21 Oktyabr 2024 12:24
135
CƏMİYYƏT
A- A+
Ramid Namazov: COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin iki növündən istifadə olunur

Ramid Namazov: COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin iki növündən istifadə olunur

Məlumdur ki, gələn ay Azərbaycanda COP29 kimi beynəlxalq tədbir keçiriləcək. Habelə Bakı Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına ev sahibliyi edəcək. Həm dövlət və hökumət başçılarının iştirak səviyyəsi baxımından, həm də ümumi iştirakçı sayına görə dünyada keçirilən mötəbər konfranslardan biri olan bu tədbirlərin vaxtı yaxınlaşdıqca mediada Azərbaycana qarşı qarayaxma kompaniyalarının da sürətlə artdığını müşahidə edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrin 21-də Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının iclasında komissiyanın sədri Ramid Namazov deyib.

O bildirib ki, bugünkü ictimai müzakirənin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarının baş verən proseslərdən agah olmaları, dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bu mövzuda deputatların, vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin, ekspertlərin fikirlərini və təkliflərini dinləmək və müzakirələr aparmaqdır.

Ramid Namazovun sözlərinə görə, COP29 ilə bağlı Azərbaycana qarşı hibrid təhdidin əsasən iki növündən istifadə olunur. Bunlardan ən çox yayılanı dezinformasiyalarla bağlıdır. İkincisi isə hüquq və müdafiə terminlərinin qarışığından yaranan “lawfare” adlı hibrid təhdid növüdür ki, bu, hüquqi vasitələrin strateji olaraq silah kimi istifadəsini nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Ötən həftə 763 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:14
21 Oktyabr

Naftalan sakinləri ağacəkmə aksiyasına qoşulublar

15:13
21 Oktyabr

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib

15:03
21 Oktyabr

COP29 Miras parkı salınacaq

14:47
21 Oktyabr

Misir mediası azərbaycanlı alimin simpoziumda çıxışını geniş işıqlandırıb

14:45
21 Oktyabr

Hakan Fidan: Kəşfiyyat mənbələrimiz Fətullah Gülənin ölüm xəbərini təsdiqləyib

14:44
21 Oktyabr

Ali Məclisin iclası keçirilib

14:43
21 Oktyabr

Kembric Universitetinin professoru: Bakı COP29-a ev sahibliyi etmək üçün bütün imkanlara malikdir

14:42
21 Oktyabr

COP29-un gündəlik tematik proqramı açıqlanıb

14:29
21 Oktyabr

COP29 konfransı əməkdaşlarının geyim forması müəyyən edilib

14:05
21 Oktyabr

Yasamal rayonunda ağacəkmə aksiyası təşkil edilib

14:02
21 Oktyabr

Oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb

13:41
21 Oktyabr

Cozef Bayden: ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır

13:30
21 Oktyabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydendən

13:29
21 Oktyabr

Moldovalı diplomat: COP29 qlobal iqlim gündəliyi üzrə yeni zirvələrin fəth edilməsində Azərbaycanın nailiyyətlərinin təsdiqidir  

13:17
21 Oktyabr

Antibiotiklərin effektivliyi sürətlə azalır

13:00
21 Oktyabr

Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq güclənir

12:59
21 Oktyabr

Gənc məşqçi: Laçında futbolu inkişaf etdirəcəyik

12:45
21 Oktyabr

Ali Məhkəmə bəzi inzibati və mülki işlər üzrə məhkəmə aidiyyəti məsələsinə aydınlıq gətirib

12:39
21 Oktyabr

Paris meri yalan danışırmış

12:36
21 Oktyabr

Rain Sultanov 19-cu Bakı Caz festivalında “Syndicate” layihəsi ilə çıxış edib

12:25
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!