21 Oktyabr 2024 11:39
160
CƏMİYYƏT
A- A+
Polis Akademiyasının yeni tədris korpusu və yataqxana kompleksi istifadəyə verilib

Polis Akademiyasının yeni tədris korpusu və yataqxana kompleksi istifadəyə verilib

Yüz üç illik zəngin ənənəyə malik Polis Akademiyası bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi inkişaf mərhələsinə qədəm qoyub. Akademiyanın yeni inşa olunmuş 1500 nəfərlik yeni tədris korpusu və yataqxana kompleksinin artıq kursantların istifadəsinə verilməsi məhz Ali Baş Komandanın hərtərəfli diqqətinin əyani təzahürüdür. Görülən son işlər sayəsində asayiş keşikçilərinin hazırlanması üçün Polis Akademiyasında müasir meyarlara cavab verən təhsil prosesinin həyat keçirilməsi məqsədilə infrastruktur təminatı ən yüksək səviyyəyə çatdırılıb, maddi-texniki baza daha da möhkəmləndirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Polis Akademiyasında təhsil alan kursantlar hüquqi biliklərlə yanaşı kriminalistik tədqiqatlar, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları, habelə insan hüquqlarının təminatı, məntiq və yeni dövrün çağırışları ilə səsləşən ixtisaslar üzrə elmi-nəzəri praktiki biliklər qazanırlar.

Müasir texniki və sinxron tərcümə avadanlıqları ilə təchiz edilmiş konfrans zalları beynəlxalq və respublika səviyyəli elmi-praktiki müzakirələrin aparılması, multimedia sistemi və dərslərin operativ təhlilinə imkan verən audio-video nəzarət vasitələri ilə təchiz olunmuş mühazirə zalları isə interaktiv üsullarla dərslərin keyfiyyətinin yüksəldilməsi və təhsilalanların fənnə olan marağının artırılması üçün nəzərdə tutulub.

Akademiyada informasiya təhlükəsizliyi sahəsində xüsusi biliklərə yiyələnmək üçün geniş imkanlar yaradılıb. Burada təhsilalanlar xüsusi laboratoriyalarda kiberhücumlara qarşı dayanıqlılığın artırılmasının effektiv yollarını araşdırır, şəbəkə təhlükəsizliyi və məlumatların qorunması üsullarını peşəkar müəllimlərin köməyi ilə dərindən mənimsəyirlər.

Qapalı və interaktiv atıcılıq tirində tapançadan atəş üçün 25 metrlik hədəf sistemləri, 12 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, elektron hədəf və monitorlar, eləcə də zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.

Kursantlarda güc, çeviklik və dözümlülüyün inkişaf etdirilməsi məqsədilə hər bir yataqxananın və tədris korpusunun kürsülərində müasir avadanlıqlarla təchiz edilmiş idman zalları mövcuddur.

Hər biri 500 nəfər üçün nəzərdə tutulmuş 1000 yerlik yeməkxana binasında yaradılan hərtərəfli şəraitlə kursantların keyfiyyətli qidalanması təmin olunacaq.

Zəruri mebel avadanlıqları ilə təchiz edilmiş 880 yerlik yeni yataqxana binası kursantların yaşaması və növbəti günə hazırlaşmasına xidmət edir.

Tədris olunan fənlərə uyğun didaktik fondla təmin edilmiş oxu və qiraət zallarında kursantların dərslərə axşam saatlarında da hazırlaşmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ölkədə və beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi və digər hadisələr barədə xəbərləri izləmək imkanı yaradılıb.

İstirahət zonaları isə dərsdən kənar vaxtlarda kursantların açıq havada dincəlməsi, eyni zamanda, aktual mövzular ətrafında diskussiyalar aparması üçün nəzərdə tutulub.

Polis Akademiyasının yeni tədris korpusunda ən müasir standartlar əsasında görülən işlər kursantların təhsil səviyyəsi, fiziki gücü, dünyagörüşü və xidmət üçün vacib olan digər keyfiyyətləri ilə peşəkar polis zabiti kimi formalaşmasına vəsilə olacaq. Akademiyanı bitirən yüzlərlə gənc daxili işlər və digər hüquq-mühafizə orqanlarında öz nümunəvi xidmətləri ilə fərqlənməklə ölkəmizin bu gün olduğu kimi gələcəkdə də sabitlik mühitinin qorunmasına və təhlükəsizliyinin təmin olunmasına dəyərli töhfələr bəxş edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Ötən həftə 763 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:14
21 Oktyabr

Naftalan sakinləri ağacəkmə aksiyasına qoşulublar

15:13
21 Oktyabr

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib

15:03
21 Oktyabr

COP29 Miras parkı salınacaq

14:47
21 Oktyabr

Misir mediası azərbaycanlı alimin simpoziumda çıxışını geniş işıqlandırıb

14:45
21 Oktyabr

Hakan Fidan: Kəşfiyyat mənbələrimiz Fətullah Gülənin ölüm xəbərini təsdiqləyib

14:44
21 Oktyabr

Ali Məclisin iclası keçirilib

14:43
21 Oktyabr

Kembric Universitetinin professoru: Bakı COP29-a ev sahibliyi etmək üçün bütün imkanlara malikdir

14:42
21 Oktyabr

COP29-un gündəlik tematik proqramı açıqlanıb

14:29
21 Oktyabr

COP29 konfransı əməkdaşlarının geyim forması müəyyən edilib

14:05
21 Oktyabr

Yasamal rayonunda ağacəkmə aksiyası təşkil edilib

14:02
21 Oktyabr

Oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb

13:41
21 Oktyabr

Cozef Bayden: ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır

13:30
21 Oktyabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydendən

13:29
21 Oktyabr

Moldovalı diplomat: COP29 qlobal iqlim gündəliyi üzrə yeni zirvələrin fəth edilməsində Azərbaycanın nailiyyətlərinin təsdiqidir  

13:17
21 Oktyabr

Antibiotiklərin effektivliyi sürətlə azalır

13:00
21 Oktyabr

Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq güclənir

12:59
21 Oktyabr

Gənc məşqçi: Laçında futbolu inkişaf etdirəcəyik

12:45
21 Oktyabr

Ali Məhkəmə bəzi inzibati və mülki işlər üzrə məhkəmə aidiyyəti məsələsinə aydınlıq gətirib

12:39
21 Oktyabr

Paris meri yalan danışırmış

12:36
21 Oktyabr

Rain Sultanov 19-cu Bakı Caz festivalında “Syndicate” layihəsi ilə çıxış edib

12:25
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!