabr

Ramid Namazov: COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin iki növündən istifadə olunur

12:24
21 Oktyabr

Azad edilmiş ərazilərdə icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kredit ayrılıb

12:21
21 Oktyabr

Sektor müdiri: Könüllülər sosial və humanitar layihələrdə fəal iştirak edirlər

12:20
21 Oktyabr

Lloyd Ostin: ABŞ beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynanı dəstəkləməyə davam edir

12:07
21 Oktyabr

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib YENİLƏNİB - 2

12:07
21 Oktyabr

Polis Akademiyasının yeni tədris korpusu və yataqxana kompleksi istifadəyə verilib

11:39
21 Oktyabr

Doqquz ayda 269 min 702 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

11:37
21 Oktyabr

Azərbaycan ərazisindən tranzit keçməklə Bolqarıstana narkotik vasitə aparan şəxs saxlanılıb

11:35
21 Oktyabr

Türkiyə mediası FETÖ terror təşkilatı başçısının ölüm xəbərini yayıb

11:03
21 Oktyabr

Britaniya öz səmasını qoruya bilməyəcək

10:42
21 Oktyabr

Pentaqonun rəhbəri Kiyevə elan olunmamış səfər edib

10:42
21 Oktyabr

Türkiyənin xüsusi xidmət orqanları təhlükəli terrorçuları məhv edib

10:39
21 Oktyabr

Energetika naziri Çində səfərdədir

10:39
21 Oktyabr

Helikopter radio qülləsinə çırpıldı  

10:37
21 Oktyabr

Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

10:31
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!