08 Avqust 2024 15:06
66
İDMAN
A- A+

Qaşım Maqomedov: Bir neçə ay əvvəl koreyalı idmançını məğlub etmişdim


Taekvondo üzrə Paris Olimpiadasının gümüş mükafatçısı Qaşım Maqomedov bildirib ki, bir neçə ay əvvəl o, beynəlxalq turnirdə Oyunların finalında uduzduğu koreyalı idmançını məğlub edib. Bu barədə Fransa paytaxtından Reportun olan müxbir xəbər verir. 
Azərbaycan taekvondoçusu Olimpiya Oyunlarında gümüş medal qazandıqdan sonra təəssüratlarını bölüşüb.
O, Prezident İlham Əliyevə, Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə və məşqçilərə minnətdarlığını bildirib: "10 ildir ki, Azərbaycandayam. Prezident İlham Əliyev idman infrastrukturunun gücləndirilməsinə, yenilənməsinə, bu sahənin inkişafına xüsusi diqqət yetirir. Biz ildən-ilə idmanda böyük inkişaf görürük. Mən bütün Azərbaycan xalqına, hər kəsə minnətdaram. tribunada, televiziyada mənə dəstək oldular”.
Qaşım Maqomedov  finalda məğlubiyyətini şərh edib: “Bir neçə ay əvvəl mən artıq bir turnirdə koreyalı idmançı ilə qarşılaşdım və onu finalda məğlub etdim. Amma təəssüf ki, baş həkim dedi ki, sınıq ola bilər”. 


“Azərbayçan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video